Icma.az
close
up
RU
Azərbaycan Türk dünyasının strateji və etibarlı dayağıdır ŞƏRH

Azərbaycan Türk dünyasının strateji və etibarlı dayağıdır ŞƏRH

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

O bildirib ki, Bakıda qısa müddət ərzində TDT üzv dövlətlərinin dini liderlərinin, ardınca isə Təhlükəsizlik Şuraları katiblərinin toplantılarının keçirilməsi təsadüfi deyil: "Bu tədbirlər Azərbaycanın həm dialoq, həm də təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından etibarlı məkan olduğunu göstərir. Eyni zamanda bu, Azərbaycanın TDT ilə münasibətlərinin yalnız siyasi əlaqələrlə məhdudlaşmadığını, təhlükəsizlikdən humanitar əməkdaşlığa qədər geniş spektri əhatə etdiyini nümayiş etdirir.
TDT-nin əsas hədəflərindən biri beynəlxalq sistemdə daha təsirli və nüfuzlu təşkilata çevrilməkdir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayan institusional inkişaf bu gün daha geniş əməkdaşlıq gündəliyi ilə davam edir. Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də təşkilat daxilində məsləhətləşmələrin daha çevik və intensiv formatda aparılmasına verilən önəmi göstərir. Prezident İlham Əliyevin dövlət başçılarının ildə bir dəfə görüşməsinin kifayət etmədiyi barədə fikri də bu yanaşmanın mahiyyətini ifadə edir".

Milli Məclisin üzvü hesab edir ki, TDT-nin potensialını artıran əsas istiqamətlərdən biri isə enerji və nəqliyyat bağlantılarıdır: "Türk dövlətlərinin yerləşdiyi geniş coğrafiya Şərqlə Qərb arasında mühüm nəqliyyat və enerji marşrutlarının formalaşmasına imkan yaradır. Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropanı birləşdirən nəqliyyat xətlərində Azərbaycanın tranzit imkanları TDT ölkələri arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün mühüm zəmin yaradır.

Digər mühüm istiqamət ikitərəfli əlaqələrin inkişafıdır. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldən sənədlər imzalayıb. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması isə siyasi həmrəyliyin iqtisadi əməkdaşlıqla tamamlandığını göstərir.

TDT-nin gələcəyi yalnız iqtisadi və siyasi əlaqələrdən deyil, həm də ortaq milli-mənəvi dəyərlərin qorunmasından asılıdır. Xüsusilə gənclər siyasəti burada mühüm yer tutur. Gənclərin fikir və təşəbbüslərinin dinlənilməsi, onların milli kimlik, vətənpərvərlik və dövlətçilik dəyərləri ruhunda formalaşmasına şərait yaradılması TDT-nin uzunmüddətli strateji məqsədləri baxımından əhəmiyyətlidir. Bu istiqamətdə gənclər forumlarının və ortaq layihələrin genişləndirilməsi faydalı ola bilər".
Onun sözlərinə görə, müasir təhlükəsizlik anlayışı isə artıq yalnız hərbi təhlükələrlə məhdudlaşmır. "İnformasiya, ideoloji və kiber müstəvilərdə gedən proseslər də dövlətlərin təhlükəsizlik gündəliyinin mühüm hissəsinə çevrilib. Regionda müharibə və qarşıdurmaların davam etdiyi bir şəraitdə TDT ölkələrinin təhlükəsizlik sahəsində koordinasiyasının gücləndirilməsi xüsusi aktuallıq daşıyır",-o vurğulayıb.

Ə.Məhərrəmzadə qeyd edib ki, Azərbaycanın TDT daxilində fəaliyyəti üç əsas xətt üzrə xarakterizə oluna bilər: etibarlı platforma, təşəbbüskar tərəfdaş və strateji bağlantı mərkəzi. Enerji və nəqliyyatdan investisiyaya, təhlükəsizlikdən gənclər siyasətinə qədər geniş əməkdaşlıq gündəliyi TDT-nin institusional imkanlarını artırmaqla yanaşı, Türk dünyasının beynəlxalq sistemdə daha sıx əməkdaşlıq edən aktor kimi formalaşmasına xidmət edir.

Mürtəza 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Sentyabr 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri