Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Türk dünyasının birliyinə xidmət edən strateji tərəfdaşlıq ŞƏRH

Türk dünyasının birliyinə xidmət edən strateji tərəfdaşlıq ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

2026-cı ilin 31 iyul tarixində Prezident İlham Əliyevin Qırğızıstana gerçəkləşdirdiyi rəsmi səfər iki ölkə arasındakı diplomatik bağların keyfiyyətcə yeni müstəviyə qədəm qoyduğunu aydın şəkildə üzə çıxardı. Yüksək səviyyəli danışıqlar, imzalanan mühüm razılaşmalar və liderlərin bəyanatları göstərdi ki, tərəflər arasında əlaqələr adi dostluq və tərəfdaşlıq hədlərini aşaraq, dərin etimada və uzunmüddətli ortaq mənafelərə söykənən strateji müttəfiqlik prioritetinə çevrilib. Çolpon-Ata görüşləri həm də Türk dünyası daxilindəki inteqrasiya proseslərinin real layihələrlə daha da möhkəmləndiyini bir daha sübut etdi.

Prezident İlham Əliyevin mətbuata açıqlaması zamanı səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri səfərin əsas siyasi məzmununu ifadə etdi. Bu yanaşma göstərdi ki, müttəfiqlik yalnız dostluq münasibətlərini deyil, eyni zamanda çətin məqamlarda qarşılıqlı dəstəyi, beynəlxalq platformalarda vahid mövqedən çıxış etməyi, təhlükəsizlik, iqtisadi inkişaf və regional əməkdaşlıq sahələrində koordinasiyalı fəaliyyəti də əhatə edir. Bu gün Azərbaycan və Qırğızıstan arasında formalaşan əlaqələr qarşılıqlı hörmət və etimada əsaslanan uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində qəbul edilən iqtisadi qərarlar da xüsusi diqqət çəkdi. Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması iki dövlətin iqtisadi tərəfdaşlığa uzunmüddətli perspektivdən yanaşdığını nümayiş etdirdi. Bu addım yeni investisiya layihələrinin həyata keçirilməsi, istehsal sahələrinin genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi üçün mühüm zəmin formalaşdırır. Dövlət başçısının vurğuladığı kimi, Fondun uğurlu fəaliyyəti gələcəkdə maliyyə imkanlarının daha da artırılmasına şərait yarada bilər.

İssık-Kul gölü sahilində Azərbaycanın maliyyə dəstəyi ilə tikilən və “Baku Resort & Spa” adı verilən beşulduzlu otelin istifadəyə verilməsi iqtisadi əməkdaşlığın ən uğurlu nümunələrindən biri oldu. Həmin layihə Azərbaycanın yalnız enerji sektorunda deyil, regionun müxtəlif istiqamətlərində investisiya təşəbbüsləri həyata keçirən güclü iqtisadi tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi. Kompleksin “Bakı” adını daşıması isə ölkəmizin dost dövlətlərlə qurduğu səmimi münasibətlərin və etibarlı əməkdaşlıq siyasətinin rəmzi kimi dəyərləndirilə bilər. Humanitar əməkdaşlıq sahəsində əldə olunan nəticələr də mühüm əhəmiyyət daşıyır. Ağdam rayonunda Qırğızıstanın dəstəyi ilə inşa edilən “Manas” məktəbi Qarabağın yenidən qurulması prosesində türk dövlətlərinin həmrəyliyini əks etdirən mühüm layihələrdən biridir. Bununla yanaşı, Bakıda Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması və qarşılıqlı Mədəniyyət Günlərinin təşkili xalqlar arasında ortaq tarixi və mədəni dəyərlərin münasibətlərin inkişafında mühüm rol oynadığını göstərir.

Çolpon-Atada imzalanan Bəyannamə və digər mühüm sənədlər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının daha da genişləndiyini ortaya qoydu. Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qismində qəbul edilməsi ölkəmizin regionun siyasi və iqtisadi proseslərində artan rolunun beynəlxalq səviyyədə tanındığını təsdiqləyən mühüm addım oldu. Bu qərar Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütövlükdə türk dünyasının strateji inkişafında mühüm aktorlardan birinə çevrildiyini nümayiş etdirir. Səfər zamanı Prezident İlham Əliyevə göstərilən yüksək hörmət və səmimi münasibət də diqqətdən kənarda qalmadı. Rəsmi qarşılama mərasimindən başlayaraq bütün tədbirlərdə nümayiş etdirilən ehtiram həm Azərbaycan dövlətinə, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və ardıcıl siyasi kursa verilən yüksək qiymətin ifadəsi idi. Bu yanaşma ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun və etibarlı tərəfdaş statusunun daha bir göstəricisi kimi qiymətləndirilə bilər.

Dövlət səfərinin ən mühüm siyasi hadisələrindən biri Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı olan birinci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi oldu. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın ən ali dövlət mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edilməsi iki ölkə arasında münasibətlərin yüksək etimad səviyyəsinə çatdığını nümayiş etdirdi. Bu cür qarşılıqlı ali təltiflər diplomatik ənənədən daha çox, dövlətlər və xalqlar arasında möhkəm dostluğun, liderlər arasında qarşılıqlı etimadın və ortaq gələcək baxışının rəmzi kimi qəbul edilir. Çolpon-Atada baş verən hadisələr daha geniş geosiyasi mənzərəni də ortaya qoydu. Bu gün Prezident İlham Əliyev yalnız Azərbaycanın rəhbəri kimi deyil, həm də türk dünyasında təşəbbüslərinə böyük önəm verilən və regional proseslərə təsir göstərən nüfuzlu siyasi lider kimi qəbul edilir. Azərbaycanın son illərdə həyata keçirdiyi balanslı xarici siyasət, iqtisadi imkanlarının genişlənməsi, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, sülh təşəbbüslərində fəal iştirakı və Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü layihələr ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirib. Qırğızıstanda Prezident İlham Əliyevə göstərilən yüksək ehtiram da məhz bu nüfuzun və etimadın təzahürü kimi qiymətləndirilməlidir.

Səfərin yekunları göstərdi ki, Azərbaycan–Qırğızıstan münasibətləri artıq ikitərəfli əməkdaşlıq formatından çıxaraq türk dünyasının siyasi və iqtisadi inteqrasiyasına xidmət edən strateji müttəfiqlik modelinə çevrilməkdədir. Prezident İlham Əliyevin bu dövlət səfəri Azərbaycanın ardıcıl xarici siyasət kursunun uğurlarını bir daha nümayiş etdirməklə yanaşı, türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə və ortaq inkişaf hədəflərinin reallaşmasına yeni təkan verdi.

Rail Tağızadə

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see383

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see312

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see292

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see291

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see285

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see282

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see266

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see265

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see260

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see255

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see249

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see248

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see239

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see237

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see231

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see225

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see203

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see200

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri