Icma.az
close
up
RU
Türk həbçilər 2 dəqiqə arayla şəhid olublar Təfərrüat (FOTOLAR)

Türk həbçilər 2 dəqiqə arayla şəhid olublar Təfərrüat (FOTOLAR)

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Milli Müdafiə Nazirliyi 12 əsgərin ölümünə səbəb olan metan qazından zəhərlənmə ilə bağlı reaktiv araşdırmaya başlasa da, Türkiyənin ürəyini ağrıdan hadisənin yeni təfərrüatları ortaya çıxıb. 

"Unikal" xəbər verir ki, bəzi təfərrüatlar Türkiyə mediası tərəfindən açıqlanıb. Belə ki,  hadisə  2022-ci ildə "Pəncə-Kilid" əməliyyatında şəhid olan piyada baş leytenantı Nuri Melih Bozkurun cəsədinin axtarışı zamanı baş verib. Türkiyə ordusunun 19 əsgəri təhlükəsizliyin təmin edildiyi mağarada axtarış-təmizləmə əməliyyatı zamanı metan qazına məruz qalıb. Dərhal əraziyə tam təchiz olunmuş AFAD və TSK (Türk Silahlı Qüvvələri) komandası və bir qrup mədənçi göndərilib. Zəhərlənən əsgərlər dərhal xəstəxanaya çatdırılıb. 19 əsgərdən 12-si şəhid olarkən, metan qazından təsirlənən 7 əsgərin vəziyyətinin yaxşı olduğu öyrənilib.

"Sözcü" qəzetinin yazarı Sayqı Öztürk 12 əsgərin şəhid olduğu faciəli hadisənin təfərrüatlarını yazıb. Terrorçuların bir müddət xəstəxana olaraq istifadə etdiyi Avaşin bölgəsindəki 832 nömrəli təpənin altındakı mağarada baş verənləri çatdıran Öztürk bu ifadələri işlədib:  

"6 iyul 2025-ci il tarixində mağaraya girən komandada olan çavuş Abdurrahman Akdoğan saat 09.58-də şəhid oldu. Bundan 2 dəqiqə sonra mühəndis-leytenant Ege Akarı itirdik. 2 dəqiqə ərzində bir-bir əsgərlərimizi itirdik. Onların ölümləri ard-arda oldu...". 

Hadisədən dərhal sonra Milli Müdafiə naziri Yaşar Gülər ​​TSK komandanlığı ilə bölgəyə gedib. Şəhidlərlə vida mərasiminə qatılan nazir Gülər ​​türk əsgərlərinin belə bir hadisə ilə ilk dəfə qarşılaşdığını bildirib.

Nazir​​və komandanlıq qrupu ilə bölgəyə gələn texniki qrup tərəfindən aparılan ilkin araşdırma nəticəsində hər hansı bir səhlənkarlıq və ya qəsd olmadığı müəyyən edilib. İlkin istintaq hesabatında daha əvvəl belə bir hadisənin baş vermədiyi vurğulanıb və hadisənin “Terrordan Azad Türkiyə” prosesini pozmaq məqsədi daşımadığı qeyd edilib. Bildirilib ki, hadisə ilə bağlı ən qısa zamanda ətraflı hesabat hazırlanaraq aidiyyəti qurumlara çatdırılacaq. 

 Metan qazı nədir?

Metan qazı bir karbon və dörd hidrogen atomundan ibarət rəngsiz, qoxusuz və yanar qazdır. Normal şəraitdə metan qazı zəhərli deyil. Ancaq qapalı və zəif havalandırılan mühitlərdə yüksək səviyyədə toplanırsa, ciddi zəhərlənmələrə səbəb ola bilər. Zəhərlənmə başgicəllənmə, baş ağrısı, yorğunluq, ürəkbulanma, nəfəs darlığı, huşunu itirmə kimi özünü göstərir.

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 İyul 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri