Icma.az
close
up
RU
Türk hərbi gəmisindən tarixi UĞUR: az sayda ölkə buna nail olub FOTO

Türk hərbi gəmisindən tarixi UĞUR: az sayda ölkə buna nail olub FOTO

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə hərbi gəmi istehsalı sahəsində əldə etdiyi uğurlarla diqqət çəkən Türkiyə bu müvəffəqiyyətini daha da irəlilətməyi bacarıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, HAVELSAN-ın döyüş idarəetmə sistemi "Advent" bu prosesin baş rol oyunçusudur. Dünyada bənzər bir sistemi hazırlaya bilən ölkə sayı "bir əlin barmaqlarını keçməz" deyə xarakterizə olunur.

4 qitədə istifadə edilən "Advent" strateji əhəmiyyətinə görə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Türkiyənin müdafiə sənayisinin ən mühüm qurumlarından biri olan HAVELSAN yaxınlarda imzaladığı yeni müqavilə ilə əslində təkcə bir ixrac uğurundan çox daha əhəmiyyətli bir addım atmış oldu. Şirkətin açıqlamasına görə, Çili Dəniz Qüvvələri ilə imzalanan müqavilə çərçivəsində iki fırkateynin modernləşdirilməsi üçün "Advent" Savaş İdarəetmə Sistemi (SYS) təmin ediləcək.

İlk baxışda, bu xəbər bir sistemin ixracı kimi görünsə də, mütəxəssislərə görə, bu, Türkiyənin gəldiyi nöqtəni göstərən son dərəcə dəyərli bir məlumatdır. "HAVELSAN-ADVENT" sistemi nə işə yarayır, Mavi Vətən üçün nə ifadə edir və sistemin ixrac xəbərləri necə qiymətləndirilməlidir, bu sualların cavabları prosesi daha yaxşı anlamağa kömək edir.

SYS kağız üzərində "döyüş idarəetmə sistemi" olaraq qəbul edilsə də, bu konsepti daha ətraflı izah edirik. Mütəxəssis Kozan Selçuk Erkan, ADVENT-in "Dünyadakı ən yeni texnologiyalarla" inkişaf etdirildiyini vurğulayır. Erkan  bu sistemin məlumatı toplamaqla yanaşı, doğru şəkildə təhlil edib, lazım olduqda digər sistemlərlə paylaşmanın həyati əhəmiyyətini qeyd edir. Bu səbəbdən, sistemin 4 fərqli versiyası mövcuddur.

Erkan bu konsepti aydınlaşdırmaq üçün konkret bir misal gətirir: "Havadakı bir İHA-nın əldə etdiyi görüntünün gəmi idarəetmə sistemində də görünməsi kimi düşünə bilərsiniz. Hətta bunun üzərinə quru platformalarını da əlavə edə bilərsiniz. Beləliklə, müxtəlif platformaların bir-biri ilə ünsiyyət qurması təmin edilir. Nəticədə gəminin yalnız öz sensorlarından asılı olmağını aradan qaldıraraq, onu uzaq sistemlərdən də anlıq məlumat ala biləcək bir səviyyəyə qaldırırsınız. Bu da sahə görüntüsünün daha da dəqiq olmasını təmin edir".

Türkiyə uzun illərdir ki, dəniz platformalarının istehsalında təcrübə qazanmışdır. Ancaq son illərdə bu qabiliyyət çox daha irəliləmişdir. Keçmişdə xarici ölkələrdən alınan texnologiya və sistemlərlə qurduğumuz gəmiləri artıq çox böyük ölçüdə özümüz istehsal edirik.

Kozan Selçuk Erkan burada vacib bir məqamı vurğulayır. O, Türk müdafiə sənayesinin inkişaf etmiş bir mərhələyə çatdığını qeyd edir: "Sadəcə gəmi istehsal edib onun radarları və ya oxşar sistemlərlə topladığımız məlumatdan daha irəli getdik. Biz artıq dənizdəki və havadakı məlumatları anlıq olaraq görürük. Yaxın gələcəkdə bəlkə də su altı insansız vasitələrlə su altı məlumatlarını da anlıq olaraq əldə edəcəyik."

O, HAVELSAN-ın Türk Dəniz Qüvvələri ilə koordinasiya edərək inkişaf etdirdiyi ADVENT sistemi ilə Türkiyənin dünyada çox az sayda ölkənin edə bildiyi bir sistemin milli imkanlarla qurulması nöqtəsinə gəldiyini izah edir. O, dünyada bu cür döyüş idarəetmə sistemini öz başına istehsal edə bilən ölkə sayısının bir əl barmaqlarını keçmədiyini bildirir.

"Artıq yalnız gəmi istehsal edib satan bir ölkə deyil, digər ölkələr tərəfindən inşa edilən gəmilərə də Türk müdafiə sənayesi məhsulları sata bilirik. Filipinlərə Gökdeniz yaxın hava müdafiə sisteminin ixracı buna bir nümunədir. İndi də HAVELSAN-ın Çiliyə ADVENT SYS ixrac etdiyini bilirik" deyə Erkan sözlərinə əlavə edib.

Bu, 4 qitəyə, 9 ölkəyə yayılmışdır. Beləliklə, Asiya, Avropa, Afrika və Cənubi Amerikada bu sistemdən istifadə ediləcək.

ADVENT dünyada 85-dən çox üzən, su altına enən, uçar, quru və insansız platforma ilə inteqrasiya olunur. Sistem, dəniz və hava platformalarında istifadə edilən 4 fərqli versiyaya malikdir.

Türkiyə, artıq dənizcilik sahəsində dünyanın ən üst səviyyəli oyunçularından biridir.

Hüseyn
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Aprel 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri