Icma.az
close
up
RU
Türk Lirəsi valyutasında Bankkart artıq VİSA Platinum növündə!

Türk Lirəsi valyutasında Bankkart artıq VİSA Platinum növündə!

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ziraat Bank Azərbaycan, müştərilərinə daha geniş imkanlar təqdim etmək üçün Türk Lirəsi valyutasında Bankkart Visa Platinum kartını istifadəyə təqdim edib. Yeni kart, xüsusilə Türkiyəyə tez-tez səfər edən, onlayn alış-veriş edən və ödənişlərdə rahatlıq axtaran müştərilər üçün nəzərdə tutulub.

Yeni Bankkart Visa Platinum TL sahibləri bütün ödənişlərini birbaşa Türk Lirəsi ilə həyata keçirə biləcək və bununla da əlavə konvertasiya komissiyalarından azad olacaqlar. Bundan əlavə, Ziraat Bank Türkiyə ATM-lərindən sərfəli şəkildə nağd vəsait çıxarmaq imkanı əldə edəcəklər.

Bankkart Visa Platinum TL, yalnız bir ödəniş kartı deyil, həm də premium üstünlüklər təqdim edən bir məhsuldur. Kart sahibləri üçün Visa Konsyerj Xidməti çərçivəsində aşağıdakı imkanlar təqdim olunur:

• Dünyanın istənilən nöqtəsində otel və restoran rezervasiyası

• Tədbir biletlərinin alınması,

• Avtomobil icarəsi və hava limanı transfer xidmətləri,

• Hava limanlarında Fast Track və Fast Line xidmətləri vasitəsilə vaxt itkisinin qarşısının alınması.

Bundan əlavə, Türkiyəyə səyahət edən müştərilər üçün yeni Bankkart Visa Platinum TL pulsuz rouminq xidməti, səhiyyə xərclərində endirimlər və digər eksklüziv imkanlar da təqdim edir.

Kartı əldə etmək üçün müştərilər onlayn müraciət edə və ya şəxsiyyət vəsiqəsi ilə Ziraat Bank Azərbaycan filiallarına yaxınlaşa bilərlər. Yeni Bankkart Visa Platinum TL, 1, 3 və 5 illik müddətə təqdim olunur.

Bununla yanaşı, Bankkart VİSA Klassik kartının da tariflərində bank tərəfindən dəyişikliklər edilib. Müştərilər artıq bu kartı da 1, 3 və 5 illik müddətə əldə edə bilərlər.

Ziraat Bank Azərbaycan tərəfindən bildirilən məlumata əsasən, bank, müştərilərinin tələblərinə uyğun innovativ həllər təqdim etməyə davam edəcək.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Fevral 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri