Türk məşhurlar Qremmi yə namizəd oldu
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
68-ci Qremmi Mükafatları üçün müxtəlif kateqoriyalarda namizəd olaraq üç türk sənətçi seçilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu adlar Məlikə Şahin, Aleyna Tilki və qalmaqallı "Manifest" qrupudur.
Onlar münsif heyəti tərəfindən keçirilən səsvermənin birinci turundan keçsələr, musiqi dünyasının ən nüfuzlu mükafatına namizəd olacaqlar.
Şahin dörd ayrı nominasiyada: "Ən Yaxşı Qlobal Musiqi Albomu", "Ən Yaxşı Səs Mühəndisliyi (Qeyri-Klassik)", "Ən yaxşı İmmersiv Albom" və "Canın Beni Çekdii" mahnısı ilə "Ən yaxşı Qlobal Musiqi Performansı" üzrə namizəd olub.
Aleyna Tilkinin Şahinin yer aldığı "Kırlar" albomu da "Ən yaxşı qlobal musiqi albomu" nominasiyası üçün yarışacaq.
Namizədlərin 7 noyabr 2025-ci ildə elan ediləcəyi, mükafatlandırma mərasiminin isə 1 fevral 2026-cı ildə Los-Ancelesdəki Crypto.com Arenada keçiriləcəyi açıqlanıb.
Aysel
Baxış sayı:55
Bu xəbər 10 Oktyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















