Icma.az
close
up
RU
Türk mətbəxinin zəngin irsi Parisdə təqdim olunub

Türk mətbəxinin zəngin irsi Parisdə təqdim olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 21 may, AZƏRTAC

Hər il may ayında təşkil olunan “Türk Mətbəxi Həftəsi” bu il də türk kulinariya irsinin zənginliyini və müxtəlifliyini beynəlxalq auditoriyaya təqdim edib. Ənənəvi reseptləri, müasir yaradıcılığı və paylaşım mədəniyyətini bir araya gətirən tədbir Aralıq dənizi regionunun ən mühüm kulinariya ənənələrindən birinə yaxından nəzər salmaq imkanı yaradıb.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə keçirilən “Türk Mətbəxi Həftəsi” bu il “Bir süfrədə miras” mövzusu altında mayın 21-dən 27-dək təşkil olunur.

Ferrandidə keçirilən tədbirdə türk mətbəxinin tarixi, mədəni və diplomatik əhəmiyyəti ön plana çıxarılıb.

Tədbirin açılışında çıxış edən Türkiyənin Parisdəki səfirliyinin kommunikasiya müşavirliyinin nümayəndəsi Şəlalə Sarıtaylı-Alvado bildirib ki, türk mətbəxi yalnız yemək sənəti deyil. “Türk mətbəxi tarix, ortaq yaddaş, nəsildən-nəslə ötürülən bilik və dərin köklərə malik paylaşım mədəniyyətinin əksidir”, – deyə o vurğulayıb.

Panelin moderatoru, Başkent Universitetinin professoru Suna Timur Ağıldere isə “Türk Mətbəxi Həftəsi”nin həm Türkiyədə, həm də xaricdəki türk nümayəndəliklərində qeyd olunduğunu xatırladıb. “Bu ilin mövzusu olan “Türk mətbəxi: ənənə və müasirlik arasında yaşayan bir irs” bizi zəngin kulinariya irsi üzərində düşünməyə təşviq edir”, – deyə o bildirib.

Fransız qastronomiya tarixçisi Patrik Ramburq qastronomiya diplomatiyasının insanlıq tarixi qədər qədim olduğunu deyib. O qeyd edib ki, qədim dövrlərdə hökmdarlar siyasi gərginlikləri azaltmaq və ya müttəfiqlərinə təşəkkür etmək üçün ziyafətlər təşkil edirdilər. Tarixçinin sözlərinə görə, XVII əsrə aid fransız yemək kitablarında “Türk üsulu” ifadəsinə rast gəlinir.

XIX əsrin məşhur fransız aşpazı Urbain Dubois haqqında danışan Patrik Ramburq bildirib ki, onun “Bütün ölkələrin mətbəxi” kitabında təxminən 17 reseptdə “Türk üsulu” ifadəsi istifadə olunub.

O, həmçinin qəhvənin Fransaya Türkiyə vasitəsilə gəldiyini vurğulayıb. “Qəhvə birbaşa Türkiyədən Fransaya gəlib. XVI əsrdə Türkiyəyə səyahət edən fransızlar qəhvə içilən məkanlardan bəhs edirdilər. Daha sonra qəhvə Fransaya gətirildi və xüsusilə XVII əsrdə burada geniş yayıldı”, – deyə Ramburq bildirib.

Tarixçi əlavə edib ki, XVII əsrdə Osmanlı səfiri Süleyman Ağa Paris yüksək cəmiyyətini qəhvə ilə tanış etdirərək bir növ qastronomiya diplomatiyası həyata keçirib.

Fransız coğrafiyaşünası Pyer Raffar isə 20 ildir türk mətbəxi ilə maraqlandığını bildirərək, Qaziantepi ölkənin qastronomiya paytaxtı adlandırıb. O vurğulayıb ki, Türkiyənin hər bölgəsinin özünəməxsus kulinariya ənənələri var. “Türkiyə mədəniyyətlərin və imperiyaların kəsişməsində yerləşən ölkədir. Bu da türk mətbəxinin zənginliyini formalaşdırıb”, – deyə Raffar qeyd edib.

Onun sözlərinə görə, türk diasporu və beynəlxalq səviyyədə fəaliyyət göstərən türk aşpazlar türk mətbəxinin tanıdılmasında mühüm rol oynayırlar.

Türk aşpazı Sinem Özler isə türk cəmiyyətinin kulinariya baxımından çox zəngin irsə malik olduğunu bildirib. O qeyd edib ki, məqsədləri Anadolu mətbəxini dünyaya olduğu kimi təqdim etməkdir. “Əvvəlcə əlimizdə olan dəyərləri ön plana çıxarmağa və görünən etməyə çalışırıq”, – deyə Özler bildirib.

Aşpaz əlavə edib ki, yeməkləri füzyon və ya molekulyar mətbəx nümunəsinə çevirmədən, orijinal formasında təqdim etməyə üstünlük verirlər.

Türk mühəndis və aşpazı Esin Fakılı isə 32 il avtomobil sənayesində çalışdıqdan sonra gastronomiya sahəsinə keçdiyini deyib. Onun sözlərinə görə, fransızların əksəriyyəti türk mətbəxini əsasən kabab və dönərlə əlaqələndirir. “Yeni yeməklər təqdim etdikdə, fransızlar əslində türk mədəniyyəti ilə də tanış olurlar. Məncə, bir mədəniyyətlə onun mətbəxini bir-birindən ayırmaq mümkün deyil”, – deyə Fakılı vurğulayıb.

Proqramın sonunda Türkiyənin Parisdəki səfiri Yunus Dəmirər çıxışçılardan türklərin yeməklərdə yoğurdan niyə bu qədər geniş istifadə etdiyini soruşub.

“Yoğurt çox qədim türk sözüdür. Bu söz Orta Asiyada köçəri həyat yaşayan ilk türk tayfalarından gəlir. Düşünürəm ki, türklərin yoğurda bağlılığını da məhz bu izah edir”, – deyə Pyer Raffar cavab verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2026 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri