Icma.az
close
up
RU
Türk ölkələrinin hərbi təlimlərinin keçirilməsi çox ciddi geosiyasi iddianı ortaya qoyur

Türk ölkələrinin hərbi təlimlərinin keçirilməsi çox ciddi geosiyasi iddianı ortaya qoyur

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Təkliflər Türk Dövlətləri Birliyinin birlikdə olmasına xidmət edir. Verilən təkliflər, qəbul edilən qərarlar, atılan addımlar hamısı tədricən bu təşkilatın bütün sahələr üzrə institutlaşdırılmasına xidmət edir. Çünki vahid siyasi, iqtisadi, canlı bir mexanizm olaraq bu təşkilat təşəkkül tapmalıdır ki, vahid bir subyekt, güc mərkəzi olaraq fəaliyyət göstərə bilsin".

Bu fikirləri Redaktor.az-a politoloq Natiq Miri ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında TDT-yə üzv ölkələr arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsi ilə bağlı təklif irəli sürməsindən danışarkən bildirdi.

"Doğrudur, bu məsələ o qədər də rahat getmir. Müəyyən türk dövlətləri var ki, hələ də onların çəkinəcəkləri məqamlar var. Ən azından Rusiya, Çin kimi dövlətlərdən iqtisadi və maliyyə asılılığı kimi problemləri mövcuddur. O baxımdan prosesin tədricən irəliləməsi bilavasitə həm də bununla əlaqəlidir. Ona görə bu buxovları tədricən qırıb aradan qaldırmaqla bütün sahələr üzrə bu təşkilatın institutlaşdırılmasına rəvac verilir. Əlbəttə ki, bütün bunların fonunda bir də əsas strateji xətt təhlükəsizliklə bağlıdır".

Onun sözlərinə görə, məhz Orta Asiya türk cümhuriyyətlərinin bəzilərinin hələ də təhlükəsizliklə bağlı problemləri var:

"Məsələn, Qazaxıstan hər zaman Rusiyanın bəzi siyasətçiləri tərəfindən təhdid olunur. Əlbəttə ki, bu, həmin şəxslərin dili ilə dolayısı yolla Kremlin fikrini ifadə edir. Hərbi təlimlərin keçirilməsi orduların bir-birinə inteqrasiyası deməkdir. İnteqrasiya isə dərhal baş verə biləcək bir hadisə deyil. Təchizatdan tutmuş, ordunun peşəkarlığına qədər bütün məsələlər tədrici prosesdir. Ona görə hərbi təlimlərin keçirilməsi bir tərəfdən şüurlarda qorxu sindromunu aradan qaldırır və göstərir ki, biz birlikdə həqiqətən güclüyük. Hər hansı bir təhdid və təzyiq olduğu təqdirdə biz bir olaraq, vahid güc kimi istənilən gücün qarşısına çıxa bilmək qabiliyyətinə malikik. Ona görə də tədricən orduların bir-birinə inteqrasiyası üçün hərbi təlimlərə də ehtiyac var və qarşılıqlı yardım kontekstində bütün türk dövlətlərinin ordularının güclənməsinə ehtiyac duyulur. Buna görə də bu məsələ tədricən artıq intensivləşməlidir. Çünki hələ də hərbi inteqrasiya və hərbi birlik yaratmaq qayəsi ortalığa çıxanda bəzi çəkingənliklər hiss olunur. Nədənsə bunu açıq şəkildə dilə gətirməkdən qorxurlar. Ona görə də hərbi təlimlərin keçirilməsi həm də dolayısı ilə perspektivdə çox ciddi bir geosiyasi iddianı ortaya qoyur. Çünki böyük bir coğrafiyanı - Avrasiyanı əhatə edən bir güc mərkəzindən söhbət gedir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri