Icma.az
close
up
RU
Türk yazarlardan türk ölkələrinin Kipr qərarına reaksiya

Türk yazarlardan türk ölkələrinin Kipr qərarına reaksiya

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Tanınmış yazıçı-publisist Etibar Muradxanlı aprel ayında Almatıda keçirilən Qazax dövlətçiliyinin yaranmasının 800 illiyi ilə əlaqədar beynəlxalq elmi-ədəbi konfrans, 10-cu Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalında iştirak edən türk dünyasının tanınmış yazarlarının bir müddət öncə Türküstanın türk ölkələrinin Cənubi Kipri adanın yeganə qanuni dövləti kimi tanıması və bunun Türkiyədə, o cümlədən TDT-nin müşahidəçi üzvü olan Şimali Kiprdə birmənalı qarşılanmamasına münasibətlərini öyrənməyə çalışıb.

Kult.az sözügedən fikirləri təqdim edir:

Qırğızıstanın xalq şairi Akbar Rıskul:

- Türküstan respublikalarının 35 ildən sonra Kipr Respublikasına (Yunan Kipri) səfir təyin etmələrini necə qiymətləndirirsiniz?

- Sizin sualınızı cavablandırmaq mənim üçün çətindir, mən bu qərarın qəbul olunmasında iştirak etməmişəm. Əvvəllər diplomatik sahədə çalışmışam, ona görə də bu suala cavab verməkdə çətinlik çəkirəm.

- Sizcə, bu, dolayısı ilə ŞKTC-nin mövcudluğunu inkar etmək və Türkiyəni işğalçı kimi qəbul etmək anlamına gəlir?

- Bu sualı şərh etmək mənə çox çətindir.

- İnanmaq istəyirəm ki, Qırğızıstanın xalq şairi kimi bu suala cavab vermək sizin üçün çətin olmayacaq. Sizcə, bu qərar Türk Dövlətləri Təşkilatında birliyin pozulmasına, inamın zəifləməsinə səbəb ola bilərmi?

- Əlbəttə, suallar meydana çıxırsa, bu, münasibətlərə müəyyən təsir edə bilər. Amma bu qərarları dövlət rəhbərləri qəbul ediblər.

- Bir xalq şairi kimi sadə qırğızın bu suala cavabını da ifadə etməkdə çətinliyiniz var?

- Biz Mərkəzi Asiyada yerləşən bütün respublikalarla sıx münasibətdəyik. İndi Türkiyə istiqamətində yollar açılıb və əlaqələrimiz daha da inkişaf etməkdədir. Baxın, bu gün Qazaxıstanda türk xalqlarının musiqi və şeir festivalına toplaşmışıq. Bu, elə bizim türk xalqlarımızın qardaşlıq və birliyinin bir nümunəsidir. Vaxt lazımdır, bir fərmanla, bir qərarla münasibətləri dəyişmək olmaz. Ən böyük hakim zamandır. Zamanla hər şey yolunu tutacaq.

Tanınmış türkiyəli yazar Mustafa Naci Özər:

- Bu suala cavab vermək məni çox ağrıdır. Şimali Kipr Türk Cümhuriyyəti Türkiyənin köməyi ilə müstəqilliyini əldə etmiş bizim ikinci vətənimizdir. Oradakı türklər dəhşətli işgəncələrə məruz qaldılar. Boğazları kəsilərək öldürüldülər. İndiki statusunu 1974-cü ildə Türkiyə Cümhuriyyətinin keçirdiyi Sülh Əməliyyatı nəticəsində əldə edə bildi. Amma təəssüf ki, dünya ölkələri Cənubi Kipri tanıdığı halda, Şimali Kipr Türk Cümhuriyyətini tanımadı. Ümid edirdik ki, türk dünyası ölkələri, xüsusilə Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və digər türk dövlətləri bir gün Şimali Kipr Türk Cümhuriyyətini tanıyacaq. Amma təəssüf ki, belə olmadı və çox məyusedici xəbər aldıq. TDT-nin Mərkəzi Asiya ölkələri Şimali Kipr Türk Cümhuriyyətini tanımadıqları halda, Cənubi Kipri tanıdılar və orada səfirliklər açdılar. Bunu eşidəndə özümüzü kürəyimizdən bıçaqlanmış kimi hiss etdik. Bir türk olaraq bu vəziyyət bizi çox kədərləndirir. Bizim birliyimizi pozmağa çalışan imperialist güclər böyük oyun oynayırlar. Şübhə və narahatlıqlarla dolu bu oyunun sonunu gözləyirik. Ümid edirəm ki, xalq bu dövlətlərin administrasiyalarının qəbul etdiyi qərarı qəbul etməyəcək.

Qazaxstan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Kayrat Bestibayev:

- Mən bütün türk dünyasının bir olmasını, birlik olmasını istəyirəm. Çünki dünyanı güclər idarə edir. Bu güclərin qarşısında duruş gətirə bilmək, inkişaf etmək üçün birliyimiz çox vacibdir. Dövlət rəhbərlərinin qəbul etdiyi bu qərarın türk xalqlarının birliyinə hər hansı bir mənfi təsiri olmayacağını düşünürəm.

Özbəkistanın tanınmış şairi, “Şərq ulduzu” (“Şark yulduzi”) və “Zvezda Vostoka” jurnalının baş redaktoru Sirojiddin Rauf:

- Hələlik türk dünyası o qədər də güclü deyil. Bu səbəbdən diqqətli olmaq lazımdır. Orta Asiya respublikaları yenicə inkişaf edir. Onların kifayət qədər problemləri var. Amma bu müvəqqətidir.

Almatıda, özünüzün də gördüyünüz kimi, xalqlarımız birliyə doğru irəliləyir. Bu isə şübhəsiz ki, Türk Dövlətləri Təşkilatına təsir edəcək...

Qeyd edək ki, Tacikistanda yaşayan türk əsilli yazar Erbabayev Hasan və Sabir Fayiz, özbəkistanlı yazarlar Urinboy Usmon və Fayzulla Abdulazizovun fikirləri isə təxminən eyni oldu: “Biz yaradıcı adamlarıq, siyasətçi deyilik. Amma bu qərarın turançılıq ideyasına mənfi təsir göstərəcəyini düşünmürük. Və Turan birliyinə inanırıq, əks təqdirdə bu tədbirdə iştirak etməzdik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 May 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri