Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Türk seriallarına çəkiləcəksiniz deyə pullarını aldılar Bakıda “Devin Media” ilə bağlı ŞOK İDDİALAR

Türk seriallarına çəkiləcəksiniz deyə pullarını aldılar Bakıda “Devin Media” ilə bağlı ŞOK İDDİALAR

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Azərbaycanda fəaliyyət göstərən “Devin Media”nın Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşları aldadılaraq pullarını mənimsədiyi ilə bağlı iddialar var. Zərərçəkmiş şəxslər bildirirlər ki, onlara qeydiyyatın pulsuz olacağı bildirilsə də, şirkətə yaxınlaşanda 20 manat tələb olunub, daha sonra aktyorluq kursuna yazılmaları üçün 1000 manat istənilib. Kursun gedişatında isə Türkiyədə yayımlanacaq seriallarda oynaya biləcəkləri vəd edilib.

Zərərçəkmiş Əfsələddin Ağabəyli Lent.az-a açıqlamasında bildirib ki, o kurs üçün ümumilikdə 590 manat ödəniş edib:

"Bir gün mənə zəng gəldi, bildirdilər ki, “Devin Media”nın əməkdaşıdırlar, aktyorluq kursu keçirlər. Açığı, mən bu zəngə əhəmiyyət vermədim. Təxminən iki-üç aydan sonra yenidən zəng gələndə “yaxınlaşaram” dedim. Beləcə, İmişlidən Bakıya gəldim. Məni qarşılayanda 20 manat ödəməli olduğumu, daha sonra qeydiyyatımın tamamlanacağını söylədilər. Deyilən məbləği ödədim və çəkiliş oldu. Daha sonra kursa yazılmaq üçün 250 manat ödəməli olduğum bildirildi. Həmin məbləğin 150-ni karta göndərdim, 100-nü isə nağd şəkildə verdim. Ümumilikdə kursa 590 AZN ödəniş etmişəm.

Bir müddət “Amay Ticarət Mərkəzi”ndə yerləşən kursa getdim, sonra gördüm ki, verilən vədləri doğrultmurlar. Səhhətimdəki problemə görə, müalicəyə başlamalı oldum. Ancaq imkanım yox idi. Kursdan da narazı qaldığım üçün ödədiyim pulu geri istədim. Lakin vermədilər, onun yerinə mənə qarşı təhqir xarakterli paylaşımlar etdilər".

Digər zərərçəkmiş Səid Nəsirov Lent.az-a açıqlamasında bildirib ki, o, kursa 800 manat ödəniş edib:

“Fevral ayının axırları “Instagram” sosial şəbəkəsində “Devin Media”nın elanını gördüm. Mən də qatılmaq üçün müraciət etdim. Daha sonra mənimlə əlaqə saxlayaraq bildirdilər ki, “Amay Ticarət Mərkəzi”nə yaxınlaşmalıyam.

Qeydiyyat üçün Şəlalə xanım məni qarşıladı, özünü oranın administratoru kimi təqdim elədi. O xanım məni qeydiyyata aldı və bildirdi ki, telefonu qeydiyyat otağına qoyub, onunla gəlim. Digər otağa keçəndə mənə dedilər ki, sizin simanız bizim üçün uyğundur, sizi seriallara çəkə bilərik, hətta Türkiyəyə də göndərə bilərik. Yəni başdan-ayağa manipulyasiya etdilər.

Müqaviləni imzaladıqdan sonra mənə dedilər ki, kursa qoşulmaq üçün 250 manat ödəniş etməliyəm. Kurs dörd ay davam edəcəkdi, sonda isə sertifikat veriləcəkdi. Hətta iddia etdilər ki, bu sertifikat nəinki Azərbaycanda, hətta dünyada tanınır. Mən də fikirləşdim ki, qarşımda yeni bir yol açılıb. Kursa başlamaq üçün borca pul tapdım, 250 manat ödəniş elədim.

Bir ay keçdi, gördüm ki, serialla bağlı ortada heç nə yoxdur. Məlumat üçün Şəlalə xanıma yaxınlaşdım ki, seriallar nə vaxt çəkiləcək, hələ ortada heç bir irəliləyiş yoxdur. Dedi ki, narahat olma, mart ayını gözləyirik, mart ayında villada kliplər, kinolar çəkiləcək.

Yenə gözlədik, dərslərə də qoşulduq. Mən onlara bildirmişdim ki, hər ay ödənişi ayın 5-i edəcəyəm. Mənə dedilər ki, problem deyil. Amma özünü müəllim kimi təqdim edən Sevinc xanım hər həftə mənə deyirdi ki, ödəniş etməsən, səni dərsə buraxmayacağam. Üç ay belə davam etdi. Hər ay 250 manat olmaqla, borc alaraq ödəniş elədim. Sonuncu ay ödəniş edə bilmədim. 50 manat ödədim, qalan 200 manatı ödəyə bilmədim. Dedim ki, imkanım çatmır.

Sevinc xanım mənə dedi ki, ödəməsən, səni məhkəməyə verəcəklər və məbləği tam alacaqlar. Mən də dedim ki, problem deyil, verin. Borcum var, ödəniş edə bilmirəm. Maksimum nə edə bilərlər? Heç nə edə bilməzlər.

Ondan sonra dərslərə qoşulmadım.

Bizə Pərviz Məlikəjdər adlı şəxs dərs keçirdi. O, özünü azərbaycanlı aktyor, xalq artisti kimi təqdim edirdi. Təhsil səviyyəsi sıfır idi. Bizə nağıllar və monoloqlar öyrədirdi. Bu şəkildə vaxtımızı alırdılar. Hər həftə eyni şey.

Mən dəfələrlə özlərinə bildirmişdim ki, aktyorluq yalnız monoloqdan və ya nağıldan ibarət deyil. Aktyorluğun başqa növləri də var, bildiyim qədər. Bunları niyə öyrətmirsiniz?

Bu barədə uşaqlara da dəfələrlə demişdim ki, bu iş deyil, gəlin birləşək, şikayət edək. Heç kim məhəl qoymurdu. Zamanla gördüm ki, “Devin Media” ilə bağlı şikayətlər var. Məsələ Prokurorluğa qədər gedəcək, lazım olsa, onları məhkəməyə də verəcəyəm.

Bizim qrupda təxminən 20-yə yaxın şagird var idi. Zamanla ödəniş edə bilməyənlər, imtina edənlər oldu. Üç ayın sonunda qrupumuzda cəmi 7 nəfər qalmışdı. 20 nəfərdən 7 nəfərə düşmüşdük. Kimisi ödəyə bilmirdi, kimisini çıxartmışdılar.

Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, Göhkan Ege adlı şəxs nümayəndələrinə göndərmək üçün bizim şəkillərimizi çəkirdi. Onlar da rəy versinlər ki, bizi qəbul edirlər, simamız uyğundur, ya yox. Bildiyimə görə, həmin adam bizim şəkillərimizi öz kompüterində saxlayır. Mən özümə görə qorxmuram, kişiyəm. Amma xanımların şəkillərini fotomontaj edib yaymaq təhlükəsi ola bilər. Şantaj kimi istifadə edib şikayətlərimizi geri çəkdirmək istəyə bilərlər”.

Məsələ ilə bağlı “Devin Media” ilə də əlaqə saxladıq. Bildirdilər ki, söylənilən iddialar həqiqəti əks etdirmir:

""Devin Media" ilə bağlı hər hansı polis bölməsinə və ya məhkəməyə şikayət edilməyib.  

Bir neçə şəxs kursa yazılandan sonra onu yarımçıq qoyan adamlar qəribə şikayətlər səsləndirirlər. Biz onlara demişik ki, kursun sonunda sertifikat alacaqsınız, lakin kursun yaramçıq dayandırılması zamanı həmin sertifikatı verə bilmirik. Ortada müqavilə var. Onlar həmin müqaviləyə özləri imza atıblar.

Sadəcə şifahi şəkildə gəldim, qeydiyyatdan keçdim, kurs keçdim, aktyorluğu öyrənə bilmədim, ona görə pulumu qaytarın deyə bilməzlər. Belə bir şey mümkün deyil. Bu, ingilis dili kursuna gedib orada ingilis dilini öyrənə bilmədiyiniz üçün pulunuzu geri istəməyə bənzəyir. Bura kursdur. Bundan başqa hər şeyimiz qanuni şəkildə qeydiyyat altındadır.

Türkiyəyə göndərəcəyik vədi verməmişik. Bunu sözlə deyə bilərlər, amma sübut edə bilməzlər. Çünki “Devin Media” Azərbaycanda yaradılmış şirkətdir, “Devin Film MMC”dir. Layihələri buradadır.

“Devin Media” Türkiyəyə tələbə göndərmir, oradan da bura aktyor gətirmir. Sadəcə burada fəaliyyət göstərən bir şirkətdir. Türkiyəyə aparacağam deyə heç kimə söz verə bilməz və verməyib. Bunu tələbə sübut etməlidir. Mənə söz verdilər, müqavilə bağladılar, məni aparmadılar deyirsə, bunu sübut etməlidir. Bu, əsassız xəbərdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Avqust 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri