Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

V Yazı

Yunan fəlsəfəsinə gəlincə, o, Hind və İran fəlsəfəsinə nisbətdə daha çox varlıqçı və qədərçi fata­list­dir; insanın müqəddər bir təbiət nizamı əlində oyuncaq olduğuna, insan iradəsiylə bu nizama heç bir qatılıb əksilməyəcəyinə qanedir. Demurq şəkilsiz bir hərcü mərcdən ibarət olan Xaosa ahəng və nizam vermiş; onu Kosmos halına gətirmişdir. İnsanın fəziləti bu müqəddər nizama uyğun yaşamaqdır. İnsanın arzuları o nizamı pozacaq şəkildə olduğu zaman Demurq-Varlıq onları susduracaqdır. Varlıq qarşısında nəfsini öldürəcək; bununla da külli təbiətin bur parçası halına gələcəkdir. Yunan fəlsəfəsində “insan” “varlığ”a tabe olub onun ətrafında dövr etməkdədir. Sokratın “özünü dərk et” və “şüura dönüş”ü bu hikmətdən heç bir şey dəyişdirməmişdir. Ülken yazır: “Yunan və İran hikməti gerçək insan dünyagörüşünü ifadə etməkdən uzaqdır. Hər ikisində də, insanın təbiət içindəki həqiqi mövqeyinə nəzərən görülmüş bir hərəkət düsturu bulunamaz. Çünki biri insanı varlığa əsir etmiş, digəri varlığı insana bağlamaq surətiylə onun aləm içindəki mövqeyini mübaliğə və ifrat ilə görmüşdür”.[1]

Yunan hikmətinin qədərçi olmasına səbəb ilk zaman mədə­niyyətindəki aşılmaz kast (təbəqələşmə) rejimidir. İran hikmətinin xəyalçı olmasını isə uzun əsrlərboyu türklər, ərəblər, yenindən türklər tərəfindən istila olmasında aramaq lazımdır. Türk hikmətinə görə, dünyadakı təbii nizamı davam etdirmək və məsud olmaq üçün bilgili, cəsarətli, qənaətkar olmaq lazımdır: Yuxarıda göy batar, aşağıda yer dəlinərsə bu nizam və insanların bütün hakimanə tədbirlər özlüyündən pozulacaqdır. Fəqət o davam etdikcə, bu nizamı sürdürə bilmək üçün mütləq bu üç fəzilət bulunmalıdır.[2]

Beləliklə, hesab edirik ki, Türk və Yunan fəlsəfəsi iki fərqli coğrafiyanın və mədəniyyətin məhsulu olsalar da, tarixi əlaqələr (xüsusilə İoniya fəlsəfəsi) və Şərq-Qərb sintezi sayəsində bir-birini qarşılıqlı şəkildə təsir etmiş və zənginləşdirmişlər. Hər iki fəlsəfədə oxşar cəhətlər kainatın başlanğıcı (arxe), təbiətin qanunauyğunluqları və dünyanın yaranması kimi ontoloji suallara cavab axtarmasıdır. Eyni zamanda, nsanın cəmiyyətdəki rolu, əxlaqi dəyərlər, ədalət və kamillik axtarışı həm yunan, həm də türk mütəfəkkirlərinin əsas müzakirə mövzularından olmuşdur. Hər iki ənənə tarixi olaraq mifoloji dövr, dini-mistik dövr və rasional-elmi dövr kimi oxşar mərhələlərdən keçərək inkişaf etmişdir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Sami (Yəhudi-Ərəb dünyagörüşü) dünyagörüşünün Türk dünyagörüşünə qarşılıqlı təsiri yalnız VII əsrdə ortaya çıxan İslam dini ilə başlamır. Bu anlamda Türk xalqlarının bizim eranın VII əsrdə ortaya çıxan İslam dininə “isti” yanaşmalarının kökünü də keçmiş­dəki genetik qohumluqda və dini-mənəvi dünyagörüş yaxınlığında axtar­maq lazımdır. Biz də o fikirlə müəyyən qədər razılaşırıq ki, Türk xalqlarının əcdadları iudaizm, xristianlıq və islamlığın yaranmasında və yayılmasında mühüm rol oynamışlar.[3]

Bizcə, m.ö. III minilliyin sonu, II minilliyin başlarında yaşadığı ehtimal olunan İbrahim peyğəmbərin və nəslinin Samilərlə qohumlaşmasının bu məsələ də mühüm rol oynamışdır. Başqa sözlə, İran/Ari tayfalarının Ön Asiyada izi-tozu belə olmadığı dövrdə Türk tayfalarla bəzi Sami tayfaları arasında həm genetik, həm də düşüncə anlamında yaxınlaşma olmuşdur ki, bunu, Musanın “Tora” ya da “Törə” kitabında da görürük.[4] Hər halda Musa peygəmbər yəhudi ya da misirli-qibti olmasından asılı olmayaraq Türk düşüncəsindən, Türk törəsindən və Misir əhalisinin düşüncəsinə böyük təsir göstər­miş türklərdən çox şey öyrənmişdir. Çox güman ki, Tanrının övladı, Tanrının milləti olmağı da yəhudilər türklərdən mənimsə­mişlər. Bəlkə, Ziqmund Freydin də iddia etdiyi kimi, Musa doğrudan da təktanrıçılıq ideyasını Misirdən əxz etmiş, hətta Musa bir yəhudi deyil misirli olmuş, sadəcə yəhudilərə ya da İsrail oğullarına xidmət etdiyi üçün yəhudi­ləşdirilmişdir.[5] Ancaq bütün hallarda istər misirli, istərsə də yəhudi Musanın dünyagörüşünə Türk Tanrıçı­lığının təsir göstərməsinə inanırıq. Hər halda Türk xalqları üçün Misirin çox da yad olmaması, burada hakimiyyət sürmələri ilə bağlı fikirlər də yetərincədir.[6]

Görünür, Musanın əsil kimliyini və onun dünyagörüşünün təşəkkülündə hansı xalqın (məsələn, türklərin) təsir göstərməsini yaxşı bildikləri üçün, yəhudilikdə/iudaizmdə önəmli olan Musanın milli kimliyi və təktanrıçılığı deyil, daha çox yəhudi xalqının fövqəl­adə üstünlüyü və seçilmişliyidir. Belə olduğu təqdirdə də, digər ulus­lar yəhudilik­dən kənar qaçmış, bununla da yəhudilik dünyəvi dinə çevrilə bilməmişdir. Çünki İudaizm əslində Tanrıçılıqdan çox yəhudiçiliyi, Yəhudi xalqını və onun milli xüsusiyyətlərini təbliğ edir. Bu anlamda musəvilik nə qədər təktanrıçılıq dini adlandırılsa da, buradakı təktanrıçılıq Yəhudi milli-dini fəlsəfəsi üzərində qurulmuşdur. Yəhudilər, Türkün Tanrısıyla Misirin Amonun­dan çox şey əxz edərək Yehovaya yeni forma verdilər. Yəni Musaya qədər yəhudilər arasında mühüm rol oynamayan Yehova Musanın təktanrıçlıq düşünəcəsiylə baş Tanrı olmuşdu. Hər halda Z.Freyd iddia edir ki, məhz Musanın Misirdən dönüşündən sonra yəhudilər qaniçən, vəhşi Yehovanı baş Allah elan edərək ona artıq ədalətlilik, bağışlayan, rəhmdillik kimi yeni vəsflər vermişlər.[7]

Ancaq İsrail oğullarının, xüsusilə də yəhudilərin Yehovası yeni vəsfləri ilə yanaşı, əski sifətlərini də daşımağa davam etmişdir. Belə ki, Yehova baş Allah elan edildikdən sonra onun adından haqq yoluna gəlməyənlərə divan tutulacağına, eyni zamanda musəvliyə tapınıb ancaq sonra yolunu azanların dəhşətli dərəcədə cəzalan­dırılacağına dair fikirlər yayılmışdır.[8] Bizcə, Yehovanın yeni mahiyyət əldə etməsində Türk fəlsəfəsinin mühüm təsiri olmuşdur. Sadəcə, Türk fəlsəfəsindən qidalanan Musanın “Tora”sı sonralar ilkin mahiyyətindən çox uzaq­laşmışdır.

Ari tayfalarının bir qisminin Ön Asiyaya gəlməsi ərəfəsində Türk-Sami münasibətləri kəskinləşmişdir ki, buna səbəb də Sami xalqların ya da dövlətlərinin çoxallahlığa meyilli olması idi. Tək Tanrıçılıq düşüncəsinə əsaslanan Türk xalqları üçün Sami xalqlarının buna ciddi önəm verməməsi qəbul edilməz idi. Məhz belə bir dövrdə Ön Asiyaya köç edən, üstəlik çoxtanrıçılıq inancında olan İran/Ari tayfalarının Türk dövlətləri ilə savaşa başlamaları Sami xalqlarının xeyli qismi, xüsusilə Yəhudilər üçün böyük bir fürsət oldu. Belə ki, Türk xalqlarını Ön Asiyada həmişə özünə əsas rəqib görən Samilər çoxallahlı İran/Ari tayfalarıyla dostluq qurmalarını daha münasib görmüşlər. Bu anlamda Əhəmənilər imperiyası dövründə farslara güclü ideo­loji təsir göstərən Yəhudilər bir çox hallarda Türk dövlətlərinə qarşı müba­rizədə onlara ciddi dəstək vermişlər. Çox güman ki, Manna, İşquz, Midiya kimi Türk dövlətlərinin süqutunda da Sami­lərin müəyyən payı olmuşdur. Hər halda Midiya dövlətinin süqut­unda, eləcə də Midiya dövlətini bərpa etmək istəyən Qam Atanın devrilməsində və mağlara divan tutulmasında Samilər mühüm rol oynamışlar. Beləliklə, deyə bilərik ki, Əhəmənilər imperiyasının varlığında Samilər, o cümlədən yəhudilər də iştirak etmiş, Türk-Saka dövlətinin aradan qaldırılması yolunda birgə yol izləmişlər.

Hesab etmək olar ki, Parfiya dönəmində də İran-Sami işbirliyi davam etmiş, hətta bu imperiyanın yıxılmasında onlar birlikdə addım atmışlar. Çünki artıq dövlətçilik ənənəsini itirmiş Sami xalqları çıxış yolu kimi məcburən İran/Ari tayfalarıyla bir yerdə hərəkət etmişlər. Buna səbəb də görünür, əski dövrlərdə Türklərə olan düşmənçilik hissləri mühüm rol oynamışdır.

Bizcə, Sami mənşəli ərəblər arasında yeni dinin yaranması və onların yeni dinlə Sasanlar üzərinə yürüş etmələri bu münasibətləri xeyli dərəcədə korlamışdır. Yalnız yəhudilərin ərəb­lərlə qohum olmasına baxmayaraq yeni dinə qarşı çıxmaları İran-Yəhudi birliyini gücləndirmişdir. Hər halda farsların, Sasanları süquta uğradan müsəlman ərəblərə qarşı mübarizədə yəhudilərlə əlbir olmaları təsadüfi ola bilməz. Məhz Fars-Yəhudi birliyinə qarşı da İslamlığı əsasən könüllü qəbul edən türklərlə ərəblər arasında müsbət münasibət­lərin yaran­ması diqqətçəkicidir. Deməli, bir tərəfdə müsəlmanlığı zorla qəbul etmiş zərdüşti farslarla yəhudilər bir araya gəlmişdilər ki, artıq hər ikisi dövlətçilik ənənələrindən yetim qalmışlar. Digər tərəfdən Sami mənşəli Ərəblərlə Türklər müsəlman dini çatısı altında, yeni imperiyalarda birgə rol oynamışlar.

[1] Ülken Hilmi Ziya. Türk tefekkür tarihi. İstanbul, Yapı Kredi Yayınları, 2013, s.49

[2] Yenə orada, s.55

[3] Cəfərsoy İlhami. İber və Hay folklorunda Türk mifik təfəkkürünün izləri. Bakı, “Xəzər univer.,”, 2006, s.95

[4] Adcı Murad. Türk və dünya: munis tariximiz. Bakı, «BSU», 2006, s.29

[5] Freud Sigmund. Musa ve Tektanrılı din (üç inceleme). İstanbul, Say yayınları, 2012, s.40-42, 72-74

[6] Cəfərsoy İlhami. İber və Hay folklorunda Türk mifik təfəkkürünün izləri. Bakı, “Xəzər univer.,”, 2006, s.34

[7] Freud Sigmund. Musa ve Tektanrılı din (üç inceleme). İstanbul, Say yayınları, 2012, s.40-42, 70-71

[8] Çəmənzəminli Yusif Vəzir. Əsərləri. II cild. Bakı, Avrasiya Press, 2005, s.375


OXŞAR XƏBƏRLƏR

Şah İsmayılı təftiş etmək milli kimliyimizi təftiş etməkdir

08:00

Fazil Mustafa: CƏHALƏT DƏLLALLIĞI

29 Avqust 17:37

MƏKKƏDƏN XƏZƏRƏ: Yeni Avrasiya nizamı yaranır?

27 Avqust 16:33

Coğrafi yüksəklikdən dövlətçilik zirvəsinə – LAÇIN

26 Avqust 10:35

Badruddin Maqomedov: Qumuq poeziyasından türk dünyasına yüksələn səs

25 Avqust 11:00

Albanlar: Tarixi yaddaş, kimlik və Qafqaz Albaniyası məsələsinə yeni baxış

25 Avqust 10:45

Sözə, yurda və milli yaddaşa sədaqət

25 Avqust 10:30

Tarixin möhürü – Böyük Hun İmperiyası

25 Avqust 10:15

Bir daha Himnimiz haqqında

25 Avqust 10:00

Abidə insan – Rafael Hüseynov

25 Avqust 09:45

Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

25 Avqust 09:00

Səfəvilərdən Qızılbaşlara

25 Avqust 08:45

Şah İsmayılı təftiş etmək milli kimliyimizi təftiş etməkdir

25 Avqust 08:30

Tarix bir qəsəbədən necə görünür?-“Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24 Avqust 11:32

Daşların arasında bitən bənövşə

23 Avqust 15:16

Qırğızıstandan Özbəkistana: bir səfər zəncirindən daha üstün…

23 Avqust 14:52

Qaçaq Nəbi və Həcər xanım: Arxiv sənədləri işığında ailə tarixi

22 Avqust 16:40

Türk ərənlərinin yurdları - Kəl Ağalı

18 Avqust 09:54

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı saxlanıldı - GÖRÜNTÜ

31 Avqust 14:12

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

31 Avqust 13:48

Batan gəminin heyətində 3 azərbaycanlı ola bilər - DETALLAR

31 Avqust 12:56

Sentyabrda hava necə olacaq? - Proqnoz

31 Avqust 12:18

Türkiyə bu ölkədə əməliyyat keçirdi - Gəmini azad etdi

31 Avqust 10:27

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar - YENİ ƏLİFBA

30 Avqust 22:49

SON XƏBƏRLƏR

Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri

08:15

Şah İsmayılı təftiş etmək milli kimliyimizi təftiş etməkdir

08:00

“Napoleon və Sezar: Kim dedi ki, biz məğlub olmuşuq?”

00:37

Lələtəpədən Şuşayadək: Nizami Mövlanovun qəhrəmanlıq salnaməsi

31 Avqust 22:31

Ankarada “Kültür Yolu” Festivalının açılışı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunacaq

31 Avqust 22:10

İstanbulda "Plastik atıq seminarı" keçirilir

31 Avqust 22:01

Raketlər yenidən işə düşdü: ABŞ-İran qarşıdurması alovlanır? - ŞƏRH

31 Avqust 21:45

ABŞ ordusunda sursat böhranı: Vens Baydeni günahlandırdı

31 Avqust 21:39

Senator: ABŞ İrandakı etirazçıları silahlandırmalıdır

31 Avqust 20:44

Zelenski Trampın nümayəndələri ilə sülh danışıqlarını müzakirə etdi

31 Avqust 20:38

MEDİA Agentliyi Britaniyada ölkəmizlə bağlı yayımlanan bəzi materiallara reaksiya verdi

31 Avqust 20:33

Tramp: İran ölü bir ölkədir

31 Avqust 20:31

Ruslar Zaporojyeyə hücum etdi: Yaralılar var

31 Avqust 18:03

Ərdoğana da həmin oyuncaq hədiyyə edildi

31 Avqust 18:01

Hakan Fidan: “Məkkə Müdafiə Alyansı heç bir dövlətə qarşı deyil”

31 Avqust 17:54

Köçəryan və Şahramanyanı Bakıya vermək istəyirlər – Akopyan

31 Avqust 17:40

Azərbaycan və İran prezidentləri Bişkekdə görüşdü

31 Avqust 17:10

Kiprdəki gəmi qəzasına görə azərbaycanlılar həbs olundu

31 Avqust 16:39

Əfqanıstandan ABŞ-a gözlənilməz təklif: Sənin olsun

31 Avqust 16:13

Stubb: Çin Rusiyanın nüvə silahından istifadəsinə imkan verməyəcək

31 Avqust 16:05

Məkkə Birgə Müdafiə Sazişinin ilk iclası İstanbulda keçirilir

31 Avqust 15:54

Türkiyə S-400-ləri bu ölkəyə sata bilər

31 Avqust 15:52

Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir

31 Avqust 15:32

İlham Əliyevlə Paşinyanın görüşündə müzakirə olunan məsələlər AÇIQLANDI

31 Avqust 15:25

İlham Əliyevin Tokayevlə görüşü keçirilib

31 Avqust 15:23

58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR

31 Avqust 14:56

Qlobal fəlakət zamanı Yerdə ən təhlükəsiz yer haradır? – Konkret məkanlar

31 Avqust 14:47

Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi - Video

31 Avqust 14:34

Autizmli uşağı döyən psixoloqla bağlı rəsmi açıqlama

31 Avqust 14:30

CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı

31 Avqust 14:22

"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradıldı

31 Avqust 14:14

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı saxlanıldı - GÖRÜNTÜ

31 Avqust 14:12

Azərbaycanlı müdirini qaçırmaq istədi: planı düz işləmədi – VİDEO

31 Avqust 14:08

Yunanıstan və İsrail "Axilles Qalxanı" ilə bağlı razılığa gəldi

31 Avqust 14:04

Netanyahudan İrana mesaj: “Lazım gələrsə, işğal edəcəyik”

31 Avqust 13:57

Kiprdə batan gəminin qəzadan öncəki görüntüləri - Video

31 Avqust 13:52

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

31 Avqust 13:48

Prezident Bişkekdə belə qarşılandı – VİDEO

31 Avqust 13:46

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilir - FOTO - VİDEO

31 Avqust 13:44

Batan gəminin kapitanı ilkin ifadəsini verdi

31 Avqust 13:40

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Tramp: Hörmüz açılmasa, İrana çox sərt zərbələr endirəcəyik

5 Avqust 10:27

Tehran iddiaları təkzib etdi: Gəmilər yalnız icazə ilə keçəcək

3 Avqust 10:42

Donald Tramp: İran razılaşma əldə etmək istəyir

7 Avqust 22:51

SON DƏQİQƏ! İrana ŞOK xəbərdarlıq: “Bu, son şansınızdır”

4 Avqust 11:11

Netanyahu: İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyam

5 Avqust 22:58

Tramp: İranla razılığa üstünlük verirəm

6 Avqust 10:20

Rusiya Ukraynanın ən böyük onlayn satış şirkətinin anbarını VURDU

1 Avqust 18:26

İranda hakimiyyət kimdədir? - Pezeşkianın səlahiyyət problemi

6 Avqust 12:29

Kürdlər İranı qarışdırır: Tehrandan qisas alacaqlarını deyirlər

4 Avqust 18:11

Pezeşkian: İran inqilabdan bəri ən çətin dövrünü yaşayır

6 Avqust 10:37

CNN: ABŞ-ın sursat ehtiyatlarının azalması İranı cəsarətləndirə bilər

7 Avqust 16:24

Ukraynanın ən böyük hücumlarından biri... – Rusiya açıqladı

2 Avqust 13:37

Ceyhun Bayramov Ukraynaya getdi

6 Avqust 09:20

Putin Şimali Koreyadan yeni raketlər aldı - Ukraynada vahimə

6 Avqust 10:03



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Sentyabr 2026 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri