Icma.az
close
up
RU
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri dosent Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” kitabı nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda ilk dəfə olaraq qədim dövrdən bizim eranın VII əsrinə qədər (İslamaqədərki) Türk xalqları fəlsəfi fikir tarixindən bəhs olunur. Əsərdə Türk xalqlarının əsas fəlsəfi təlimləri – tanrıçılıq, türkçülük, qorqudçuluq, qamlıq, mağlar təlimi, manilik və digər dünyagörüşü sistemləri, eləcə də Oğuz Ata, Türk Ata, Qorqud Ata, Qam Ata, Mani Ata və digər müdrik şəxsiyyətlərin fəlsəfi irsi tədqiqata cəlb olunub.

Kitabın yazılmasında əsas məqsəd türk xalqları fəlsəfi fikrinin İslamaqədərki mərhələlərini ardıcıllıqla, elmi obyektivlik prinsiplərinə əsaslanaraq və milli intellektual yaddaşa söykənən metodlarla yenidən canlandırmaqdır. Çağdaş akademik mühitimizin əsas çatışmazlıqlarından biri ondadır ki, türk xalqlarının fəlsəfi irsi yalnız İslam dininin meydana çıxmasından sonrakı dövrlə əlaqələndirlir, üstəlik çox zaman ya ümumi regional çərçivələrə salınır, ya da xarici fəlsəfi təlimlərin kölgəsində dəyərləndirilir. Halbuki türk xalqlarının fəlsəfi düşüncəsi özünəməxsus xətti olan müstəqil bir bütövdür və bu bütövlük tanrıçılıq, Qorqud Ata hikməti, Xızır Ata hikməti, mağlar təlimi, qamlıq, türklük, manilik və başqaları ilə birlikdə öyrənildikdə aydın görünür. Sadəcə, türk fəlsəfi düşüncəsi o qədər mükəmməl, dərin olub ki, digər mədəniyyətlər və fəlsəfələr ondan çox faydalanıb.

Kitabın əsas məqsədi türk xalqlarının İslamaqədərki fəlsəfi düşüncə tarixini elmi obyektivlik prinsipləri və milli intellektual yaddaşa əsaslanan metodoloji yanaşma ilə ardıcıl şəkildə yenidən tədqiq etməkdir.

Nəşrin elmi redaktoru professor Rafail Əhmədli, professor İzzət Rüstəmov, dosent Lalə Mövsümova və dosent Zaur Rəşidovdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri