Türkan Vəlizadə: Səsim Aygün Kazımovanın səsinə bənzəyir
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Türkan Vəlizadə Xalq artisti Aygün Kazımova ilə bağlı diqqətçəkən açıqlama verib.
BAKU.WS xəbər verir ki, "İki üz" verilişinə qonaq olan ifaçı Xalq artisti Aygün Kazımovanın böyük rezonans doğuran "Best of Aygün" layihəsi haqqında danışıb.
İfaçı bildirib ki, sözügedən layihədə yer almadığı üçün dərin təəssüf hissi keçirir. Çıxışı zamanı maraqlı bir məqama da toxunan Türkan Vəlizadə səsinin Aygün Kazımovanın səsinə bənzədiyini bildirib.
"Səsim Aygün Kazımovanın səsinə bənzəyir" - deyə, o qeyd edib.
Qeyd edək ki, bu il aprelin 10-da Xalq artisti Aygün Kazımovanın zəngin yaradıcılığının 40 illiyinə həsr olunan "Best of AYGUN 40" albomu təqdim edilib.
Ölkənin əsas ulduzunun Azərbaycanda bir ilk olan albomuna fəxri adlı mədəniyyət nümayəndələri, məşhur estrada sənətçiləri, "Avroviziya" təmsilçilərimiz, eləcə də gənc nəsil ifaçılar cəlb edilərək Pop kraliçanın 40 illik yaradıcılıq yolunda səsləndirdiyi hit mahnılara yeni nəfəs veriblər.
Ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 29 Sentyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















