Icma.az
close
up
RU
Türkcə, yoxsa rus dili?

Türkcə, yoxsa rus dili?

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ayaz Salayevin Türkiyə türkcəsinə qarşı mövqeyi və rus dilini tərifləməsi cəmiyyətdə müəyyən müzakirələrə səbəb olub. Onun fikrincə, Türkiyə türkcəsi Azərbaycan dilinə təhlükə yaradır, amma rus dilinin geniş yayılması və rus məktəblərinin çoxluğu müsbət haldır.

Bu mövqeyin nə qədər əsaslı olub-olmadığını araşdırmaq üçün əvvəlcə “təhlükə” anlayışına baxmaq lazımdır. Bir dilə real təhlükə, adətən, ondan daha dominant və siyasi, iqtisadi baxımdan güclü olan başqa bir dilin təsirindən yaranır. Tarixi faktlara nəzər salsaq, Azərbaycan dilinin uzun illər ərzində rus dili qarşısında ikinci plana keçirildiyini görərik. Sovet dövründə rus dili rəsmi ünsiyyət vasitəsi olub, dövlət idarəçiliyindən tutmuş elmi və mədəni sahələrə qədər üstünlük qazanıb. Hətta müstəqillikdən sonra belə rus dilinin təsiri qalmaqda davam edir, çünki rus dilli məktəblər və media hələ də geniş yayılıb.

Türkiyə türkcəsi isə əksinə, Azərbaycan dilinə çox yaxın olduğundan onunla qarşılıqlı zənginləşmə prosesi gedir. Əgər iki dil bir-birini başa düşəcək qədər yaxındırsa, bu, dil təhlükəsi yaratmır, əksinə, qarşılıqlı anlaşmanı artırır. Türkiyə türkcəsinin təsiri Azərbaycan dilini zəiflətmir, əksinə, qloballaşan dünyada bizi daha geniş türk dünyasına bağlayır.

Sabirin 100 il əvvəl dediyi kimi, “Osmanlıcadan tərcümə türkə” ifadəsi absurd görünür. O dövrdə biz türk adlanırdıq, Osmanlı türkləri isə Osmanlı. İndi bizə azərbaycanlı deyilir, Türkiyə türklərinə isə sadəcə türk. Ayaz Salayevin Türkiyə türkcəsinə təhlükə kimi baxması isə Sabirin bu fikrinin aktuallığını bir daha sübut edir.

Əslində, problem dilin zənginləşməsi və ya yaxın dildən təsir alması deyil, ana dilimizin düzgün qorunub inkişaf etdirilməsidir. Əgər təhlükədən danışırıqsa, Azərbaycan dilinin əsas problemi onun rus dili qarşısında ikinci plana keçməsi, bəzi ailələrdə uşaqların ana dilində yox, rus dilində böyüməsidir. Bir çox dövlət strukturlarında, eləcə də biznes sahələrində rus dili dominant mövqe tutur. Bunlar isə həqiqi təhlükədir.

Belə olan halda, Türkiyə türkcəsini təhlükə kimi görmək, amma rus dilini tərifləmək nə qədər məntiqlidir? Sual açıq qalır.

P.S. Gündəlik istifadə etdiyimiz rus sözləri gedib İranda da o qədər danışıblar ki, onlar da artıq rusdilli sözlərdən istifadə etməyə başlayıblar: "tamojni", "zakaz", "klent" və s.

Tağı Kərimli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Fevral 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri