Icma.az
close
up
RU
Pezeşkianı türkcə danışmağa kimlər qoymur?..

Pezeşkianı türkcə danışmağa kimlər qoymur?..

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Formal baxımdan zahidlərdən dindarını tapmaq olmaz yəqin ki, cəmi dünyada - zahid o kəslərə deyilirdi dünyəvi nə varsa, hamısından imtina edib bir olan Tanrıya tapınır, ona ibadət edirdilər.

Amma burada tarixboyu xaçpərəst rahiblərin ibadətdən başqa daha nələrlə məşğul olmaları, hazırda bəzi monastrlarda, dini pansionatlarda nələrin baş verdiyi haqda danışmayacam, çünki xristianlar özləri çox yazır və danışırlar bu haqda.   

İslamda isə zahidliyin üstündən sirr pərdəsini götürənlərdən biri elə bizim Nəsimi olub. Yadınıza gəlirmi: "Zahidin bir barmağın kəssən dönüb həqqdən qaçar!”. 

Deyilənlərə görə, bu məşhur rədifli qəzəli İ.Nəsiminin şagirdləri - müridləri yazıb. Amma nə dəxli? Dünyanın ən möhtəşəm musiqilərindən birini – "Rekviyem”i Motsartın tələbələri tamamlamayıbmı!.. 

Həm də Nəsimidən xeyli əvvəl İsa peyğəmbər özünün şagirdlərinə - həvarilərə deməmişdimi ki, sizlərdən birini məni satacaq, digəri isə obaşdan, xoruzlar banlayanda düz üç dəfə məndən imtina edəcək və s. və i. 

Belə də oldu. İuda İsa peyğəmbəri satdı, Pavel isə düz üç dəfə onu inkar etdi - səhv etmirəmsə, belə yazılmışdı "İncil”də...

Yəni dediyim budur ki, islamda zahidlərdən dindarını tapmaq olmaz, amma onlar da din-etiqad naminə hətta bir barmaqlarını belə verməzlər. Eləcə də nisbətən daha qədim din olan xristianlıqda da güman ki, İsanın on iki şagirdindən – həvarilərdən bir olan Allaha və müəllimlərinə daha sadiq olanı tapmaq olmazdı, amma biri onu satdı, Roma əsgərlərinə təhvil verdi, digəri canını qurtarmaqçün müəllimindən imtina etdi! Elə o birilər də canlarını qurtarmaqçün başlarını götürüb hara gəldi qaçdılar...

Deyim ki, tək xristianlıqda və yaxud islamda belə olmayıb: tarix boyu Allah naminə ölməyə hazır olanların sayı Allah naminə öldürməyə hazır olanlardan bəlkə də min, milyon dəfə az olub...

Odur ki, keçirəm əsas mətləbə - İrana və onun prezidenti doktor Pezeşkiana, hansı ki, son günlərdə bir neçə dəfə türkcə şeir oxuduğuna görə gündəmə gəldi. Birinci dəfə oxuyarkən ona dərhal mane olmaq istədilər, üstündən bir neçə gün keçəndən sonra Pezeşkianın yenə də türk dilində danışması haqda xəbərlər yayıldı...

Doktorun geri çəkilmədiyini görüb sevindik. Ona görə də bir sıravi azərbaycanlı türkü kimi deyərdik ki, doktor, qəti geri çəkilməyin, türk dilində danışmaqda davam edin və molla rejiminin təzyiqləri altında hakimiyyəti yarımçıq buraxmaq haqda da düşünməyin, irəli gedin. 

Bu vaxta qədərki islahatçı prezidentlərin ən böyük səhvi heç bilirsinizmi, nə olub? Mühafizəkar ruhani elitasının üstünə getməyiblər, birtəhər prezidentlik müddətlərini başa vurub böyük siyasətdən uzaqlaşıblar.  

Yadıma gəlir, sovetin vaxtında, yenidənqurma illərində Qərb demokratları tez-tez diqqəti SSRİ konstitusiyasındakı məşhur maddəyə yönəldirdilər.   

Səhv etmirəmsə, bu, hakim kommunist partiyası haqqındakı maddə idi. Deyirdilər ki, o maddənin ləğvinə çalışmaq lazımdır.

İranda da eyni vəziyyət hökm sürür. Molla rejiminin də yuridik əsasları, fundamenti var. Bu maddələrin üstünə getmək lazımdır. Hazırda prezidentliyə namizədləri seçicilərdən əvvəl ruhani elitası seçir. Əgər bu praktika dəyişsə, ardınca çox şey dəyişə bilər. İnsanların mədəni haqları genilşlənsə (məsələn, türk dilinə xüsusi status verilsə), bu, digər haqlara, ələlxüsus da siyasi haqlara da təsir edər. 

Molla rejimini qorxudan da budur. Ona görə də onlar bütün qüvvələrilə mövcud qaydaları saxlamağa, Pezeşkian kimi siyasətçilərə mane olmağa çalışırlar. 

Heç vaxt ucdantutma hamını qaralamağın tərəfdarı olmamışam. Ona görə də demirəm bütün İran mollaları, amma onların çoxu "of!” demədən bəşəriyyətin yarısını qılıncdan keçirərdi, özü də guya "din və etiqad naminə”! 

Halbuki bunların, yəni bütün din "ideoloqlar”ının və "Tanrı əsgərləri”nin əsl mahiyyətini iki əsr bundan əvvəl F.Dostoyevski özünün "Karamazov qardaşları” əsərindəki "Böyük inkvizitor” poemasında (bəli, onu ədəbiyyatşünaslar belə adlandırırlar!) verib. 

Yadınıza gəlirmi, İnkvizitor İsa peyğəmbərə nə deyir? "Sən get! Buralara daha gəlmə, özüm burada qayda-qanun yaradaram!”. Ardınca da əlavə edir: "Onlar çörək istəyirdi, sənsə azadlıq təklif etdin!” – bəli, səhv etmirəmsə, təxminən belə idi... 

Qərəz, İnkvizitorun əslində İsa peyğəmbərə heç bir sevgisi, hətta inamı yox idi. Hətta düşünürdü ki, İsa insanları tanımır, onları anlamır! 

İsa İnkvizitora şirma kimi lazım idi ki, insanları təqib etsin, edama göndərsin və odda yandırsın, bildiyi, özünə sərf edən "sahman”ı yaratsın dünyada!

Bütün teokratiyalara aiddir bu. Elə İran rejiminə də islam bunun üçün lazımdır. Bu yerdə bir detal yadıma düşür. Bir ispaniyalı rəssam haqqında filmə baxmışdım, Ona İnkvizisiya məhkəməsində ittiham irəli sürürlər ki, bəs çəkdiyin mələklər adamlara oxşayırlar! Rəssam qayıdır ki: "Siz haradan bilirsiniz ki, onlar insanlara oxşamır? Məgər onları nə vaxtsa görmüsünüz?”. 

Nə qədər qəribə olsa da məhkəmənin hakimləri bir azca insaflı çıxırlar, rəssamın bu sözlərindən sonra onu sərbəst buraxırlar...

Bunu niyə deyirəm? Mənə elə gəlir, "Həqqə gəl!”- "Həqq məndədir!” söhbətini indi-indi anlamağa başlayıram. 

Ruhanilər haradan bilirdilər ki, Həqq nədir? Əslində onlar Mənsur Həllaca, Fəzlə, Nəsimiyə demək istəmirdilərmi ki, siz də gəlin bizə qoşulun, nəzir-niyazla ciblərimizi dolduraq, ehsandan - xeyratdan bol-bol bədənə vurub "böyük-böyük mətləbləri, hikmətləri” xırdalayaq bu xırda insanlara! "Allah adından” təqib edək, edama göndərək bizimlə razı olmayan "yolunu azanları”!..

Burada yadıma daha bir detal düşür – bu dəfə bir az məzəli. Bir dəfə Bakıdan kənarda bir hüzrdəydim. Molla bəlağətli nitqlə bayaq dediyim kimi, "böyük hikmətləri” xırdalayırdı məclis əhli üçün. Birdən yanımdakı müəllim mollaya işarə edib qulağıma pıçıldadı: "Üç arvad saxlayır! Biz heç birini saxlaya bilmirik!”. 

Dönüb mollaya, onun qan daman yanaqlarına baxdım və məni gic bir gülmək tutdu. Nə yaxışı ki, çox çəkmədi bu, molla "Fatihiə” verən kimi durub oradan əkildim. Amma bilmirəm, niyə görəsə, ölülərə yox, bütün dirilərə yazığım gəldi...

Hüseynbala Səlimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see298

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see267

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see249

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see246

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see245

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see241

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see238

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see237

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see228

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see223

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see220

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see213

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see208

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see205

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see197

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see196

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see196

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see194

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see188

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri