Icma.az
close
up
RU
Türkçülük örnəyi: Yusif Ziya Talıbzadə

Türkçülük örnəyi: Yusif Ziya Talıbzadə

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

O, Türküstanda bolşeviklərə qarşı savaşda şəhid olub

Yusif Ziya Talıbzadə həyatını türkçülük idealları yolunda misilsiz fədakarlıqlar göstərmiş istiqlal mücahidlərimizdəndir. O, bu missiyanı ömrünün sonuna qədər şərəflə daşımışdır. Bu dəyərli ziyalımız xalqımızın tarixində pedaqoq, siyasətçi, publisist, dramaturq və hərbçi kimi də dərin iz qoyub.

Yusif Talıbzadə 1877-ci il yanvarın 22-də Tiflisdə Şeytanbazar məhəlləsində Zaqafqaziya şeyxülislamının müavini Axund Mustafanın ailəsində anadan olub. O, görkəmli Azərbaycan şairi, dramaturqu, pedaqoqu Abdulla Şaiqin böyük qardaşıdır.

Yusif İlk təhsilini Tiflisdəki Zaqafqaziya Ruhani İdarəsinin nəzdində fəaliyyət göstərən rüşdiyyə məktəbində alıb. 1894-cü ildə ailəsi ilə birlikdə Xorasana köçüb. Təhsilini burada davam etdirərkən sevimli müəllimi Yusif Ziyadan təsirlənərək özünə “Ziya” təxəllüsü götürüb. Atasının arzusu ilə İsfahanda sonra Mirzə Cəfər mədrəsəsinə daxil olaraq burada ruhani təhsili alıb. Bundan sonra isə təhsilini Bağdadda tamamlayıb. Türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənib.

1899-cu ildə anası ilə birlikdə Tiflisə qayıdıb. Burada Zaqafqaziya Ruhaniləri İdarəsində imtahan verərək axund rütbəsi alıb. Xidmət üçün Şah Abbas məscidinə təyinat alsa da, bundan imtina edərək, 1900-cü ildə Bakıya köçüb. Buradakı rus-tatar məktəbində pedaqoq kimi çalışmaq üçün yoxlama komissiyasından keçib. İmtahanı uğurla verdikdən sonra məktəbə şəriət müəllimi təyin edilib.

Bakıda o dövrün Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Həbib bəy Mahmudbəyov və sair tanınmış insanları ilə tanış olub. Yusif Talıbzadənin 1902-ci ildə Azərbaycan dilinin qrammatikasına aid “Təhsili-qəvaid”, 1903-cü ildə isə islam aləmində qadın tərbiyəsindən bəhs edən “Hədiyyəyi-nisvan”, “Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı”, “Müəllimüş-şəriə”, 1904-cü ildə “Təəlümüş-şəriə”, 1905-ci ildə “Həqiqəti-İslam”, 1907-ci ildə “İslam tarixi”, 1913-cü ildə “Türkiyə məktubları” kitabları işıq üzü görüb.

1900–1910-cu illərdə Bakının müxtəlif nəşriyyatlarında İslamla bağlı müxtəlif mövzularda 10-dan artıq kitabça və risaləsi çap edilib. Nəriman Nərimanovun “Nadir şah” əsərini fars dilinə çevirib. 1904-cü ildə Bakıda “İslam tarixi və tarixi-ənbiyaya dair məkanların nəqşəsi və İslam məmləkətlərinin xəritəsi" adlı xəritə çap etdirib.

Yusif Talıbzadə elmi-pedaqoji fəaliyyətlə yanaşı, o dövrün aparıcı qəzet və jurnallarında aktual mövzularda parlaq publisistik yazılarla çıxış edib. 1903-cü ildən etibarən “Şərqi-rus” qəzetində İslam dini ilə bağlı silsilə məqalələri dərc olunub. 1905-ci ildən 1913-cü ilə qədər isə “Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Yeni Füyuzat”, “Şəlalə” kimi qəzet və jurnallarla sıx əməkdaşlıq edib.

1910-cu ildən etibarən daha çox ictimai-siyasi fəaliyyətlə məşğul olub. 1910-cu ildə Türkiyədə keçirdiyi günlər haqqında “Türkiyə məktubları” adlı əsərini çap etdirib. Yusif Talıbzadə dramaturq kimi də qələminin sınayıb. “Ərmənusə” və “Əmir Xalid bin Vəlid” adlı 2 dram əsəri yazıb. “Ərmənusə” 1910-cu ildə, “Əmir Xalid bin Vəlid” faciəsi isə 1912-ci ildə “Nicat” cəmiyyətinin dram heyəti tərəfindən oynanılıb. 1911-ci ildə yaradılmış “Müsavat” partiyasının ilk üzvlərindəndir.

1912-ci ildə Yusif Ziya həyat yoldaşı Cənnət xanım və oğlu Tələt ilə birlikdə İstanbula köçüb. Burada hərbi məktəbdə təhsil alıb. Birinici Dünya müharibəsi illərində Balkanlarda savaşlara qoşulan azərbaycanlı könüllülərə rəhbərlik edib. Sonrakı dövrdə Qars, Ərdəhan və Batum cəbhələrində gedən ağır döyüşlərdə iştirak edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib.

1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Türklərin Bakıya doğru yürüşünü əngəlləməyə cəhd edən daşnaklara qarşı Göyçay yaxınlığında baş verən ağır döyüşdə “Yardım alayı”na rəhbərlik edib. Sentyabrın ortalarında isə Bakı uğrunda hərbi əməliyyatda şəxsi şücaətlər göstərib.

1919-cu il iyunun 10-da Azərbaycan Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsinin iclasında Bakı şəhəri və ətraf ərazilərdə yaşayan hərbi çağırış yaşına çatmış gənclər üçün hərbi hazırlıq təlimlərinin təşkil edilməsi qərara alınıb. Yusif Talıbzadə könüllü dəstələrin təşkili üzrə komissiyanın sədri təyin edilib.

Cümhuriyyət dövründə bir çox qəzet və jurnallarda, əsasən də “Azərbaycan” qəzetində siyasət, maarif və mədəniyyət mövzularına dair aktual məqalələr nəşr etdirib. Milli mətbuat tariximizin araşdırmaçısı, tarix elmləri doktoru, dosent Məmmədismayıl Mehdiyev qeyd etdi ki, Yusif Talıbzadə yüksək savadı, kəskin, prinsipial mövqeyi ilə seçilən publisistlərdən idi.

Yusif bəy 1919-cu ildə Osmanlı dövlətinin nümayəndə heyətinin başçısı kimi Təbrizə gedib. Burada erməni və aysorların yerli Azərbaycan türklərinə qarşı törətdikləri qırğınların qarşısını almaq və soydaşlarımızın yaşadığı kənd və şəhərləri qorumaq üçün Mirzə Əli Heyət (məşhur həkim, “Varlıq” jurnalının təsisiçisi və baş reedaktoru olmuş Cavad Heyətin atasıdır-müəllf) tərəfindən qurulmuş “İttihadi-İslam” cəmiyyətində Osmanlı dövlətini təmsil edib.

1920-ci ildə Sovet Rusiyasının Aprel işğalından sonra İran sərhədindən Azərbaycana keçmək istəyərkən həbs olunub. Nərimanovun göstərişilə həbsdən azad edilib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəaliyyətə başlayıb. General rütbəsində hərbi komissar vəzifəsinə təyinat alıb. Fəaliyyət göstərdiyi müddətdə bölgədə qırğınlar və talanlar törədən daşnak dəstələrinə qarşı mübarizə aparıb.

1921-ci ilin oktyabr ayında qısa müddət ərzində xarici işlər komissarı təyin olunub. Onun türk paşaları ilə yaxşı əlaqələrinin olması Naxçıvanın təhlükəsizliyini möhkəmlətməyə xidmət edib. 1922-ci ilin axırlarında Bakıya qayıdan Yusif Ziya burada Nərimanovla görüşüb, sovet rejiminə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini deyib. Nərimanovdan Sovet İttifaqı sərhədlərini tərk etmək üçün rəsmi sənəd alaraq, Azərbaycanı tərk edib.

Yusif Ziya Talıbzadə Bakıdan Türküstana gedib. Burada əqidə və məslək dostları Ənvər paşa və Zəki Vəlidi Toğanla birlikdə bolşeviklərə qarşı döyüşən “Basmaçı hərəkatı”na qoşulub. 1923-cü il mayın 18-də Qızıl Orduya qarşı döyüşlərin birində ağır yaralanıb. Silahdaşları ilə birgə Amudərrya çayını üzüb keçərkən boğularaq dünyasını dəyişib.

Hörmətli oxucu! Sizə təqdim etdiyimiz bu şərəfli tarixçə böyük istiqlal mücahidi Yusif Ziya Talıbzadənin türkçülük ideallarına necə böyük sədaqət bəslədiyini və bu yolda canını belə əsirgəmədiyini nümayiş etdirir. Bu il yanvarın 22-də Bakıdakı Abdulla Şaiq adına muzeydə bir qrup ziyalı toplaşaraq Yusif Ziya Talıbzadənin xalqımızın azadlıq mücadiləsi tarixində danılmaz xidmətlərindən qədirbilənliklə söz açdılar. Sağ olsunlar, “Xalq qəzeti” olaraq bu sətirlərin müəllifini də dəvət etmişdilər.

Uzun illər bu muzeydə çalışmış, tanınmış kulturoloq, tarix elmləri doktoru, professor Minaxanım Əsədli XQ-yə qısa müsahibəsində bildirdi ki, Yusif Ziya Talıbzadə kimi görkəmli şəxsiyyətlərin parlaq həyat yolu gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün böyük əhəmiyyəti vardır. Bu barədə daha çox yazılmalı, radio və telekanallarda geniş, maraqlı verilişlər hazırlamalıdır.

Düşünürük ki, yeniyetmə və gənclərə Vətəni sevdirməyin ən yaxşı yolu onları xalqımızın şanlı tarixi keçmişi ilə yaxından tanış etməkdir. Yusif Ziya Talıbzadə kimi millət mücahidlərinin həyatı isə bugünkü və gələcək nəsillər üçün gözəl örnəkdir.

Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Fevral 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri