Icma.az
close
up
RU
Türkçülük təliminin mahiyyəti: siyasi ideoloji, yoxsa sosial fəlsəfi cərəyan

Türkçülük təliminin mahiyyəti: siyasi ideoloji, yoxsa sosial fəlsəfi cərəyan

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

II yazı

​​​​​​​Yeni dövrdə Türk, Türklük, Türkçülük anlayışlarının yalnız milli mənsubiyyət, milli kimlik deyil, eyni zamanda sosial-fəlsəfi bir sistem olmasını ilk ortaya qoyanlardan biri Şeyxülislam Axund Molla Əhməd Səlyani olmuşdur. Türk, Türklük, Türküçülk anlayışlarının sosial-fəlsəfi mahiyyət daşımasını, bu anlamda İslam dini, İslamlıqla müəyyən qədər paralelik kəsb etməsini dəƏhməd Səlyani dərindən əxz etmişdir. Şübhəsiz, Əli Bəy Hüseynzadənin yaradıcılığında Türk, ya da Turan fəlsəfəsinin formalaşmasınən əsas səbəbkarı da Əhməd Səlyanidir. Əhməd Hüseynzadə Qafqazın şeyxülislamı kimi dini və dünyəvi məsələlərə münasibətdə daim mütərəqqi-yenilikçi yol tutmuşdur. “Axund Molla Əhmədin tarixə, maarifə, ədəbiyyat tarixinə dair tədqiqatları bu gün dəöz elmi əhəmiyyətini itirməyib. Onun ən böyük xidməti çətin və ağır zəhmət hesabına yazdığı Azərbaycan tarixindən bəhs edən “Bəsaül-nas fi-məmləkəti-Qafqaz” və Azərbaycan ədəbiyyatı tarix­indən bəhs edən “Tarixi-ədəbiyyati-Türk”əsərləridir. “Bəsaül-nas fi-məmləkəti-Qafqaz” adlıçox qiymətli əsəri XIX əsrdə Abbasqulu Ağa Bakı­xanovun “Gülüstani-İrəm”əsərindən sonra Azərbaycan tarixindən bəhs edən ikinci mükəmməl kitab sayılır. Müəllifin bitirə bilmədiyi bu əsər 70 səhifdən ibarətdir və farsca qələmə alınıb”.[1] Deməli, Şeyxülislam Əhməd Hüseynzadə dini əsərləri ilə yanaşı, təhsil-tərbiyəyə aid “Dilguşə”, “Tərbiətul-ətfal”, “Muəllimul-ətfal-fi-təriqe təlime ətfal”, eyni zamanda Azərbaycan Türk tarixindən vəədəbiyyatından bəhs edən “Bəsaul nas-fi-məmləkətul Qafqaz”, “Tarixi-ədəbiyyati-Türk” adlı əsərlərin müəllifi kimi də məşhur idi.

Şeyxülislam Əhməd Hüseynzadəni yaxından tanıyan Mirzə Fətəli Axundzadə məktublarının birində onun haqqında belə ya­zırdı: “Müxtəlif elmlər və fənlər sahəsində - astronomiya, coğrafiya, riyaziyyat, təbiət, tarix, hikmət və xüsusilə fiqh-elmi sahəsində bütün Qafqaz ölkəsindəŞeyxülislamın tayı-bərabəri yoxdur. O, filosof təbiətli, liberal məsləkli, tərəqqi sevən, fitrən fəsahətli bir adamdır”.[2]

Yeri gəlmişkən, Sovetlər birliyi dövründə Azərbaycan xalqının şüuruna yanlış bir mülahizə təlqin edirdilər ki, “millət” anlayışını Azərbaycanda elmi ədəbiyyata ilk dəfə M.F.Axundzadə gətirmişdir.[3] Belə ki, M.F.Axundzadə məqalələrində“millət” sözünü dini kimliyi əks etdirən “millət” anlayışı ilə deyil Avropa mütəfəkkirləri kimi, yalnız siyasi anlamdakı “millət” məfhumunu qəbul etmişdi.[4] Halbuki “Qərb milliyyətçiliyi”nin ortaya çıxması 17-18-ci əsrlərdən başlayırsa, Şərqdə “milliyyətçiliyi”n kökləri daha dərindir. Çünki Qərblə müqayisədə Şərqin millətləri daha qədimdirlər: misirlilər, şumerlər, hettler, assurlar, hindlilər, çinlilər, türklər, farslar və b. Demək olar ki, onlar çoxdan millət üçün vacib olan ərazi, dil, din, hakimiyyət birliyini də müəyyənləşdirmişdilər. Qərblilər ən qədim millətləri kimi yalnız yunanlar və romalılarla öyünə bilərlər ki, onlar da Şərq millətləri ilə müqayisədə çox “gənc”dilər. Bunu dolayısıyla da olsa, alman filosof Kurt Hübner “Millət: unudulmaqdan intibaha” (1991) əsərində etiraf etmişdir. O yazırdı ki, millət fenomeni yeni dövrün kəşfi deyil, qədim, antik və orta çağ dövlətlərinin də substonsianal əsasını təşkil etmişdir.[5] Bu anlamda da yeni dövrdə milliyyət, millət, xalq anlayışlarının milli formuləsi Əhməd Səlyanilərdən, Əli Bəy hüseynzadələrdən başlamışdır.

Azər Turana görə, Axund Əhməd Səlyaninin gördüyü işləri, fövqəladə xidmətləri, yazdığı kitabları imkan verir ki, şeyxin adı Azərbaycan maarifçilik hərəkatının öndə gələn xadimlərinin ismi ilə bərabər halandırılsın: “Təkcə Axund Əhməd Səlyaninin varlığı ruhani təfəkkürün Azərbaycanda nüvə mütərəqqi əhəmiyyət kəsb etdiyini isbatlamaq üçün yetərlidir. O, Nəcəfül Əşrəfdə təhsil alsa da, ənənəvi Nəcəf alimlərindən olmadı. Qafqazdan İstanbula, Bağdaddan Təbrizə qədər elə bir ruhanimiz, elə bir şeyxülislamımız yoxdur ki, XIX yüzildə “Tarixi-ədəbiyyati-Türki” adlı əsər hazırlamağa cəhd etsin. İmanpərəvər olduğu qədər də milliyyətpərvər olsun. Türk millətinin başlıcaları və böyükləri, tu-kuye-lər – Göytürklər, uyğurlar barədə qələm çalsın. Ədəbiyyat tariximizdə ilk dəfə Oğuz poetik dünyası barədə fikirlər söyləsin. Diqqəti Orxon-Yenisey yazılı mətnlərinə yönəltsin. “Qutadqu-Bilik”, türklərin İslamı qəbul etmələri, uyğur lisanı, cığatayca yazılmış olan məşhur əsərlər, əski türklərin yazısı, cığatay ədəbiyyatının qızıl dövrü, uyğur dili, Əlişir Nəvai haqqında yazılı söz deməyi özünə vicdan borcu bilsin”. [6]

Məhz ustadı Əhməd Səlyanidən aldığı dərs nəticəsində Əli Bəy Hüseynzadənin 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yazılarında İslamlıqla yanaşı, Türk dünya­görüşünü açıq-açığına təbliğ etməsi, Türklüyün dinlərlə məhdudlaş­dırılmasının əleyhinə çıxması təsadüfi deyildi. Deməli, Ə.Hüseynzadə nə qədər mömin bir müsəlman olsa da, ancaq bir o qədər də inanclı bir Türk bilgəsi idi. Başqa sözlə, Hüseynzadə üçün İslam dini bir dünyagörüş olduğu qədər Türk, Türklük (o cümlədən turançılıq) ondan az olmayacaq qədər bir dünyagörüş, fəlsəfi təfəkkür idi. Bunu anlmaq üçün, Ə.Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir?” başlıqlı silsilə yazılarını oxumaq yetərlidir. Çünki Əli Bəy Hüseynzadə bu əsərində çox incə şəkildə Türk, Türklüyün yalnız bədən, gen-qan daşıyıcısı anlamındakı milliyyətçiliyi deyil, eyni zamanda tarixi daha qədim dövrlərə gedib çıxan bir dünyagörüş, bir sosial-fəlsəfi təlim olduğunu da ortaya qoymuşdur.

Doğrudur, Əli Bəy Hüseynzadə ilk dövrlərdə yazırdı ki, bizim dirilişimiz “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli” prinsiplərinə əməl etməklə bağlı olmalıdır. Ancaq böyük bilgəmiz onu da yaxşı başa düşürdü ki, artıq Türklüyü yalnız “qandan” ibarət görmək çox da doğru deyil. Ona görə də, o, çox keçmədən Türklüyü qandan çox hissiyyatla bağlayırdı: “Füyuzat’ın tutduğu yol türk­lük, müsəlmanlıq və avropalılıqdır. Türk hissiyyatı ilə mütəhəssis, İslam dini iləmütədəyyin və Avropa mədəniyyəti-hazirəsilə mütəməddin olmaqdır”.[7] Deməli, Əli Bəy Hüseynzadə Türklüyün yalnız qan deyil bir hissiyyat (dünyagörüş) olduğunu da yaxşı bilir, bildiyi üçün də şeirlərinin birində yazırdı ki, dinlər belə müsəlman türkü ilə xristian türkünü ayıra bilməz. Burada da söhbət qandan daha çox Türk dünya­görüşünə, Türklük şüuruna bağlılıqdan gedirdi.

Ə.Hü­seyn­za­də­nin Türk­çü­lük, İslamlıq, Çağdaşlaşmaq düsturunun ilk müəllifi olmasını M.Ə.Rə­sul­za­də, Z.Gö­kalp, Y.Ak­çu­ra­, M.B.Məm­məd­­za­də və baş­qa mü­tə­fək­kir­lər də də­fə­lər­lə qeyd et­miş­lər. Mə­sə­lən, Yusif Ak­çu­ra­­ya gö­rə Ə.Hü­seyn­za­də mü­səl­man türk­lə­ri ara­sın­da ilk tu­ran­çı, ilk pan­tu­ran­çı he­sab olu­nur.[8] Y.Akçura yazırdı: “Türkləşmək, islamlaşmaq, müasirləşmək... türkçülərin fəaliyyətində bir vəchə mahiyyətini haiz olan bu üçüz (üçlü-F.Ə.) ümdənin əsl atası Hüseynzadə Əli Bəydir. Məhz siyasət sahəsində, biri digərinə zidd kimi görünən türklük, islamlıq, osmanlılıq siyasətləriniin, bu üç tərzi siyasətin, qabili təlif olduğunu Əli Bəy iddia etmiş və “Füyuzat”ın 10 iyul ihtilalından əvvəl çıxmış nüsxələrindən birində “türklük, islamlıq və avropalılıq” qayələrinin məmzucən (sintez edərək-F.Ə.) istehsalını tövsiyə eyləmişdi”.[9] Məhəmməd Əmin Rə­sul­za­də bu mə­sə­lə­ni bir qə­dər də də­qiq­ləş­di­rə­rək ya­zır­dı: ““Fü­yu­zat” jur­na­lı “Türk Yur­du”nda ol­du­ğu ki­mi ay­dın, ar­dı­cıl­lıq­la ol­ma­sa da türk­çü­lük möv­zu­su­nu da­ha ön­cə işə sal­mış, hət­ta mər­hum Zi­ya Bə­yin son çağ­lar­da “Türk mil­lə­tin­də­nəm, İs­lam üm­mə­tin­də­nəm, Qərb mə­də­niy­yə­tin­də­­nəm” ça­ğı­rı­şı ilə gös­tər­di­yi an­la­mı Əli Bəy Hü­seyn­za­də “Türk qan­lı, İs­lam iman­lı və fi­rəng ge­yim­li olaq” for­mu­lu ilə açıq­la­mış­dı. Azər­bay­can mət­bua­tı­nın, elə­cə də Azər­bay­can ədə­biy­ya­tı­nın şü­ur­lu me­to­dik bir bi­çim­də mil­li Türk ideo­lo­gi­ya­sı­nı işə sal­maq dü­şün­cə­si isə I Dün­ya sa­va­şı ön­cə­sin­də, il­lə­rin­də da­ha çox gə­liş­miş­dir”.[10] Mirzə Bala Məm­məd­za­də də ya­zır­dı ki, Türkçülüyün, o cümlədən Azər­bay­can Mil­li-Türk hə­rə­ka­tı­nın ka­mil­ləş­­mə­­­sin­də, onun ic­ti­ma­iy­yə­ti­nin şü­ur­lan­ma­sın­da “Fü­yu­zat” jur­na­lı və onun əsas ya­za­rı Ə.Hü­seyn­za­də müs­təs­na rol oy­na­mış­dı.[11]

[1] Məmmədli Hüseynqulu. Qafqazda İslam və Şeyxülislamlar. Bakı, MBM, 2005, s.91

[2] Axundov, M. F. Əsərləri. 3 cilldə, 3-cü cild. Bakı, AEA Nəşriyyatı, 1962, s.91

[3] Ахмедов, Э.М. Философия Азербайджанского просвещения. Баку: Азернешр, 1983, s.15-16

[4] Axundzadə, M.F. Əsərləri. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, s.48, 148

[5] Хюбнер, К. Нация: от забвения к возрождению. Москва, Кантон, 2001, s.9

[6] Turan, Azər. Əli Bəy Hüseynzadə (həyatı, mübarizəsi, yaradıcılığı və şəcərəsi). Bakı, “Letterpress”, 2014, s.11

[7] Hüseynzadə, Ə. B. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar. Bakı, Azərnəşr, 1996, s.180

[8] Akçura, Yusif. Türkçülüyün tarixi. Bakı, “Qanun”, 2010, s.174, 205

[9] Akçura, Yusuf. Gökalp Ziya bey hakkında hatıra ve mülahızalar. İstanbul. Türk yurdu”, Cilt 15-1, ayı164-3, Ondördüncü sene, Aralık, 1924, s.159

[10] Rəsulzadə, M. Ə. Qafqaz türkləri. Bakı, “Təknur”, 2012, s.48

[11] Məmmədzadə, M. B. Milli Azərbaycan hərəkatı. Bakı, “Nicat”, 1992, s.47


OXŞAR XƏBƏRLƏR

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi

10:58

Səddə diləyi

09:58

İnsanlaşmaq – mənalanmaq gözəlliyi

09:46

Yeni dünya düzəni və Vahid 6:  5+1 formatı niyə yetərsiz idi?

09:23

Türkiyə-Özbəkistan münasibətlərində yeni mərhələ

09:12

Yolun dili, gecənin rəngi, ilahinin səsi

2 Fevral 14:12

Gənclər siyasətinin təntənəsi

2 Fevral 12:54

Düzgün Atalı: Türk niyə həmişə başqasına yaradı?

31 Yanvar 10:44

Türk mədəniyyətinin ulu yolu: zamanda kimlik, kimlikdə zaman

27 Yanvar 14:24

Gur Hun məkanlarının coğrafi isimləri

27 Yanvar 10:54

Bir daha Himnimiz haqqında

27 Yanvar 10:33

İraq Türkmanları kimdir?

27 Yanvar 09:54

Türkçülük təliminin mahiyyəti: siyasi-ideoloji, yoxsa sosial-fəlsəfi cərəyan

27 Yanvar 09:34

Əbədilik missiyası

27 Yanvar 09:11

1920–1922-ci illərdə Azərbaycanda türkçülük

24 Yanvar 19:40

Prezident İlham Əliyevin “Etik Realpolitik” düsturu!

23 Yanvar 13:38

Hər insan bir Qaf dağıdır

22 Yanvar 14:31

20 Yanvar faciəsinin yaratdığı siyasi reallıqlar

20 Yanvar 16:17

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Növbədə hansı icra başçısıdır? – “Qara siyahı”dakılar

09:41

Bu halda İranla quru sərhəd açıla bilər...

09:24

Pensiyalar artımla nə vaxt ödəniləcək?

2 Fevral 23:14

Dünyada kərə yağı 44% ucuzlaşıb, Azərbaycanda isə 9% bahalaşıb – Qiymətlər

2 Fevral 15:57

Akif Nağı ilə Səidə Bəkirqızı mübahisəsində yeni gəlişmə – Elə detallar açıldı ki…

2 Fevral 15:49

Nağd ödəyənə ucuz, kartla baha: Alıcı niyə aldadılır? - VİDEO

2 Fevral 11:12

SON XƏBƏRLƏR

“ABŞ vurub, dağıntılar altındadır, çıxara bilmirik” – Xameneinin müşaviri

11:54

113 yaşlı nənənin gerçəkləşən Kəlbəcər arzusu - VİDEO

11:49

Qar yağacaq, temperatur enəcək - NAZİRLİKDƏN XƏBƏRDARLIQ

11:42

Qarapapaqların və qaraqalpaqların etnik tarixinə müqayisəli-tipoloji kontekstdə baxış

11:38

İrana hücum olarsa, Azərbaycan və Türkiyə belə davranacaq - Tanınmış ekspertdən ŞOK AÇIQLAMALAR

11:17

Azərbaycanda meymunçiçəyi qeydə alınıb? - Rəsmi AÇIQLAMA

11:02

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi

10:58

Abid Şərifovun şirkəti borc içində batır

10:56

Rusiya Ukraynanı “Kinjal” və “Zirkon”la VURDU - Yüzlərlə bina...

10:40

Türkçülük təliminin mahiyyəti: siyasi-ideoloji, yoxsa sosial-fəlsəfi cərəyan

10:39

Pezeşkian: Xarici İşlər Nazirinə ABŞ ilə danışıqlara başlamağı tapşırdım

10:34

İranda etirazçılar elə bir şey etdi ki… – Görünməmiş hadisə

10:28

İsrail: Müharibəyə hazırlıqlarımızı artırdığımız bir dövrdəyik

10:27

Bill və Hillari Klinton Epşteyn istintaqında ifadə verməyə razılaşıblar

10:23

Aysel Xanlarqızı: "Uşaqlıq xatirələrim məni hər zaman kövrək notlara kökləyir"

10:23

Tramp: Əgər İranla razılaşmasaq, pis hadisələr baş verəcək!

10:21

Tramp: Mən heç vaxt Epşteynin adasında olmamışam

10:15

Dünyanı silkələyən casuslar - Mata Hari, Cicero və bakılı balası Zorge

10:15

İnsanların həyatını heçə sayan sürücülər - Anbaan video

10:03

Səddə diləyi

09:58

İnsanlaşmaq – mənalanmaq gözəlliyi

09:46

Növbədə hansı icra başçısıdır? – “Qara siyahı”dakılar

09:41

Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaş həbs edilib – DTX

09:34

Ona Yaziçilar İttifaqinin üzvlük vəsiqəsini xalq şairi Səməd Vurğun təqdim edib

09:34

Bu halda İranla quru sərhəd açıla bilər...

09:24

Yeni dünya düzəni və Vahid 6:  5+1 formatı niyə yetərsiz idi?

09:23

Qiymət artdı, xidmət yüksəlmədi: şikayətlər çoxalır

09:20

Türkiyə-Özbəkistan münasibətlərində yeni mərhələ

09:12

Rusiyadan bəyanat: İrana müdaxilə edilərsə...

2 Fevral 23:49

Uzun müddət enerji saxlamaq üçün: Kofedən daha təsirli 7 qəlyanaltı

2 Fevral 23:38

Pensiyalar artımla nə vaxt ödəniləcək?

2 Fevral 23:14

Vaqif Xaçaturyandan xəbər var

2 Fevral 22:52

“Bu, Ukraynadakı müharibəni dayandıra bilər” – Tramp onunla danışdı

2 Fevral 22:23

Bir orqanı sağaltsa da, o birini məhv edir — Dərmanlarla bağlı həyəcan təbili çalınır

2 Fevral 21:51

Dünya əhalisi qocalır, gənclər azalır: pensiya yaşının artması QAÇILMAZDIR

2 Fevral 21:42

ABŞ və İsrailin hərbi gəmiləri Qırmızı dənizdə bir araya gəldi

2 Fevral 21:32

Bill Qeytsin keçmiş həyat yoldaşı: "Epşteyn əsl şeytan idi"

2 Fevral 19:08

Hər kəs ABŞ-la müharibə gözləyərkən, İran gözlənilməz bir addım atdı

2 Fevral 18:59

Proqnozlarımda heç vaxt yanılmamışam, bu da olacaq - Saakaşvili

2 Fevral 18:03

Onun adı da o dəhşətli sənəddədir! İddialar olduqca ciddidir

2 Fevral 17:46

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Bakıdan yola salınan Vaqif Xaçatryandan Ermənistanda İLK AÇIQLAMA

14 Yanvar 23:42

Pezeşkiandan ŞOK ETİRAF: "Ürək cərrahıyam, üç aylıq maaşım...” - VİDEO

10 Yanvar 22:46

Putin AZAL təyyarəsi və Bakı ilə bağlı mövqeyini elan etdi – ŞOK ADDIM

9 Yanvar 18:03

Trampı Venesuelanı bombaladığına görə təbrik edən ilk ölkə: Yaşasın azadlıq!

3 Yanvar 16:34

Venesueladan sonra növbə bu ölkənindir – Trampdan sensasiya

3 Yanvar 20:21

“İllərdir maşın sürürəm, belə təhlükəli yol görməmişdim” – Prezident

6 Yanvar 09:28

Zelenski etimadını itirdi: Xalq görün kimi seçdi

19 Yanvar 22:16

Bakıda saxlanılan “tülkü” Ermənistana qayıdanda “şir”ə döndü

15 Yanvar 21:37

Bu il qış belə keçəcək - Çox güclü SOYUQ, Bakıda QAR...

8 Yanvar 12:43

Kürd təşkilatları aktivləşdi: Azərbaycana qarşı torpaq iddiası

9 Yanvar 17:16

Səndən sonra…

11 Yanvar 16:01

İrandan SON XƏBƏR: 3 günlük matəm elan olundu

12 Yanvar 00:34

“Piter Bakı deyil, şəhərdən çıxın”: şovinist Rusiyanın çirkin üzü - VİDEO

9 Yanvar 00:06

Millət vəkili Kıbrıs Azərbaycan Evini ziyarət edib

7 Yanvar 16:12



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Fevral 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri