Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Özbəkistanın paytaxtı Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının və “Özbəkistan–Azərbaycan” Tibb Forumunun rəsmi açılış mərasimi keçirilib.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq tədbirdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər ölkələrdən kardiologiya sahəsinin tanınmış mütəxəssisləri, alimləri və səhiyyə nümayəndələri iştirak ediblər.
Azərbaycan tədbirdə Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın rəhbərlik etdiyi geniş nümayəndə heyəti təmsil olunub.
Açılış mərasimində çıxış edən Gülnaz Dadaşova Azərbaycan–Özbəkistan səhiyyə əməkdaşlığının və türkdilli dövlətlərin kardioloqları arasında elmi-peşəkar əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qurultay çərçivəsində müasir diaqnostika və müalicə metodları, innovativ texnologiyalar, süni intellektin kardiologiyada tətbiqi, intervensional kardiologiya, ürək cərrahiyyəsi və digər aktual mövzular müzakirə olunub.
Tədbir çərçivəsində Türkdilli Dövlətlər Kardioloqları Qurultayının estafeti növbəti ev sahibinə ötürülüb.
Qeyd edək ki, Daşkənddə keçirilən tədbirlər, eyni zamanda, Özbəkistan Kardiologiya Mərkəzinin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq konqres çərçivəsində baş tutub.
III Qurultay və “Özbəkistan–Azərbaycan” Tibb Forumu Azərbaycan–Özbəkistan səhiyyə əlaqələrinin inkişafına, elmi-tibbi əməkdaşlığın genişləndirilməsinə və türkdilli dövlətlərin kardiologiya sahəsində birgə fəaliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 04 Oktyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















