Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Türkiyə 2025 ci ildə mötəbər velosiped yarışlarına ev sahibliyi edəcək FOTOLAR

Türkiyə 2025 ci ildə mötəbər velosiped yarışlarına ev sahibliyi edəcək FOTOLAR

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Füsunkar mənzərələri, tarixin izlərini daşıyan unikal irsi və dörd fəsil boyunca ideal hava şəraiti ilə Türkiyə, velosiped sürmək üçün dünyada ən gözəl məkanlardan biridir. Şosse, dağ, çınqıl və elektrikli velosiped sürənlər üçün geniş marşrut şəbəkəsinə malik olan Türkiyə, hər səviyyədən idmançılar üçün müxtəlif velosiped yolları təklif edir. İstanbulun qitələrarası yolları, İzmirin sahil xətti boyunca uzanan EuroVelo 8 marşrutu və Anadolunun macəra dolu dağ yolları bu marşrutlardan yalnız bir neçəsidir. Eyni zamanda, Türkiyə həm peşəkar, həm də həvəskar velosipedçilər üçün mötəbər yarışların keçirildiyi əsas mərkəzlərdən biridir. 27 aprel – 4 may tarixlərində baş tutacaq Prezident Velosiped Turu və 11-12 oktyabrda İstanbulda təşkil ediləcək L’Etape Türkiye by “Tour de France” kimi nüfuzlu yarışlar, iştirakçılara Türkiyənin çətin, eyni zamanda unikal marşrutlarını kəşf etmək imkanı yaradır. 2025-ci il üçün nəzərdə tutulan velosiped yarışlarının proqramı:

Bu il Türkiyənin velosiped təqviminə əlavə olunan ən maraqlı yarışlardan biri Tour of Pedalia olacaq. Dünəndən başlayan və  fevralın 16-sına qədər Antalyada davam edəcək   Pedalia’nın qış velosiped seriyası keçirilir. Bu yarışda müxtəlif ölkələri təmsil edən 11 velosiped komandasında yarışır.  80-dən çox idmançı bu möhtəşəm turnirdə iştirak etmək üçün Antalyaya toplaşıb. Velosipedçilər, şəhərin tarixi, təbiəti və müasir infrastrukturunun vəhdətini əks etdirən 203 km-lik marşrutda mübarizə aparırlar. İlk dəfə təşkil edilən bu yarış, eyni zamanda konsertlər, uşaqlar üçün velosiped yarışları, ictimai yürüşlər, seminarlar və digər maraqlı tədbirlərlə yadda qalacaq.
Həvəskar velosipedçilərə özlərini sınamaq imkanı verən Gran Fondo, bu il də Türkiyənin velosiped səhnəsinin ayrılmaz hissəsi olacaq.

Yarış çərçivəsində il ərzində 13 fərqli vilayətdə ümumilikdə 16 yarış keçiriləcək. Yaz aylarında isə bu möhtəşəm turnirin ilk dayanacaqlarından biri, sahil gözəlliyi ilə seçilən Kemer olacaq. 18-19 aprel tarixlərində baş tutacaq Kemer Gran Fondo, çimərlikləri, mavi sularla əhatələnmiş kiçik körfəzləri və 13 velosiped marşrutu — beşi şosse, səkkizi isə dağ velosipedləri üçün nəzərdə tutulmuş yolları ilə iştirakçılara unudulmaz təcrübə yaşadacaq.

Gran Fondo-nun həyəcanı Egey bölgəsinə də yayılaraq, bu unikal regionda xüsusi atmosfer yaradacaq. Möhtəşəm sahil xətti, zəngin mədəniyyəti və rahat həyatı ilə tanınan Egeyin ilk yarışları, Aralıq dənizi ilə Egey dənizinin qovuşduğu Bodrum və Fethiyedə keçiriləcək. Bodrum Gran Fondo (5-6 aprel), şəhərin füsunkar sahil xətti boyunca həm idmanı, həm də mədəni kəşfləri birləşdirən bir yarış olacaq. Ardınca, Fethiye Gran Fondo (12-13 aprel) iştirakçılara dağların və dənizin heyranedici mənzərələri fonunda kənd yolları, zeytun bağları və üzüm bağları arasından keçən unikal marşrutlar təqdim edəcək.

Gran Fondo, yazın sonlarında Marmara bölgəsində start götürərək 24-25 may tarixlərində Bursada təşkil olunacaq. Tarixi irsi, zəngin mətbəxi və təbiəti ilə məşhur olan bu şəhər, yarış iştirakçılarına unikal velosiped marşrutları və unudulmaz təəssüratlar vəd edir.
Gran Fondo, bu ilki dəfə Qara dəniz bölgəsində də möhtəşəm sınaqlar təqdim edəcək. Yarışın Qara dəniz mərhələsi 17-18 may tarixlərində, gözəl təbii mənzərələri ilə seçilən, həm müasir, həm də tarixi Samsun şəhərində başlayacaq. Gran Fondo, iştirakçıları eyni zamanda nağıl kimi bir diyar olan Kapadokiya və paytaxt Ankara ilə də tanış edəcək. 14-15 iyun tarixlərində, Kapadokiya, qədim mağara evləri və geniş vadiləri ilə velosipedçiləri valeh edəcək.

Trabzon 28-29 iyun tarixlərində velosipedçiləri qəbul edəcək, bu zaman iştirakçılar sahil boyunca sürərək şəhərin panoramik mənzərələrinin dadını çıxaracaqlar. Növbəti dayanacaq Ankara olacaq, burada 23-24 avqust tarixlərində, velosipedçilər paytaxtın zəngin tarixini, möhtəşəm abidələrini və canlı şəhər atmosferini kəşf edəcəklər. Zonguldağ Gran Fondo, 30-31 avqust tarixlərində keçiriləcək və iştirakçılar Zonguldağın dağlı və yaşıl təbiətindən, eləcə də möhtəşəm dəniz mənzərələrindən keçərək həyəcanlı bir səyahətə çıxacaqlar. Qara dənizdə Gran Fondo-nun həyəcanı 13-14 sentyabr tarixlərində Rize ilə sona çatacaq. Çay plantasiyaları, möhtəşəm şəlalələr və təcrübəli velosipedçiləri belə sınağa çəkən dağ yolları ilə tanınan bu şəhər, yarış iştirakçılarına unudulmaz anlar yaşadacaq.
Yeni mövsümün açılışı olaraq, Gran Fondo Ayvalık 6-7 sentyabr tarixlərində keçiriləcək və iştirakçılara bu tarixi şəhərin çiçəklənən küçələri, zeytun bağları və sahil qayalıqları boyunca velosiped sürmək imkanı təqdim edəcək. Bir neçə həftə sonra, Gran Fondo Pamukkale 20-21 sentyabr tarixlərində unikal bir təcrübə yaşadacaq. Yarışçılar Dənizlinin gözəl ağ traverten terrasları və qədim Hierapolis şəhəri ilə əhatə olunmuş marşrutlarda velosiped sürəcəklər.

Gran Fondo Çeşme 25-26 oktyabr tarixlərində, çətin marşrutları möhtəşəm dəniz mənzərələri ilə birləşdirəcək, üzüm bağları və termal bulaqlarla zəngin olan bu məşhur sahil şəhərində keçiriləcək.

Payızda, Antalyada keçiriləcək bir digər Gran Fondo 6-9 noyabr tarixlərində iştirakçılara şəhərin yumşaq payız iqlimindən həzz almaqla yanaşı, təbii mənzərələrini kəşf etməyə imkan verəcək. Nəhayət, yarış İzmirdə 22-23 noyabr tarixlərində başa çatacaq. Bu mərhələ, iştirakçıları şəhərin tarixi mərkəzindən gözəl sahil xəttinə qədər davam edən unudulmaz bir səfərə çıxaracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Fevral 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri