Icma.az
close
up
RU
Türkiyə 40 illik fəlakətdən xilas olur

Türkiyə 40 illik fəlakətdən xilas olur

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə uzun illərdir terror fəaliyyəti ilə tanınan PKK terror təşkilatı 5-7 may tarixlərində 12-ci qurultayını keçirib. Qurultayda "tarixi əhəmiyyətə malik qərarların" qəbul edildiyi bildirilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurultaydan əvvəl DEM Partiyasının sözçüsü Ayşəgül Doğan tərəfindən verilən açıqlamada, "PKK-nın qurultay topladığını elan etməsi an məsələsidir. Bu, əhəmiyyətli bir addımdır və sonrakı mərhələ də önəmli olacaq" sözləri yer alıb.

Qısa müddət sonra PKK-nın rəsmi kanalları vasitəsilə qurultayın keçirildiyi və önəmli qərarların alındığı elan edilib.

Təşkilatın yaydığı açıqlamada bildirilir:

"PKK 12-ci Qurultayı 5-7 may tarixlərində uğurla keçirildi. Qurultay, bütün fəaliyyət sahələrini təmsil edən nümayəndələrin iştirakı ilə iki paralel platformada təşkil olundu. Abdullah Öcalanın qurultaya təqdim etdiyi baxış və təkliflər oxunaraq müzakirə edildi. Həmçinin PKK Mərkəzi Komitəsinin hesabatı da dinlənilərək qiymətləndirildi. Bu çərçivədə PKK-nın fəaliyyətinə dair tarixi əhəmiyyətli qərarlar qəbul olundu".

Məlumatda həmçinin qeyd edilir ki, PKK sıralarında uzun illər yer almış və təşkilatın siyasi xəttinin formalaşmasında aktiv rol oynamış Sırrı Süreyya Öndər də anılıb. Onun barış və demokratik cəmiyyət üçün göstərdiyi səylər vurğulanıb.

PKK tərəfindən verilən son açıqlamada bildirilir ki, qurultay nəticələri və qəbul edilən qərarlarla bağlı ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq.

Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri