Türkiyə ABŞ ın tələbi ilə Rusiya S 400 lərindən imtina etməyəcək
Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
Türkiyə hakimiyyəti amerikalı həmkarlarına Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə məsələsində güzəştə getməyə hazır olduqlarını, lakin onlardan tamamilə imtina etmədiklərini açıq şəkildə bildirib.
“Bloomberg” bu barədə mənbələrə istinadən məlumat verir.
2019-cu ildə bu raketlərin alınması səbəbindən Vaşinqton Ankaraya beşinci nəsil F-35 qırıcı təyyarələrinin satışını qadağan edib.
“Bloomberg” mənbələrinə görə, Türkiyə "S-400-ləri izləmək üçün texniki birgə hərbi mexanizm"in yaradılmasına razılıq verə bilər. Bunun müqabilində Türkiyə 40 ədəd F-35 almaq istəyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp sentyabr ayında keçirilən görüşdə bu məsələni müzakirə ediblər, lakin heç bir razılıq əldə edilməyib.
Türkiyə Rusiyadan dörd S-400 “Triumph” aldığı üçün Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə Qanunu (CAATSA) çərçivəsində yerləşdirilib. 2019-cu ildə Türkiyə, təyyarələrin ilk partiyasının pulunu artıq ödəməsinə baxmayaraq, F-35 proqramından kənarlaşdırılıb. Ankara ticarət təşviqləri müqabilində Vaşinqtona sanksiyaların yüngülləşdirilməsini təklif etdi - yüzlərlə “Boeing” təyyarəsi və “Lockheed Martin” qırıcı təyyarəsi almaq.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 06 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















