Icma.az
close
up
RU
Yeni geosiyasi oyun başlayır: Pakistan İran Türkiyə üçbucağında Azərbaycan hədəf seçildi

Yeni geosiyasi oyun başlayır: Pakistan İran Türkiyə üçbucağında Azərbaycan hədəf seçildi

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pakistanın Baş naziri Şahbaz Şərifin Türkiyədən sonra İrana səfəri regional siyasətdə yeni dinamikanın işarəsi kimi diqqət çəkir. Cənub qonşumuza yönələn bu rəsmi ziyarət maraq doğurur. Masada hansı geosiyasi konfiqurasiyanın formalaşdığı və Azərbaycanın bu strateji planda necə yer alacağı sualları gündəmə gəlir.

Bu səfər hansı diplomatik məqsədlərə xidmət edir və Azərbaycan üçün perspektivləri nələrdir?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev bildirib ki, Şahbaz Şərifin son günlərdəki diplomatik fəallığı regional güc balanslarının dəyişdiyi bir dönəmdə Pakistanın daha aktiv mövqeyə keçdiyini göstərir:

“Bu səfərlərin vaxtı və istiqaməti regional təhlükəsizlik, enerji əməkdaşlığı və geosiyasi düzənin formalaşmasında maraqlı konfiqurasiyanın yarandığını açıq şəkildə göstərir. Türkiyə-Pakistan münasibətləri müdafiə sənayesi, ticarət və enerji sahələrində əməkdaşlıq, hər iki ölkənin İslam dünyasında liderlik ambisiyaları, Hindistan-Yaxın Şərq siyasətində mövqeləri diqqət çəkir. Hindistan-Pakistan gərginliyində Türkiyənin Pakistana dəstəyi regional siyasətdə birgə addımların göstəricisidir. Pakistan-İran münasibətləri kontekstində isə əsas prioritetlər təhlükəsizlik, sərhəd məsələləri və enerji sahəsində əməkdaşlıqdır.

İran Pakistan üçün həm enerji mənbəyi, həm də Hindistana qarşı strateji balans nöqtəsidir. Bu, Türkiyə-İran münasibətlərində də özünü göstərir.

Azərbaycan isə açar nöqtələrdən biridir. Zəngəzur dəhlizi və nəqliyyat yolları məsələsində Türkiyə və Pakistanın dəstəyi mövcuddur, İran isə öz maraqlarını qorumağa çalışır”.

Anar İsayev

Anar İsayev əlavə edib ki, İran Zəngəzur dəhlizi məsələsinə münasibətində müəyyən korrektələr etdiyi görüntüsü verir:

“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana son səfəri zamanı səsləndirdiyi fikirlər buna əsas verir. O qeyd etmişdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verərsə, rəsmi Tehran buna mane olmayacaq. Lakin bir müddət sonra İran rəsmiləri mövqelərində dəyişikliklər nümayiş etdirdilər və hələlik sabit qərar qəbul olunmayıb.

Pakistan Azərbaycana dost və qardaş ölkə kimi yanaşır, Ermənistanı isə dövlət kimi tanımır. Enerji və logistika əməkdaşlığı üçün rəsmi Bakı körpü rolunu oynaya bilər. Beləliklə, regional səhnədə yeni Pakistan-Türkiyə-İran üçbucağı yaranır ki, bu da Cənubi Qafqaz, xüsusilə Azərbaycanın diplomatik manevr imkanlarını artırır. Rəsmi Bakının geosiyasi tənzimləmələrdə fəal iştirak şansı böyükdür. Münasibətlərin qurulmasında İran xüsusi rol oynayacaq və buna görə də Azərbaycan-İran əlaqələri diqqətlə tənzimlənməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 May 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri