Icma.az
close
up
RU
Türkiyə Avropa İttifaqına niyə üzv ola bilmir? Professor səbəbləri AÇIQLADI

Türkiyə Avropa İttifaqına niyə üzv ola bilmir? Professor səbəbləri AÇIQLADI

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Avropa İttifaqı (Aİ) 1957-ci ildə imzalanan Roma müqaviləsi ilə yaradılıb. Türkiyə 1963-cü ildə Aİ-yə üzvlük üçün müraciət etsə də, elə həmin ildən bu yana üzvlük prosesi dayandırılıb. Bunun da bir çox səbəbi var".

Bunu Oxu.Az-a açıqlamasında türkiyəli professor, beynəlxalq münasibətlər üzrə ekspert Hüsamettin İnanç deyib.

O bildirib ki, Türkiyə Avropa üçün böyük strateji əhəmiyyət kəsb etsə də, Türkiyə ordusu Avropanın təhlükəsizlik arxitekturasını formalaşdıracaq gücə malik olsa da, Aİ "Narrow point of view", yəni dar perspektivli yanaşma sərgiləməyə davam edir:

"1995-ci ildə imzalanan Avropa İttifaqı-Türkiyə "Gömrük ittifaqı" sazişinə əsasən, hər iki tərəf arasında ticari məhsullar hər hansı bir gömrük məhdudiyyəti olmadan satıla bilər. Türkiyə "Gömrük ittifaqı" vasitəsilə Avropa İttifaqı ilə gömrük məhdudiyyəti olmadan məhsullarını sata bilirsə, lakin yenə də ittifaqa tamhüquqlu üzv qəbul edilmirsə, bu, artıq ikili standartdır.

Türkiyənin Aİ-yə üzv olmaması Kiprdəki vəziyyət, insan haqları, demokratiya və qanunun aliliyi kimi siyasi hadisələrlə əlaqələndirilsə də, ən böyük problem Türkiyənin 40 ildir mübarizə apardığı, 40 mindən çox vətəndaşımızın həyatına son qoyan PKK-nın terror təşkilatı kimi tanınmamasıdır. Halbuki Avropa İttifaqı tərəfindən dəstəklənən PKK, eləcə də FETÖ kimi terror təşkilatları məhz Türkiyənin parçalanması üçün yaradılıb. Bu isə o deməkdir ki, Avropa Türkiyənin Şərqi Aralıq dənizində, Balkan ölkələrində, Qafqazda və Yaxın Şərqdə fəal rol oynamasının qarşısını almaq üçün əlindən gələni edir. Türkiyənin bu bölgələrdə öz maraqları üçün atdığı addımları birtərəfli və sabitliyi pozan addımlar kimi qəbul edilir. Yəni Ankaraya qarşı həmişə qərəzli münasibət nümayiş etdirilib".

"Avropa İttifaqının Türkiyəyə qarşı daha bir ikili standartlı mövqeyi bundan ibarətdir ki, Türkiyə üçün yeni bir səhifə açılacaqsa, bunun ancaq ittifaq kontekstində mümkün olacağı şərti qoyulub, halbuki digər ölkələrə münasibətdə bu, səs çoxluğu ilə edilib. Bundan başqa, Cənubi Kipr altı, Fransa yeddi fəslin açılmasına "birbaşa üzvlüklə bağlı" olduğunu əsas gətirərək veto qoyub.

Bu gün Şimali Kipr Türk Respublikasının müstəqil dövlət kimi qəbul edilməsi Avropa İttifaqı tərəfindən qəbuledilməz bir məsələ kimi qiymətləndirilir. Ancaq 2017-ci ildə Kipr danışıqlarına həsr olunan "Krans Montana" razılaşmasının nəticəsiz olmasından sonra Türkiyə yunanlar və Avropa İttifaqı ilə danışıqların faydasız olacağını görüb və "iki dövlətli həll yolu" təklif edib.

Nəticə olaraq deyə bilərik ki, Avropa İttifaqı əvvəldən Türkiyəyə qarşı qərəzli mövqe nümayiş etdirir. Hətta Türkiyə ittifaqa tamhüquqlu üzv olmaq üçün müzakirəyə açıq olan bütün mübahisəli məsələləri yerinə yetirmiş olsa belə, tamhüquqlu üzv olmaq mərhələsində bütün üzv ölkələr arasında referendum tələb olunur və üzvlük həmin ölkələrin parlamentlərində ratifikasiya edilməlidir. Halbuki bu proses başqa ölkələr üçün tətbiq edilmir. Deməli, Türkiyə bu prosesdə ikili standartlara məruz qalır. Çünki Fransa, Niderland və Almaniya kimi Türkiyəyə mənfi münasibət bəsləyən ölkələrin əhalisi, əlbəttə ki, referendumda Türkiyənin əleyhinə səs verəcək, xüsusilə bu gün Avropada ifrat sağçı, faşizm, islamofobiya və türkofobiyanın gücləndiyi bir vaxtda. Yəni Avropa İttifaqı Osmanlı keçmişi ilə üç qitəyə hökmranlıq edən, bu gün isə Avropa coğrafiyasının əhəmiyyətli bir hissəsinə hakim olan və iqtisadi baxımından inkişaf edən Türkiyənin güclənməsini istəmir. Çünki bu tarixi reallıq avropalıların yaddaşında bu gün də ilk gündə olduğu kimi qalmaqda davam edir. Ona görə də bu gün Türkiyənin Aİ-yə üzvlüyü, demək olar ki, mümkünsüz görünür", - deyə professor vurğulayıb.

Müsahibimiz əlavə edib ki, qitədə ifrat sağçıların yüksəlişi, üstəlik, İsrailin Qəzzadakı aqressiv mövqeyinə qarşı Türkiyənin Fələstini dəstəkləməsi və Ankara "HƏMAS və "Müsəlman qardaşları" ilə birlikdə hərəkət edir" iddiasının ortaya atılması Türkiyənin Avropa İttifaqına üzvlüyü əleyhinə yeni cəbhə formalaşdırıb:

"Bu isə o deməkdir ki, hər nə qədər Avropanın təhlükəsizliyinin formalaşmasında türk ordusunun əhəmiyyəti məlum olsa da, Türkiyənin qitədə aparıcı rolu şübhə doğurmasa da, təəssüf ki, Avropa dar düşüncəli yanaşmasından əl çəkə bilmir. Yəni Türkiyə ittifaqa və ümumiyyətlə qitəyə böyük imkanlar təqdim etmək iqtidarında olsa da, Aİ-nin qeyri-adekvat mövqeyi hələ də davam edir.

Düzdür, Trampın NATO-nu aradan qaldırmaq istəyi və Avropaya təhlükəsizlik təminatı verməməsi bu gün fərqli bir geosiyasi durumun yaranmasına səbəb olub, amma mən yenə də Türkiyənin Aİ-yə tamhüquqlu üzv qəbul olunmayacağına, əksi olsa belə, bunun çox vaxt aparacağına əminəm, Avropanın belə bir niyyəti yoxdur. Çünki sabah Avropa ilə ABŞ ortaq dil tapıb barışsalar, Türkiyə yenə də düşmən və qeyri-dost ölkə rəftarı görəcək.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Aprel 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see206

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Turan Tovuz dan nümunəvi addım VİDEO

14 Dekabr 2025 19:18see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see132

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see132

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see127

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see123

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri