Icma.az
close
up
RU
Türkiyə Avropada təsirini gücləndirir: Mühüm dəyişikliklər...

Türkiyə Avropada təsirini gücləndirir: Mühüm dəyişikliklər...

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyə NATO-nun gələcəyi ilə bağlı artan qeyri-müəyyənlik və ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən tənqidlər fonunda Avropanın müdafiə sistemində daha mühüm rol tutmaq üçün səylərini gücləndirir.

Axar.az xəbər verir ki, bu barədə “Defens Nyus” nəşri qeyd edib.

Vurğulanır ki, Ankara son illərdə müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə arxalanır və bu sahədə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib:

“Hərbi texnologiyaların inkişafı və silah istehsalının artması Türkiyəni öz təhlükəsizliyini möhkəmləndirmək yollarını axtaran Avropa ölkələri üçün getdikcə daha cəlbedici tərəfdaşa çevirir.

Bu fonda Avropa paytaxtlarında Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi imkanları daha tez-tez müzakirə olunur. Buraya birgə müdafiə layihələri və proqramlar çərçivəsində əməkdaşlıq da daxildir”.

Məqalədə bildirilir ki, Ankaranın hərbi texnologiyalara verdiyi töhfə artıq NATO komandanlığı səviyyəsində də tanınır və bu, onun Avropa müdafiəsində daha fəal iştirak etməsi üçün arqumentlərini gücləndirir:

“Bununla belə, Türkiyənin bəzi Avropa Birliyi ölkələri ilə münasibətləri gərgin olaraq qalır ki, bu da xüsusilə Avropa Birliyi strukturları çərçivəsində həyata keçirilən müdafiə təşəbbüslərində iştirakını çətinləşdirir.

Türkiyənin rolunun artması alyans daxilində daha geniş dəyişikliklər fonunda baş verir. Donald Trampın NATO-nun effektivliyini şübhə altına alan və müttəfiqlərdən daha çox iştirak tələb edən ritorikası Avropada ABŞ-ın təhlükəsizlik zəmanətlərinin etibarlılığı ilə bağlı narahatlıqları daha da artırır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Aprel 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri