Türkiyə Avropanın müdafiə sisteminin qurulmasında iştirak etmək istəyir
Icma.az bildirir, Ayna portalına istinadən.
Ərdoğan: “Müdafiə sənayemiz qabaqcıl texnologiyaları ilə Avropanın müdafiə sektorunun güclənməsinə töhfə verməyə hazırdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqının (Aİ) yenidən silahlanma proqramında iştirak etmək arzusunu açıqlayıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Prezident Avropa İttifaqı Şurasının rəhbərinin Aİ-nin tərəfdaş ölkələri ilə keçirdiyi videokonfrans zamanı deyib.
Türkiyə liderinin fikrincə, Avropanın müdafiə sənayesi proqramları bütün müttəfiqlər üçün açıq olmalıdır. Ərdoğan vurğulayıb ki, Ankara Avropanın Ukraynanın yenidən qurulması və bərpası proqramlarına qoşulmaq istəyir.
“Müdafiə sənayemiz qabaqcıl texnologiyaları ilə Avropanın müdafiə sektorunun güclənməsinə töhfə verməyə hazırdır”, - Türkiyə lideri bildirib.
Eyni zamanda, Ərdoğan Avropa təhlükəsizliyinin Türkiyə ilə birlikdə planlaşdırılmasının vacibliyinə işarə edərək, transatlantik əlaqələrin maksimum dərəcədə qorunub saxlanmasını vacib sayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 07 Mart 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















