Türkiyə Azərbaycan Universitetində qəbul planının 97.5 faizi yerinə yetirilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 1 sentyabr, AZƏRTAC
Türkiyə-Azərbaycan Universitetində (TAU) plan yerləri 97.5 faiz dolub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ən yüksək göstərici bu il qeydə alınıb. Ümumilikdə, bu il 120 plan yeri üçün 117 tələbə qəbul olunub, bu da ötən illə müqayisədə 27 faiz artım deməkdir.
TAU üçün ən yüksək qəbul nəticəsi 667.5 bal, ən aşağı qəbul nəticəsi 401.7 bal olub. Qəbul olunanlardan 42 tələbə 600-dən yuxarı bal toplayan, 51 tələbə isə 500-dən yuxarı bal toplayan gənclərdir.
Universitetdə kompüter mühəndisliyi ixtisası üzrə 100 faiz nəticə (60 yer – 60 qəbul), sənaye mühəndisliyi ixtisası üzrə 100 faiz nəticə (30 yer – 30 qəbul) və qida mühəndisliyi ixtisası üzrə 90 faiz nəticə (30 yer – 27 qəbul) qeydə alınıb.
Ölkədə qida mühəndisliyi ixtisası üzrə ən yüksək qəbul balı (562.4 bal) və ən yüksək keçid balı (401.7 bal) TAU-da olub. Ölkədə sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək qəbul balı (667.5 bal) və ən yüksək keçid balı (507.1 bal) TAU-da qeydə alınıb. TAU-da kompüter mühəndisliyi ixtisası bu il də ən çox 600-dən yuxarı bal toplayan tələbə sayı ilə fərqlənib (35 nəfər).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 Sentyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















