Icma.az
close
up
RU
Türkiyə Azərbaycan Universitetinə yüksək balla qəbul olunan tələbələr mükafatlandırılıb

Türkiyə Azərbaycan Universitetinə yüksək balla qəbul olunan tələbələr mükafatlandırılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

TAU-da Bilik Günü qeyd olunub

Bakı, 15 sentyabr, AZƏRTAC

Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik Günü qeyd olunub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Əvvəlcə universitetin foyesində xalqlarımızın böyük liderləri, öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram ifadə olunub.

Daha sonra respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev bildirib ki, ötən ildən fəaliyyətə başlayan Türkiyə-Azərbaycan Universiteti təkcə təhsil müəssisəsi deyil, həm də iki ölkənin qardaşlığının növbəti rəmzidir. TAU “çətir universitet” funksiyasını yerinə yetirir. Bu model dünyada ilkdir. Belə ki, TAU-ya Azərbaycandan Azərbaycan Texniki Universiteti, Türkiyədən isə Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti tərəfdaş kimi cəlb olunub.

Burada kompüter, sənaye və qida mühəndisliyi ixtisasları üzrə tədris aparılır. Tədris ingilis dilində həyata keçirilir. Ötən il olduğu kimi, bu il də qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr TAU-nu seçiblər. Bu il ən yüksək bal toplayan tələbə Rəhim Qasımzadə olub. O, 674,3 balla TAU-ya qəbul olunub.

Vilayət Vəliyev tələbələrə onlara yaradılan imkanlardan faydalanmağı, dərslərini yaxşı oxumağı, müəllimlərin tövsiyələrini dinləməyi arzulayıb.

Tədbirdə TAU-nun tədris işləri üzrə prorektoru Mehmet Şimşir TAU-da tədrisin gedişi ilə bağlı tələbələrə ətraflı məlumat verib.

Daha sonra universitetə yüksək balla qəbul olunan tələbələrin mükafatlandırılması mərasimi keçirilib.

Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see296

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see266

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see239

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see229

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see178

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see168

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see159

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see150

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see145

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri