Türkiyə başqa ölkənin ərazisinə hərbi qüvvə göndərəcək? Fidan AÇIQLADI
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Macarıstanın baş nazirinin müavini və xarici işlər naziri Anita Orbánla Ankarada görüşüb. Nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Redaktor.az xəbər verir ki, Hakan Fidan mətbuat konfransı zamanı Məkkə sazişinin sırf müdafiə xarakteri daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, sənədə əsasən, sazişə qoşulan ölkələrdən biri hücuma məruz qalarsa, digər tərəflər onun müdafiəsində yanında olmağa borcludur.
“Türkiyə başqa bir ölkənin ərazisinə hərbi qüvvə göndərib orada hücum həyata keçirməyəcək”, - deyə Fidan bildirib və sazişin heç bir hücum məqsədi daşımadığını xüsusi qeyd edib.
Türkiyənin xarici işlər naziri sazişin parlamentə göndərilməsi üçün zəruri prosedurların yekunlaşdığını, məsələ ilə bağlı yekun məruzəni bir gün əvvəl Prezidentə təqdim etdiklərini diqqətə çatdırıb. Fidan sənədin ən qısa müddətdə parlamentə təqdim olunması istiqamətində qərar qəbul edildiyini əlavə edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 08 Oktyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















