Icma.az
close
up
RU
Türkiyə bu halda hərəkətə keçəcək İsraillə qarşıdurma riski artır ŞƏRH

Türkiyə bu halda hərəkətə keçəcək İsraillə qarşıdurma riski artır ŞƏRH

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Türkiyə ilə İsrail arasında münasibətlər son aylarda sürətlə gərginləşir. Ankara Qəzzada davam edən müharibəyə görə Tel-Əvivə qarşı ticarət embarqosu tətbiq etməklə yanaşı, İsrail təyyarələri üçün hava məkanını da bağladığını rəsmən açıqlayıb.

Xarici işlər naziri Hakan Fidanın parlamentdə verdiyi bu bəyanat, iki ölkə arasında diplomatik gərginliyi yeni səviyyəyə daşıyıb.

Türkiyənin həm Qəzzada baş verənlərə, həm də Suriyada İsrailin artan hava zərbələrinə qarşı sərt mövqeyi, bölgədə Ankara-Tel-Əviv qarşıdurması ehtimalını gündəmə gətirib. Analitiklərə görə, xüsusilə Suriyanın hava məkanında son zamanlar müşahidə edilən aktivlik fonunda, iki ölkənin maraqları daha tez toqquşa bilər.

Maraqlıdır görəsən, bütün bunlar iki ölkə arasında qarşıdurmaya səbəb ola bilərmi? Turkustan.az olaraq bu sualımızı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğluna ünvanladıq.

Əli Zülfüqaroğlu

İsrailin genişlənmə siyasəti Türkiyəni təhdid edir. Təl-Əvivin Fələstin və Livanla bağlı yürütdüyü siyasətlə yanaşı Suriyanı parçalamağa yönəlik addımları Türkiyəni ciddi şəkildə narahat edir. Ankara hesab edir ki, Təl-Əvivin "Böyük İsrail" strategiyası üzərindən yürütdüyü siyasətin son hədəfi Türkiyədir. Yəni Suriya bölünərsə, Türkiyənin ərazi bütövlüyü təhlükəyə girəcək. Bunu təsdiqləyən faktor İsrailin YPG-yə maksimum dəstək verməsidir.

İsrail isə hesab edir ki, Türkiyə Suriyada möhkəmlənə və bu ölkənin ərazi bütövlüyü təmin edilərsə, o zaman sionizm ideologiyası çökəcək. Yəni İsrailin ərazilərini genişləndirmə siyasəti iflasa uğrayacaq. Nəticədə sionist qüvvələr İsrail hakimiyyətindən gedəcək. Ona görə də maksimum çalışır ki, Ankara-Vaşinqton münasibətlərini pozsun və ABŞ-ni Suriyada Türkiyəyə qarşı qoysun. Ona görə də, Suriyanın ərazi bütövlüyü Türkiyənin qırmızı xəttidir və əgər Suriya bölünmə təhlükəsi ilə üzləşərsə, o zaman Türkiyənin hərbi müdaxiləsi qaçılmaz olacaq. Bununla da Türkiyə ilə İsrail arasında birbaşa hərbi toqquşma riski yaranacaq.

Əgər bu baş verərsə, İsrail birmənalı olaraq qısa müddət ərzində məğlub olacaq. Çünki İsrail ordusunun quru gücü zəifdir və Türkiyə ordusunun qarşısında dayana bilməz. Digər tərəfdən diplomatik müstəvidə də Türkiyə beynəlxalq dəstək əldə edəcək. Ona gorə ki, İsrail hökuməti cinayətkar hesab edilir və beynəlxalq təzyiq altındadır. ABŞ də bunu bildiyi üçün iki müttəfiqi arasında hərbi toqquşma riskini önləməyə çalışır. Bu məsələdə də ABŞ hökuməti ikiyə bölünüb.

ABŞ milli qüvvələri Türkiyəni, sionist lobbinin təsiri altında olan qüvvələr isə İsraili dəstəkləyir. Tramp də bütün dünya kimi Netanyahudan qurtulmağa çalışır. Netanyahu da hakimiyyətinin sona çatdığını bildiyi üçün Yaxın Şərqi xaosa sürükləmək və beləliklə də müharibə coğrafiyasını genişləndirmək üçün hər şey edəcək.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Avqust 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri