Icma.az
close
up
RU
“Türkiyə Cənubi Qafqazda dialoq mühitinin qorunmasına dəstək verir” Şamil Ayrım

“Türkiyə Cənubi Qafqazda dialoq mühitinin qorunmasına dəstək verir” Şamil Ayrım

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Külək Enerjisi Konqresi (TÜREK 2025) çərçivəsində İzmirdə IV Türkiyə-Azərbaycan Enerji Forumu keçirilib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə keçirilən forumda bildirilib ki, Türkiyə və Azərbaycan prezidentlərinin müdrikliyi, uzaqgörənliyi və iqtisadi potensialın düzgün prioritetləşdirilməsi sayəsində enerji sahəsində uğurlu əməkdaşlığımız regional və qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım Forum və Türkiyə-Azərbaycan enerji əməkdaşlığı barədə Metbuat.az-ın suallarını cavablandırıb:

- Şamil bəy, Türkiyə–Azərbaycan Enerji Forumunun əsas məqsədi nə idi və əvvəlki forumlardan hansı fərqləri ilə seçildi?

Türkiyə–Azərbaycan münasibətlərinə nəzər yetirdikdə, ən çox konkret nəticə verən sahənin enerji sahəsi olduğunu görürük. İlk olaraq Bakı–Tbilisi–Ceyhan, sonra Bakı–Tbilisi–Ərzurum kəmərləri, ardınca TANAP və TAP layihələri həyata keçirildi. Bütün bunlar iki ölkə arasında bağları gücləndirən və dünyada böyük əks-səda doğuran layihələrdir.

Məhz bu səbəbdən, gələcəkdə hansı addımların atıla biləcəyi barədə müzakirələr aparmaq üçün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında hər iki ölkənin energetika nazirlərinin rəhbərliyi ilə bu görüşlər keçirilir. Bu toplantılarda həm də gündəmdəki hadisələrlə bağlı qiymətləndirmələr edilir. Məsələn, bu il iki konkret layihə reallaşıb. Onlardan biri –yaxın günlərdə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ötürülməsi oldu. Bu qaz Suriyada elektrik stansiyalarında istifadə edilərək enerji istehsalına yönəldiləcək. Digər mühüm layihə isə Iğdır üzərindən, yəni Bakı–Tbilisi–Ərzurum qaz kəməri vasitəsilə Azərbaycandan Naxçıvana qazın çatdırılması idi. Bu artıq reallığa çevrildi. Forumda gələcəyə yönəlik mühüm məsələlər üzrə işçi qruplar yaradılıb. Onların fəaliyyəti çox dəyərlidir.

- Azərbaycanın bərpa olunan enerji layihələrinin Zəngəzur dəhlizi vasitəsilə Avropaya ötürülməsi iki ölkə arasında enerji əməkdaşlığını necə gücləndirir və region üçün hansı strateji üstünlükləri yaradır?

Hazırda gündəmdə olan məsələlərdən biri də Azərbaycanın bərpa olunan enerji sahəsində istehsal etdiyi elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə Türkiyə üzərindən Avropaya ötürülməsi layihəsidir. Bununla bağlı rabitə, texniki infrastruktur və digər məsələlər üzrə hazırlıqlar aparılır. Ümumilikdə kommunikasiya kanallarının gücləndirilməsi, yeni əməkdaşlıqların qurulması, müasir layihələrin reallaşdırılması müzakirə olunur. Çünki bu sahə strateji baxımdan çox əhəmiyyətlidir. Azərbaycan və Türkiyə yalnız ikitərəfli əməkdaşlıq üçün deyil, həm də üçüncü ölkələrlə enerji sahəsində birlikdə addımlar atmaq imkanlarını dəyərləndirirlər. Bütün bunların fonunda enerji sektoru Azərbaycan–Türkiyə münasibətlərində həm qardaşlıq, həm əməkdaşlıq, həm də “bir millət, iki dövlət” prinsiplərinin konkret layihələrlə möhkəmləndiyi bir sahədir. Burada çox sayda gəncimiz və sahibkarımız üçün iş imkanları yaradılır. Bu səbəbdən də Azərbaycan və Türkiyə bu əməkdaşlığa xüsusi önəm verirlər.

- Bu əməkdaşlıq bölgə sabitliyinə necə təsir göstərə bilər?

Məlumdur ki, bu layihələrin bölgə sabitliyinə təsiri böyükdür. 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gəldi. Bu istiqamətdə bir çox müzakirələr aparıldı. Ermənistan tərəfi razılaşmaq istəmirdi, İran da müəyyən etiraz edirdi. Hazırda hələ tam istənilən nəticə əldə olunmasa da, ötən ay ABŞ-nin vasitəçiliyi ilə Zəngəzur dəhlizi məsələsi daha da aydınlıq qazandı. Yaxın vaxtlarda layihənin təməli qoyulacağı gözlənilir.

Regiondakı sabitlik olduqca əhəmiyyətlidir. Bu, təkcə Azərbaycan və Türkiyə üçün deyil, Ermənistan və hətta İran üçün də mühüm məsələdir. Çünki sabitlik sərhədlərin açılması, yeni imkanların yaranması deməkdir. Ancaq burada vacib bir məqam var: Azərbaycan–Ermənistan münasibətləri tam həll olunmadan sərhədlərin açılması mümkün deyil. Prezident Ərdoğan Azərbaycan parlamentində də açıq şəkildə bildirmişdi ki, bu məsələ həllini tapmadan sərhədlər açılmayacaq. Hazırda isə proseslərin gedişatına baxılır.

Bölgədə sabitliyin təmin olunması təbii sərvətlərin daha səmərəli istifadəsi, gənclərə və sahibkarlara yeni imkanların yaradılması, eləcə də Avropa Birliyi və digər böyük güclərin regiona marağının artması deməkdir. Çünki bu, həm resurslarla zəngin bir bölgənin inkişafı, həm də xarici sərmayələrin cəlb olunması üçün şərait yaradır.

- Azərbaycanın siyasi stabilliyi, regionda nüfuzu Yaxın Şərqdə və Cənubi Qafqazda sabitliyin qorunması və dialoqun effektivliyi baxımından hansı strateji üstünlükləri təmin edir?

Azərbaycan illərlə terrorla mübarizə aparıb. İndi isə ölkəmiz həm siyasi, həm də iqtisadi baxımdan sabitlik yolundadır. Amma qonşu ölkələrdə – Suriyada, İraqda hələ də problemlər qalmaqdadır. Biz istəyirik ki, Cənubi Qafqazda sabitlik bərqərar olsun. Bunun yolu dialoqdan keçir. Hazırda Azərbaycanla Ermənistan arasında aparılan dialoq mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu istiqamətdə müəyyən irəliləyiş əldə ediblər. Türkiyə Prezidenti də bu prosesi yaxından izləyir və dəstək verir. Regionda hazırda müəyyən ümidverici mühit mövcuddur. Əsas məsələ isə bu dialoqun pozulmaması, yeni müharibələrin baş verməməsidir. Təəssüf ki, Yaxın Şərqdə xüsusilə Fələstində vəziyyət fərqlidir. Orada minlərlə günahsız insan, o cümlədən uşaqlar həyatını itirir. İsrailin işğal siyasəti davam edir və qırğınlar bitmir. Bu kimi problemlərin həlli üçün yeganə yol dialoqdur. Uzun illər Ermənistan–Azərbaycan Qarabağ münaqişəsini də dialoq yolu ilə həll etməyə çalışırdılar. Amma nəticə vermədi. Ən sonda dörd min gəncimiz şəhid oldu və Azərbaycan öz torpaqlarını döyüş meydanında azad etdi. Bu gün isə qalib, yüksələn siyasi duruşu, xalqın rəhbərliyə bağlılığı və qətiyyəti ilə regiona nümunə göstərilən bir Azərbaycan var. Artıq bütün dünya Azərbaycanın bu uğurlarını görmək və onunla əməkdaşlıq etmək istəyir. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatının toplantılarında, Çinin aparıcı mətbuatında Azərbaycanın dövlətlər arasında balans yaradan mühüm aktor kimi təqdim olunması bunun bariz nümunəsidir. Bu mövqenin qorunması və sabitliyin saxlanılması son dərəcə vacibdir.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see248

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see206

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see170

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see139

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see137

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri