Icma.az
close
up
RU
Türkiyə dünyada çox nadir ölkələrdəndir ki, məsələləri sülh və siyasi danışıqlar vasitəsilə həll edir

Türkiyə dünyada çox nadir ölkələrdəndir ki, məsələləri sülh və siyasi danışıqlar vasitəsilə həll edir

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Somali Prezidenti Həsən Şeyx Mahmudu və Efiopiyanın Baş naziri Abiy Əhmədi ölkəmizdə qəbul etməkdən çox məmnun oldum. Somali və Efiopiyanın ölkəmizə olan etibarı nəticəsində təxminən 8 ay əvvəl başladığımız "Ankara Prosesi"ndə bu axşam mühüm mərhələyə çatdıq. Bəzi inciklikləri və anlaşılmazlıqları birlikdə aradan qaldırmaqla Somali və Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq". Bu barədə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan öz "X" hesabında yazıb.

Türkiyənin Qarabağ münaqişəsinin həllində, Ukraynda müharibəsində və Suriyada rolunu izləyirik. Türkiyə bütün münaqişələrdə barışdırıcı təsirə malik bir ölkədir. Bəs daha irimiqyaslı münaqişələrdə Türkiyənin barışdırıcı rolu ola bilərmi?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyənin xarici siyasət doktrinası Atatürkün vaxtilə söylədiyi kimi “Yurdda sülh, cahanda sülh” devizinə əsaslanır və Türkiyə hər zaman həm ətrafında, həm də qlobal səviyyədə beynəlxalq münasibətlərin siyasi yolla və dialoq vasitəsilə tənzimlənməsinə yana olub və son illərdə xüsusilə Türkiyənin bu istiqamətdə rolunun ciddi şəkildə artdığını görürük.

Oqtay Qasımov

Politoloq qeyd edib ki, Türkiyənin Afrikaya son 10 ildə açılımı da Afrikada ciddi şəkildə Türkiyəyə rəğbətin artdığını göstərir, bu baxımdan Türkiyənin Somali və Efiopiya arasındakı problemlərin həllindəki rolu təqdirəlayiqdir, Türkiyənin nüfuzunu gücləndirən faktordur.

“Türkiyə bu missiyası Rusiya Ukrayna savaşında da özünü göstərməkdədir. Xüsusilə də savaşın birinci ilində Türkiyənin vasitəçiliyilə tərəflər İstanbulda bir araya gəldilər. Müəyyən razılaşmalar da əldə edildi. Bundan başqa Türkiyə taxıl dəhlizinin yaradılmasında olduqca əhəmiyyətli rol oynadı. Amma sonrakı dönəmlərdə Qərbin proseslərə təsiri artdığından Türkiyənin rolu azaldı və tərəflər artıq Türkiyənin bir formada vasitəçi rolunda çox da maraqlı olmadığını nümayiş etdirməyə başladılar. Təbii ki, tərəflər ayrılıqda Türkiyənin vasitəçiliyindən məmnuniyyət duyduqlarını ifadə etsələr də, bu prosesə təsir edən güclər də var idi. Xüsusilə Amerika Birləşmiş Ştatları, Fransa və digərləri Türkiyənin bu tipli məsələlərdə ciddi rol almasında maraqlı deyillər”-deyə politoloq əlavə edib.

Amerikanın İran, Şimali Koreya və digərlərilə ilə olan hansısa məsələlərin çözümündə Türkiyənin iştirakına gəldikdə, politoloq qeyd edib ki, bunu gələcək göstərəcək.

“Bu cür məsələlərdə Türkiyənin tərəflər arasında vasitəçi rolu oynamağa imkanının çatacağını düşünmürəm. Çünki Türkiyə öz bölgəsində regional qəbul olunan güc hesab olunsa da və hələlik qlobal səviyyədə də önəmli aktorlardan sayılsa da, düşünmürəm ki, belə miqyaslı məsələlərdə, xüsusən də Amerikanın tərəf olduğu bir məsələdə Türkiyənin vasitəçi roluna razılaşsınlar”-deyə Oqtay Qasımov vurğulayıb.

Politoloq qeyd edib ki, Türkiyə dünyada çox nadir ölkələrdəndir ki, bütün məsələlərin sülh və siyasi danışıqlar vasitəsilə həllində maraqlı olduğunu bəyan edir və bunu həm də əməldə də təsdiq edir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Dekabr 2024 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri