Icma.az
close
up
RU
Türkiyə Ermənistanla quru sərhədlərini açır?

Türkiyə Ermənistanla quru sərhədlərini açır?

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

"Türk Hava Yolları" (THY) aviaşirkəti Ermənistanın paytaxtı İrəvana müntəzəm uçuşlara başlayır. Şirkətin İctimaiyyəti Məlumatlandırma Platforması (KAP) üzərindən bildirilib ki, qərar şirkətin mövcud imkanlarından və bazar şərtlərindən asılı olaraq qəbul edilib.

Xatırlatmaq lazımdır ki, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin 8 avqust Vaşinqton görüşündən sonra Türkiyə ilə Ermənistan arasında da dialoqun sürətləndiyi nəzərə çarpmaqdadır. 

Vaşinqton görüşündən bir neçə gün sonra Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edib. Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Ermənistan-Türkiyə sərhədindəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Serdar Kılıçla görüşüb. Söhbətin əsas müzakirə mövzusu Türkiyə-Ermənistan sərhədlərinin açılması olub. Tərəflərin hər hansı razılığa gəlməsi barədə heç bir məlumat yayılmayıb. 

Türk Hava Yollarının yuxarıda qeyd etdiyimiz qərarı verməsi yenidən iki ölkə arasında quru sərhədlərin fəaliyyətinin bərpası məsələsini gündəmə gətirir. Növbəti addımın məhz bu istiqamətdə atılması gözlənilir.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Türk Hava Yollarının Ermənistanın paytaxtı İrəvana müntəzəm uçuşlara başlamaq barədə qərarını normal qarşılamaq lazımdır:

"Biz işğala son qoyub, ərazi bütövlüyümüzü təmin etmişik. Azərbaycanla Ermənistan arasında dialoq mövcuddur. Üstəgəl, Azərbaycanla Ermənistan bir-birlərinin hava məkanından da istifadə edirlər. Elə bu yaxınlarda Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Andranik Simonyan da beynəlxalq tədbirdə iştirak etmək üçün təyyarə ilə gəlmiş, onun təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Aeroporta eniş etmişdi. Bu baxımdan da Türkiyənin Ermənistanla dialoqu genişlənir".

E.Şahinoğlu hesab edir ki, hava xətlərinin açılmasına baxmayaraq, hələ quru sərhədlərinin açılması mümkün deyil:

"Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləyir. Sülh sazişi imzalanan kimi,bəli, Türkiyə quru sərhədlərini də açacaq, diplomatik münasibətləri də bərpa edəcək. Onsuz da Azərbaycanın özü də sülhdən sonra Ermənistanla sərhədlərini açacaq. Və bundan sonra yəqin ki, üç ölkə arasında ticarət əlaqələri başlayacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see276

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see258

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see254

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see254

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see202

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see183

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see180

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see180

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see179

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see177

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see173

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see173

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see172

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see171

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see170

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see169

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see167

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see166

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see164

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri