Türkiyə Eurofighter qırıcısını alır: Ankara və London hərbi sazişi imzaladı
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyə ilə Böyük Britaniya arasında Eurofighter döyüş təyyarələrinin alınması ilə bağlı Anlaşma Memorandumu imzalandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Milli Müdafiə naziri Gülər Böyük Britaniyanın müdafiə naziri Healey ilə Türkiyənin Eurofighter Typhoon istifadəçisi kimi qəbul edilməsi ilə bağlı genişmiqyaslı anlaşma memorandumu imzalayıb.
Milli Müdafiə Nazirliyindən aşağıdakı açıqlamalar verilib:
"İki ölkə Eurofighter Typhoon ixracatında əhəmiyyətli irəliləyiş əldə etməkdə davam edir. Türkiyənin Typhoon istifadəçisi kimi qəbul edilməsi NATO-nun əsas müttəfiqləri arasında onilliklər ərzində formalaşmış dostluq bağlarını daha da gücləndirəcək və Türkiyənin qabaqcıl döyüş hava imkanlarının artırılması istiqamətində mühüm addım olacaq.
Bu inkişaf Böyük Britaniya-Türkiyə tərəfdaşlığında yeni bir dövrün başlanğıcını qeyd edəcək, potensial əməkdaşlığı gücləndirəcək və dünyanın aparıcı avadanlıqlarının qarşılıqlı alınması yolu ilə iki ölkənin müdafiə sənayesini dəstəkləyəcək".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 İyul 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















