Türkiyə fransız müğənninin konsertini ləğv etdi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə yəhudi əsilli müğənni Enriko Masiasın 6 sentyabrda İstanbulda keçirilməsi planlaşdırılan konsertini ləğv edib.
Kult.az xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.
Məlumata görə, müğənninin israilyönümlü fikirləri əleyhinə çağırışların və mümkün etiraz aksiyalarının qarşısını almaq məqsədi ilə tədbirin keçirilməsinə icazə verilməyib.
Valilik belə aksiyaların hüquqi baxımdan etirazçıları çətin vəziyyətdə qoya biləcəyini və narazılıqlara səbəb ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, Masiasın İsrailə verdiyi dəstək sosial şəbəkələrdə və bəzi qruplar tərəfindən sərt tənqid olunurdu.

Rektor müğənninin konsertini ləğv edib Bu səbəbə görə
23 Aprel 2025 23:24
Bakıdakı konsertini ləğv etdi
05 Fevral 2025 17:32
The Weeknd konsertini ləğv etdi
14 Yanvar 2025 15:37
Emin Rusiyadakı konsertini ləğv etdi
03 İyul 2025 09:24
Hindistanda polis məşhur müğənninin konsertini yarıda kəsdi Video
11 Fevral 2025 14:48

