Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Qol.az saytına istinadən Icma.az xəbər verir.
"Real", "Arsenal" və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mesut Özil Türkiyədə yüksək vəzifədə fəaliyyətə başlaya bilər.
QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, 37 yaşlı sabiq futbolçu Türkiyə Futbol Federasiyasının (TFF) prezidentliyi üçün əsas namizədlərdən biri hesab olunur.
Bildirilir ki, karyerasını bitirdikdən sonra Türkiyədə məskunlaşan və yerli futbol ictimaiyyəti, eləcə də siyasi elita ilə sıx əlaqələr saxlayan Mesut Özil bu vəzifə üçün kifayət qədər ciddi dəstək qazanıb. Bu amillər onu federasiya rəhbərliyi uğrunda gedən gizli mübarizədə güclü namizədə çevirir.
Qeyd edək ki, əgər təyinat baş tutarsa, Özili çətin bir missiya gözləyir. O, son illərdə hakimlərin qərarları və təşkilati çatışmazlıqlar səbəbindən ciddi tənqidlərə məruz qalan türk futbolunun nüfuzunu bərpa etmək və liqada islahatlar aparmaq üçün çalışmalı olacaq.
Baxış sayı:212
Bu xəbər 27 İyun 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















