Icma.az
close
up
RU
Türkiyə hər zaman Suriyanın ərazi bövlüyünün qorunmasının tərəftarı olub Millət vəkili

Türkiyə hər zaman Suriyanın ərazi bövlüyünün qorunmasının tərəftarı olub Millət vəkili

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriyanın ərazi bütövlüyü bizim üçün əvəzolunmazdır. Suriya hökumətinin də eyni həssaslıqla hərəkət etdiyini bilirik. Ölkədəki silahlı qrupların Suriya Müdafiə Nazirliyinin "dam"ı altında toplanaraq Suriyanın birlik və bütövlüyünə töhfə verməsi çox vacibdir. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan vurğulayıb ki, federativ struktur məsələsi boş xəyaldan başqa bir şey deyil.

 Suriya reallığında bunun yeri yoxdur. Onlara məsləhət görürəm ki, bölgənin sabitliyinə xidmət edəcək qərarlar qəbul etsinlər. Suriyanın və bölgənin daimi sabitliyini təhdid edən və ya təhlükə altına salan heç bir təşəbbüsə icazə verməyəcəyik. Suriya rəsmiləri tərəfindən Suriya ordusundan əlavə heç bir silahlı strukturun qəbul edilməyəcəyi elan edilib. Onlar bu istiqamətdə işlərini davam etdirirlər. Bizim sərhəd təhlükəsizliyinə yanaşmamız da eynidir. Biz sərhədlərimizdən kənarda heç bir zorakı quruluşa icazə vermirik. Ən ağıllı variant bütün qrupların tək və bütün Suriya üçün çalışması və bu məqsədlə öz enerji və qüvvələrini səfərbər etməsidir. Biz Suriyadakı bütün qrupların təmsilçiliyinə və dialoquna üstünlük veririk. 


Milli Məclisin deputatı Elçin Mirzəbəyli Sherg.az-a bildirib ki, Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər Türkiyənin ənənəvi mövqeyinə uyğundur:


“Yəni, prinsip etibarilə ilk gündən Türkiyə hər zaman Suriyanın ərazi bövlüyünün qorunmasının tərəftarı olub və suverenliyini müdafiə edib. Suriyanın unitar dövlətdən federativ və konfederativ ölkəyə çevrilməsi nəticə etibarilə gələcəkdə yeni münaqişələrinin ortaya çıxmasına zəmin yarada bilər. Ən doğru seçim və yol Suriyadaki bütün etnik qrupların faktiki olaraq bir çatı altında birləşməsi və vahid hökümətdə təmsil olunmalarıdır. Bu istiqamətdə müəyyən adımlar var, amma natamamdır. Təbii ki, sözügedən mesaj Suriyadaki bütün etnik qrupların hakimiyyətin ayrı-ayrı qanadlarında təmsil olunmasına bir çağırış kimi qiymətləndirilməlidir. Suriyanın bölünmə yoluyla indiki halda hansı ölkəyə məxsus olduğu barədə fikir söyləmək çətindir. Rusiya da hər zaman Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəftarı olduğunu bəyan edib. Amerika Birləşmin Ştatları tərəfindən də Suriyanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaracaq hansısa açıqlamaların səsləndirilməsinin şahidi olmamışıq. Bu aspektdən gəldiyim qənaətimə görə, Türkiyənin Suriyadakı proseslərdə aktiv iştirakını Trump administrasiyası da dəstəkləyir. Nəticə etibarilə Türkiyənin mövqeyinə zid bir yanaşma tərzinin Vaşinqtonda olduğunu düşünmürəm. Əgər söhbət yenə Rusiyanın üzərinə qayıdacaqsa, bəlli ki, Moskva Türkiyənin Suriyadakı aktiv rolunu qəbul edib. Ərdoğanın fikirlərində yer alan istiqamətlər Rusiyanın mövqeyinə əks olmadığı üçün Moskva tərəfindən də hansısa sərt addım olmayacaq. İndiyə qədər proses necə olubsa, bundan sonra da elə davam edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri