Türkiyə ilə general Haftar arasında münasibətlər normallaşır
Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə ilə Liviyadakı general Haftar rejimi arasında münasibətlər normallaşır.
Metbuat.az xəbər verir ki, general Haftarın qərargahı ilk dəfə Türkiyə rəsmilərini qəbul edib. Məlumata görə, Liviyada 10 ildir bağlı olan Benqazi Baş Konsulluğunun açılması və Haftarın oğlunun İstanbula gəlməsiylə tərəflər arasında münasibətlər normallaşmaq üzrədir.
Qeyd edək ki, Liviyada vətəndaş müharibəsindən sonra ölkə mərkəzi Tripoli və Tobruk olan iki hökumət qurulub. Tripolidə rəsmi hökumət, Tobrukda isə general Haftarın rəhbəri olduğu hökumət qurulub. Türkiyə Tripolidə rəsmi hökumətə dəstək verərək, general Haftarın ölkəni tamamilə ələ keçirməsinə mane olmuşdu. Bundan sonra Türkiyə və general Haftar hökuməti arasında münasibətlər gərginləşmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Noyabr 2024 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















