Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sülh təqvimlə yox, qərarlarla yaxınlaşır

Sülh təqvimlə yox, qərarlarla yaxınlaşır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin deputatı Azər Allahverənovun "525-ci qəzet"ə müsahibəsi

- Azər müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalana biləcəyinə dair açıqlama verdi. Bir neçə gün əvvəl isə sazişin 2027-2028-ci illərdə imzalanmasının mümkünlüyündən danışdı. Bu dəyişiklik nədən xəbər verir? Paşinyan həqiqətən sülhə nail olmaq istəyir, yoxsa daxili siyasi amilləri nəzərə alaraq vaxt qazanmağa çalışır?

- Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh sazişinin imzalanması üçün 2031-ci ili hədəf kimi göstərməsi təbii ki, çoxsaylı suallar doğurdu. İstər-istəməz belə bir fikir formalaşdı: nə üçün məhz 2031-ci ilədək? Konkret olaraq, bu bəyanatı verməklə Paşinyanın müəyyən mənada vaxt udmaq niyyətini də gizlətmədiyini gördük. Vaxt udmaq nə ilə bağlı ola bilər?

Ermənistandakı siyasi vəziyyət onu göstərir ki, qəbul edilən qərarlar əksər hallarda mövcud siyasi konyunkturaya uyğun şəkildə formalaşır. Bu prosesdə Ermənistanın havadarları qismində çıxış edən dövlətlərin maraqlarının da nəzərə alınması qaçılmazdır. Müxtəlif hadisə və proseslərlə bağlı qərarların qəbulunda bunu bir neçə müstəvidə müşahidə edirik. Paşinyanın bəzən bir həftə ərzində mövqeyini bir neçə dəfə dəyişməsi də məhz mövcud siyasi konyunktura ilə əlaqəli ola bilər. Eyni zamanda, ayrı-ayrı dövlətlərin bu prosesdə təzyiq vasitələrindən istifadə etməsi ehtimalını da istisna etmirəm.

Kənar təsirlər nəticəsində bu qərarlar dəyişir. Paşinyanın sülh sazişinin imzalanması üçün 2031-ci ili hədəf göstərməsinin səbəblərindən biri də ABŞ-dakı siyasi proseslərlə bağlı ola bilər. Belə ki, noyabrın 3-də ABŞ-da aralıq seçkiləri keçiriləcək və onların nəticələrinin iki il sonra baş tutacaq prezident seçkilərinə də təsir göstərməsi mümkündür. Nəticədə, hakimiyyətə başqa siyasi qüvvənin, o cümlədən demokratların gəlməsi ehtimalı da nəzərə alına bilər. Belə olduqda, Paşinyan demokratlarla əvvəlki əməkdaşlıq münasibətlərini yenidən bərpa etməyə ümid edə bilər.

Paşinyanın sülh sazişinin imzalanması ilə bağlı tarixi 2027-2028-ci illərə çəkməsi də kənar təsirlərin və təzyiqlərin nəticəsi kimi qiymətləndirilə bilər. Çünki bir sıra dövlətlər, xüsusilə də ABŞ sülh sazişinin mümkün qədər tez imzalanmasında maraqlıdır. Belə olduğu təqdirdə, regionda kommunikasiyaların açılması prosesinə də start verilə bilər. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı layihə də bu prosesə təkan verə biləcək mühüm amillərdən biridir.

Məhz buna görə də Paşinyan bir neçə gün sonra öz mövqeyini dəyişmək məcburiyyətində qaldı. Bundan sonra həm Ararat Mirzoyanın, həm də Paşinyanın dilindən müəyyən müsbət bəyanatlar eşitməyə başladıq. Bu isə onu göstərir ki, Paşinyan sülhə getməyə məcburdur, çünki bunun alternativi yoxdur.

Əgər Paşinyan düşünürsə ki, müxtəlif siyasi manevrlər və spekulyativ bəyanatlarla ABŞ-ı və ya digər dövlətləri aldatmağa nail olacaq, bu, əbəs cəhddir. Reallıq ondan ibarətdir ki, bu gün sülh daha əlçatandır. Azərbaycanın səyləri nəticəsində Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün əlverişli şərait yaranıb.

Bununla belə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sülh hələ də kifayət qədər kövrəkdir. Bu kövrəklik səbəbindən sülhə xələl gətirə biləcək təhdidlər hər zaman mövcud olacaq. Buna görə də sülhün daha dayanıqlı və möhkəm olması üçün müvafiq sazişlər imzalanmalı, onun hüquqi əsasları və dayaqları möhkəm olmalıdır. Paşinyan bu məqamı mütləq nəzərə almalıdır: əgər Ermənistan həqiqətən sülh istəyirsə, sülhə mane olan və onun əldə olunmasını ləngidən istənilən addımdan çəkinməli, yalnız sülhə xidmət edən qərarlar qəbul etməlidir. Azərbaycan isə bu istiqamətdə konkret addımlar atır və bu gün açıq şəkildə sülh gündəliyinə sadiq olduğunu nümayiş etdirir.

Kommunikasiyaların açılması, Ermənistanın kritik məhsullarla təchizatı və digər məsələlər Azərbaycanın atdığı real addımların nümunələridir. Lakin hələlik Ermənistan tərəfindən bu addımlara adekvat cavab verildiyini görmürük.

Digər tərəfdən, Ermənistan parlamentində ABŞ-la strateji tərəfdaşlıq sazişinin ratifikasiya olunmasını nəzərə alsaq, bu, nəticə etibarilə, TRIPP layihəsinin işə salınması və digər istiqamətlərdə irəliləyiş əldə edilməsi üçün Paşinyana əlavə imkanlar yaradır. Çünki parlament belə bir sazişi qəbul edib ratifikasiya edirsə, Paşinyan da bundan irəli gələn imkanlardan istifadə edərək daha çevik siyasət yürütməli və sülhə xidmət edən konkret addımlar atmalıdır.

- Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi nə dərəcədə realdır? Mövcud siyasi vəziyyət belə bir ssenarini gündəmə gətirə bilərmi?

- Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Paşinyanın səsləndirdiyi fikirlər müəyyən mənada mesaj xarakteri daşıya bilər. Bu mesaj, ilk növbədə, parlamentin özünə ünvanlanıb. Çünki parlamentdə müxalifət düşərgəsini təmsil edən qüvvələrlə yanaşı, hakim "Vətəndaş Müqaviləsi" Partiyasının üzvləri arasında da bəzi məsələlərdə fərqli mövqedən çıxış edən şəxslər var. Xüsusilə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məsələlərdə onların mövqeləri bəzən müxalifətin yanaşmaları ilə üst-üstə düşür.

Bu mesaj, ilk növbədə, məhz həmin qüvvələrə və siyasi dairələrə ünvanlanıb. Paşinyan onlara çatdırmaq istəyir ki, onun siyasi xəttinə uyğun mövqe tutmalı və qəbul edilən qərarları dəstəkləməlidirlər. Əks halda, növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gələ bilər. Belə bir ssenari reallaşarsa, yeni siyasi qüvvənin formalaşması və bu qüvvələrin gələcək perspektivə hesablanmış qərarların dəstəklənməsində daha fəal rol oynaması mümkündür. Beləliklə, bu, ilk növbədə, daxili auditoriyaya ünvanlanan mesajdır. Eyni zamanda, müəyyən xarici qüvvələrə də yönəlmiş mesaj kimi qiymətləndirilə bilər. Paşinyan bununla bildirmək istəyir ki, parlamentə hər hansı formada təzyiq göstərilməsinə cəhd edilərsə, parlamentin buraxılması variantını gündəmə gətirə bilər. Bu baxımdan, parlamentin buraxılması ehtimalını da tamamilə istisna etmək olmaz.

Bəs belə bir proses nə zaman baş verə bilər? Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayında keçirilib. Düşünürəm ki, parlamentin buraxılması ən yaxşı halda 2028-ci ilin sonuna və ya 2029-cu ilə təsadüf edə bilər. O da bir şərtlə ki, bu parlament Baş nazirin qərarlarına zidd mövqe tutsun. Çünki burada Konstitusiyanın dəyişdirilməsi və digər məsələlərlə bağlı ortada çox ciddi suallar var. Parlamentdə konstitusion çoxluğa malik olmayan Paşinyanın tərəfdarları bəzi qərarların verilməsində çətinliklərlə üzləşə bilərlər. Bu, eyni zamanda, qeyd etdiyim məsələ ilə də bağlıdır.

- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, TRIPP layihəsi sülh sazişi imzalanmadan əvvəl işə salına bilər. Bu, siyasi məsələlərdə tam razılıq əldə olunmasa belə, iqtisadi-ticari əlaqələr və kommunikasiyalar üzrə irəliləyişin mümkünlüyünü göstərir?

- Əslində, bu, kifayət qədər geniş şəkildə müzakirə olunan məsələdir. Yəni Ararat Mirzoyanın dilindən belə bir fikir səsləndirilib ki, TRIPP layihəsi sülh sazişi imzalanmadan da işləyə bilər. TRIPP, şübhəsiz ki, çox vacib bir layihədir, xüsusilə iki dövlət arasında münasibətlərin normallaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Amma burada da önəmli məsələ müqavilə imzalanmadan layihənin istifadəyə verilməsinin mümkünlüyüdür. Bununla bağlı Azərbaycanın bir tələbi var: Azərbaycan ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikası istiqamətində və əksinə, yüklərin və sərnişinlərin daşınması "Azərbaycandan Azərbaycana" prinsipinə uyğun həyata keçirilməlidir. Bu prinsipin təmin edilməsi ilə Zəngəzur layihəsinin, yəni TRIPP layihəsinin istifadəyə verilməsi hüquqi cəhətdən mümkündür və buna mane olacaq hər hansı başqa səbəb yoxdur. Əsas məsələ Azərbaycanın bu istiqamətdə irəli sürdüyü şərtlərin təmin olunmasıdır. Gələcəkdə beynəlxalq yükdaşımalar məsələsinə gəldikdə, düşünürəm ki, burada, istər-istəməz, gömrük, sərhəd-keçid və digər məsələlərlə bağlı konkret qərarlar verilməlidir. İstənilən halda, Ararat Mirzoyanın yanaşması belədir ki, bu layihə fəaliyyətə başladıqda, erməni cəmiyyəti konkret dividendlər əldə edə biləcək və bu layihənin sülh şəraitinə nə dərəcədə fayda verə biləcəyini görəcək. Yəni bu yanaşma məhz həmin məntiq üzərində qurulur.

Lakin bu məsələdə əsas olan siyasi problemlərin konkret həllinə nail olmaqdır. Buraya sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya prosesləri, eləcə də bir sıra digər məsələlər daxildir. Sülh sazişinin imzalanması isə, təbii ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi ilə əlaqəlidir. Əsas məqsəd mövcud problemlərin mümkün qədər tez həllinə nail olmaqdır. Beynəlxalq yükdaşımalar və digər regional əməkdaşlıq məsələlərindən söhbət gedirsə, bu istiqamətdə həyata keçiriləcək siyasət sülhün hüquqi və siyasi dayaqlarının möhkəm olduğu şəraitdə daha uğurlu və effektiv ola bilər. Ona görə də Ermənistan cəmiyyəti regional əməkdaşlıqdan daha tez faydalanmaq və sülhün ölkəyə hansı üstünlükləri qazandırdığını görmək istəyirsə, bu nəticələri gözləməklə kifayətlənməməli, sülh sazişinin mümkün qədər tez imzalanması üçün konkret səylər göstərməlidir. Bunun üçün Ermənistan Konstitusiyasında dəyişikliklər edilməli və Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Bu, daha qlobal, daha fundamental və dayanıqlı sülh və təhlükəsizliyə xidmət edən mühüm məsələdir.

Pərvanə SULTANOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Oktyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri