Icma.az
close
up
RU
Türkiyə Ermənistan münasibətləri normallaşır? (ŞƏRH)

Türkiyə Ermənistan münasibətləri normallaşır? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Bu proses Ermənistan-Azərbaycan münasibətlərinin hansı sürətlə irəliləməsindən asılı olacaq. Yəni Ermənistan-Türkiyə münasibətləri məhz yuxarıda qeyd etdiyim məqama paralel olaraq gedəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev münasibətləri normallaşdırmaq üçün yaxın günlərdə Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında olması gözlənilən növbəti görüş barədə danışarkən deyib. 

"Bu məsələ Türkiyənin özündən asılı olsaydı, ilin sonuna qədər İrəvanla əlaqələrin qurulması baş verərdi. Çünki prinsipcə Türkiyə buna hazırdır. Amma məsələ ondadır ki, Türkiyə və Pakistan Ermənistanla münasibət qurarkən Bakı ilə məsləhətləşirlər. Yəni məsələnin həlli  sadəcə iki ölkənin rəyindən asılı olan məsələ deyil. Bu isə məsələni bir qədər mürəkkəbləşdirir", deyə ekspert bildirib. 


Həmsöhbətimiz əmindir ki, sözügedən görüşdə təkcə sərhədlərin açılması məsələsi müzakirə olunmayacaq: 

"Bu tədbirlər, görüşlər məhz diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması istiqamətinə yönəlib. Əminəm ki, görüşdə təkcə sərhədlərin açılmasından söhbət getməyəcək. Müzakirələr geniş spektri əhatə edəcək. Gözlənilən görüşdə həmçinin, münasibətlərin bərpası, infrastrukturun yenidən qurulması kimi məsələlər də müzakirə predmeti ola bilər. Zəngəzur yolu ilə bağlı infrastrukturun qurulmasında da müəyyən yeniliklər var. Artıq bununla bağlı Ermənistanda işlərə  başlanılıb. Türkiyə tərəfdən də iş davam edir. Ona görə də müzakirə olunası  məsələlər çoxdur. Kılıçla Rubinyan arasında keçiriləcək növbəti görüşdən müəyyən konkret addımlar gözləmək mümkündür".

Siyasi şərhçi Fərhad Məmmədov isə Qaynarinfo-ya bildirib ki, Türkiyə-Ermənistan yaxınlaşması Bakı ilə Ankaranın sinxron addımları çərçivəsində həyata keçirilir:


"Vaşinqton görüşündən sonra regionda yeni reallıq formalşıb. Azərbaycanla Ermənistan arasında münasibətlərdə ənənəvi hesab edilən məqamlarda da transformasiyalar baş verir. Pakistan Ermənistanla diplomatik münasibətlər qurub. İrəvan-Ankara münasibətlərində də normallaşma gözləniləndir. Çünki 2020-ci il müharibəsindən sonra həyata keçməyən, ancaq qəbul edilən bir sıra qərarlar var. Bu ilk növbədə üçüncü dövlətlərin vətəndaşları üçün sərhədlərin açılması məsələsi idi. Ermənistan-Türkiyə prosesi tam olaraq, Azərbaycan-Ermənistan prosesindən asılıdır və sinxron həyata keçirilir. Böyük ehtimalla Ankara-İrəvan münasibətlərində hər hansısa addımlar, Azərbaycan-Ermənistan münasibətlərində də öz əksini tapacaq. Təsadüfi deyil ki, görüş ATƏT-in Minsk qrupu buraxılandan sonra baş verəcək. Bu da o deməkdir ki, sözügedən proses rəsmi Bakı ilə Ankaranın sinxron addımları çərçivəsində həyata keçirilir”.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, İrəvanla Ankara arfasında münasibətlərin nizama salınması üçün yaxın günlərdə xüsusi nümayəndələr Sərdar Kılıçla Ruben Rubinyan arasında görüş planlaşdırılır. Görüş Ermənistanda keçiriləcək.  

Məlumata görə, Türkiyə nümayəndəsi Ermənistana quru yolla, Əlican-Marqara nəzarət-buraxılış məntəqəsindən keçməklə gələcək. İddialara görə, görüşdə münasibətlərin  normalaşdırılması barədə qərar qəbul ediləcək. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri