Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Türkiyə ilə İran arasında gərginlik

Türkiyə ilə İran arasında gərginlik

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaqani CƏFƏRLİ

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qətərin "Əl-Cəzirə" televiziyasına müsahibəsi Ankara ilə Tehran arasında gərginlik yaradıb. Türkiyəli nazir Tehranın Yaxın Şərq regionunda yarı-hərbi qruplara dəstək siyasətini tənqid edərkən İranın eyni aqibətlə qarşılaşa biləcəyini ifadə edib: "Əgər siz başqa bir ölkədəki qrupa dəstək verməklə orada iğtişaşlar yaratmağa çalışsanız, başqa bir ölkə də bir qrupa dəstək verməklə sizin ölkədə iğtişaşlar yaratmağa cəhd edə bilər".

Hakan Fidanın bu sözlərinə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti kəskin reaksiya verib. Əli Əkbər Vilayəti deyib ki, İslam Respublikası heç bir ölkəyə onun dərin köklü və tarixi regional əlaqələrini pozmağa imkan verməyəcək: "İran İslam Respublikası həmişə qarşılıqlı hörmət və digər ölkələrin daxili işlərinə qarışmamaq siyasətinə sadiq qalıb. Biz Türkiyə rəsmilərindən diplomatik etiketə riayət etmələrini və əsassız ittihamlardan çəkinmələrini gözləyirik".

Ankara ilə Tehran arasında gərginlik siyasi müşahidəçilər üçün gözlənilməz olub. Çünki Ankara ilə Tehranın Türkmənistan qazının İran üzərindən Türkiyəyə nəqlində razılığa gəlmişdilər. Hələlik illik 2 milyard kubmetrə qazın nəqli nəzərdə tutulur. Lakin gələcəkdə qaz təchizatının həcminin 15 milyard kubmetrə çatdırılması da nəzərdə tutulur. Türkmənistan qazının İran üzərindən və Türkiyə vasitəsilə Avropaya nəqlinin ölkələr arasında münasibətlərin inkişafına yardım edəcəyi gözlənilirdi. Belə bir zamanda Türkiyənin xarici işlər nazirinin İrana xəbərdarlığı münasibətləri gərginləşdirib. Belə görünür ki, qarşıdakı günlərdə də İranla Türkiyə arasında münasibətlər gərgin olaraq qalacaq. Bunu Əli Əkbər Vilayətinin sözlərindən də görmək olar. Çünki Əli Əkbər Vilayəti Suriyanın bütövlüyünün şübhəli olduğunu vurğulayıb: "Müxtəlif qruplar, o cümlədən kürdlər, ələvilər, təkfirçi terror qruplaşması İŞİD və Heyət Təhrir əş-Şam ölkənin müxtəlif bölgələrinə iddia edir. Vətəndaş müharibəsi ehtimalı hələ də yüksək olaraq qalır".

İranın Ali Rəhbərinin baş müşavirinin Suriyada vətəndaş müharibəsi ehtimalının yüksək olması, etnik və məzhəb kimliyi üzərindən bölünə biləcəyi haqqında iddiası Ankaranı məmnun etməyəcək. Xüsusilə, Vilayətinin Suriyanın yeni hakimiyyəti olan "Heyət Təhrir əş-Şam" qruplaşmasının təkfirçi terror qruplaşmalarının sırasına aid etməsi Ankarada narazılıq yaradacaq. Qeyd edək ki, Suriyada hakimiyyəti ələ keçirən "Heyət Təhrir əş-Şam" qruplaşmasının təkfirçi terror təşkilatı olması iddiası yalnız İran rəsmilərinə məxsus deyil. İsrail rəsmiləri də bütün beynəlxalq tribunlarda Suriyada hakimiyyəti ələ keçirən "Heyət Təhrir əş-Şam" qruplaşmasının təkfirçi terror təşkilatı olduğunu bəyan edir, tərəfdaşlarına da Suriyanın yeni hakimiyyətinə məhz bu mövqedən münasibət göstərmələrini istəyir. İsraillə İranın eyni mövqedə olması Suriyanın yeni hakimiyyətinin vəziyyətini daha da ağırlaşdıra bilər. Türkiyə isə Suriyada sabitliyin bərpasında maraqlıdır və yeni bir vətəndaş müharibəsinin çox ağır nəticələrə gətirib çıxaracağını bilir.

Hakan Fidanın açıqlamalarında dəqiq mövqeyinin olmamasına görə fikirləri Türkiyə mətbuatında yanlış iddialar doğurub. Hakan Fidanın İran daxilində hansı qrupu nəzərdə tutduğunu açıq ifadə etmədiyi halda, türkiyəli təhlilçilər xarici işlər nazirinin Güney Azərbaycan türklərinə işarə etdiyindən bəhs edirlər. Bu isə Azərbaycan xalqında narazılıq yaradır. Çünki Azərbaycan türkləri İranda qrup deyil. Əksinə, bir sıra elmi araşdırmalar azərbaycanlıların İranda ən böyük etnos olduğunu təsdiqləyir. Buna görə də, Hakan Fidanın müsahibəsinin şərhi də Azərbaycanda narazılıq doğurub. Dünya nizamının pozulduğu, müharibə çağırışlarının artdığı bir zamanda Türkiyə və İranın rəsmiləri daha diqqətlə davranmalıdırlar. Əks halda bölgə uzun müddət davam edəcək xaosa yuvarlana bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri