Türkiyə klubu Nəriman Axundzadənin transferini elan etdi
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə Türkiyənin "Erzurumspor" klubu ilə prinsipial razılıq əldə edib.
Moderator.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında məlumat yayılıb.
Məlumata görə, azərbaycanlı futbolçu yaxın günlərdə Ərzurum şəhərinə yollanacaq və tibbi müayinədən keçəcək.
Bildirilib ki, tibbi baxışın nəticələri müsbət olacağı təqdirdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
18:16
Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.
Moderator.az Sportinfo.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvard Super Liqada mübarizə aparacaq "Erzurumspor"la danışıqları uğurla yekunlaşdırıb.
O, ABŞ təmsilçisindən birillik icarəyə götürülüb. Nəriman ən qısa zamanda okeanın o tayından Türkiyəyə gələcək və məşqlərə qoşulacaq.
Qeyd edək ki, "Erzurumspor" I Liqanın son çempionudur və beşillik fasilədən sonra yenidən Superliqada çıxış etmək hüququ qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 04 Avqust 2026 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















