Icma.az
close
up
RU
Türkiyə mediasından növbəti sürpriz : Bakı yenə hədəfdə İrana hücumu bəhanə edib...

Türkiyə mediasından növbəti sürpriz : Bakı yenə hədəfdə İrana hücumu bəhanə edib...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran–İsrail qarşıdurması hazırda bütün dünyanın diqqət mərkəzindədir. Tərəflər arasında qarşılıqlı raket zərbələri, diplomatik bəyanatlar, kiberhücumlar və siyasi ritorika fonunda bölgədəki sabitlik əsaslı şəkildə pozulub.

Bu fonda Azərbaycan mümkün qədər risk zonasından uzaq qalmağa çalışır. Bundan əlavə, rəsmi Bakı tərəfləri dialoqa cəlb etməyin yollarını axtarır. Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən “balans siyasəti” isə təəssüf ki, çoxları tərəfindən ya yanlış başa düşülür, ya da qəsdən təhrif edilir.

İsrail Azərbaycanın strateji tərəfdaşıdır. İranla isə Azərbaycanı dərin tarixi, mədəni və dini bağlar birləşdirir. Rusiya ilə münasibətlərdə problemlər olsa da, Bakı Moskvanın təsir imkanlarını nəzərə alaraq əlaqələri sabit səviyyədə saxlamağa çalışır. Türkiyə isə Azərbaycanın rəsmi müttəfiqidir.

Bakının bir-biri ilə ziddiyyətli və bəzən toqquşan maraqlara malik bu dövlətlərlə incə və çevik diplomatik münasibətlər qurması bəzən anlaşılmır, bəzən də yanlış təqdim edilir. Təəssüf ki, bu yanlış yanaşmanın ən çox müşahidə edildiyi ölkə elə qardaş Türkiyədir Azərbaycanı ən yaxşı anlamalı olan ölkə…

Məsələyə daha aydın baxmaq üçün bir neçə mühüm məqama diqqət yetirmək lazımdır. Türkiyə nə Qəzza məsələsində, nə də İran-İsrail qarşıdurmasında birbaşa hərbi iştirak göstərir. Qəzzadakı qətliamlara cavab olaraq Ankara yalnız siyasi bəyanatlarla kifayətlənib. Prezident Rəcəb Tayyib Ərdoğan və XİN rəhbəri Hakan Fidanın “diplomatik hücumları” konkret hərbi və ya təhlükəsizlik tədbirlərinə çevrilmir. Türkiyə nə İrana raket dəstəyi verir, nə HƏMAS-a açıq silah yardımı edir, nə də ABŞ–İsrail münasibətlərinə təzyiq göstərən real addımlar atır. Başqa sözlə, Türkiyə bölgədə faktiki olaraq neytral və riskdən uzaq durmağa çalışan balans siyasəti yürüdür. Məncə, bu siyasət də, öz mahiyyətinə görə, Türkiyəsayağı balans siyasətidir.

Əslində Azərbaycan da balans siyasəti yürüdür, sadəcə öz geosiyasi mövqeyi və imkanları çərçivəsində. Bakı hər zaman Ankaranın apardığı bu siyasəti anlayışla qarşılayıb və dəstək verib. Ehtimal ki, bu anlayış və dəstək gələcəkdə də davam edəcək.

Lakin burada diqqətçəkən və narahatedici bir məsələ var: Türkiyənin bəzi hökumətyönlü media qurumları – xüsusilə “Yeni Şafak”, “Akit”, “Star”, “TRT World” və digərləri – son zamanlar Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən, İran əleyhinə həyata keçirilən hücumlarda Azərbaycan ərazilərinin istifadə edildiyini iddia edən materiallar yaymağa başlayıblar. Halbuki bu iddiaların heç biri sübuta yetirilməyib.

Sual yaranır: əgər Ankara İsrailə qarşı prinsipial mövqe nümayiş etdirirsə, niyə öz ərazisindən heç bir əməliyyat həyata keçirilmir? Niyə Suriyada, Livanda və İraqda İranın yanında açıq mövqe tutulmur? Niyə HƏMAS və İslam Cihadına real dəstək verilmir? Əgər bunlar baş vermirsə – fakt budur ki, vermir – o zaman niyə Türkiyənin hökumətyönlü bəzi media orqanları Azərbaycanı hədəfə gətirən yazılarla ictimai rəyə təsir etməyə çalışır?

Bir daha vurğulamaq istərdim: mən Türkiyənin də öz reallıqlarına uyğun balans siyasəti apardığını düşünürəm. Lakin bu balans siyasətini yürütmək getdikcə çətinləşir. Xüsusilə də daxili auditoriyada “Mehmetçik Qəzzaya” tələbləri artdıqca, ictimai emosiyalarla real siyasət arasında ziddiyyət dərinləşir. Bu vəziyyətdə, ictimai qəzəbi yönləndirmək üçün “digər hədəf” tapmaq instinkti güclənir və təəssüf ki, bu hədəf hazırda Azərbaycan olur.

Həmçinin oxuyun:

SOCAR-ın transformasiyası: Azərbaycanın enerji tarixinin yeni səhifəsi

Beləliklə, ortaya belə bir mənzərə çıxır:

1. Türkiyə hökuməti təhlükəsiz qalır, sərhədlərini və maraqlarını qoruyur;
2. Türkiyə mediası isə ictimai qəzəbi Azərbaycan üzərinə yönəltməklə daxili təzyiqləri yumşaldır;
3. Regionda anti-İsrail əhval-ruhiyyənin mənfi enerjisi Azərbaycana yönəldilir.

Azərbaycanın İsraillə əməkdaşlığı yeni deyil. Bu əməkdaşlıq enerji, təhlükəsizlik və müasir texnologiyalar sahəsində çoxşaxəli tərəfdaşlığa əsaslanır. Bu, Azərbaycanın suveren hüquqlarına söykənən bir seçimdir və müttəfiq olan Türkiyənin bunu anlaması və dəstəkləməsi vacibdir.

Lakin real mənzərə əksini göstərir: Azərbaycan sanki cəzalandırılır, Türkiyə mediası isə bu “cəzalandırma prosesinin prokurorluğunu” üzərinə götürür.

Mənə görə, bu münasibətlərin kökündə uzun müddətdir dilə gətirilməyən, lakin getdikcə dərinləşən bir fikir ayrılığı da dayanır: İranda yaşayan Azərbaycan türkləri məsələsi.

Son illərdə Türkiyədə Güney azərbaycanlıların Van, Iğdır və Hakkari bölgələrinə yerləşdirilməsi ilə bağlı qeyri-rəsmi planlardan bəhs olunur. Bu strategiya ölkənin şərqindəki kürd demoqrafik üstünlüyünü balanslaşdırmağa yönəlib. İran–İsrail qarşıdurması fonunda Güney Azərbaycandan qaçqın axını ehtimalı bu planlara “təbii zəmin” yaradır. Lakin burada Türkiyə üçün bir paradoks var: bu insanlar emosional və milli baxımdan Azərbaycana bağlıdır. Bu bağlılıq isə onları Türkiyənin inteqrasiya planlarına uyğunlaşdırmaqda çətinlik yarada bilər.

Məhz bu kontekstdə Türkiyənin bəzi media quruluşlarının Azərbaycanı mənfi kontekstdə təqdim etməsi, onu sionistlərin müttəfiqi kimi təsvir etməsi, Güney Azərbaycan türklərinin Azərbaycana olan emosional bağlılığını zəiflətmək məqsədi daşıya bilər.

Əlbəttə, bütün bu baş verənlər fonunda biz Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və müttəfiqliyin zərər görməsini istəmirik. Amma bu münasibətin qorunması dəvəquşu kimi başımızı quma soxmaqla mümkün deyil. Həqiqətləri görmək və danışmaq həm zəruridir, həm də faydalı.

Bu gün Azərbaycanın Türkiyədən əsas gözləntisi müttəfiqliyin sadəcə bəyannamələrdə yox, real siyasət, informasiya məkanı və diplomatik münasibətlər müstəvisində özünü göstərməsidir. Əks təqdirdə, bu ikili münasibəti zədələmək istəyənlərin əlinə fürsət keçmiş olacaq.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 İyun 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri