Icma.az
close
up
RU
İrana yenə hədəfdə: İki ölkənin hücum planı belədir

İrana yenə hədəfdə: İki ölkənin hücum planı belədir

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya siyasi arenasında İranın gələcəyi ilə bağlı proqnozlar getdikcə daha da dramatik şəkil alır. 

İran İslam Respublikasının yaxın perspektivdə böyük siyasi və geosiyasi sarsıntılarla üzləşə biləcəyi ehtimalı siyasi ekspertlər və analitiklər tərəfindən geniş müzakirə edilir.

Keçmiş Tehran Universiteti professoru, politoloq Əhməd Nakibzadənin son açıqlamaları bu mövzuda ciddi rezonans doğurub.

Onun fikrincə, Qərb xüsusilə ABŞ və İsrail İran rejiminin əsas dayaqlarını sarsıtmaq üçün tədricən və sistemli şəkildə işlənmiş strategiya yürüdür.

Bu taktika birbaşa müharibəyə girmək əvəzinə, hakim elitanın əsas üzvlərini sıradan çıxarmaq, strateji infrastrukturu zəiflətmək və nəticədə ölkəni daxildən çökdürmək prinsipinə əsaslanır. 

Nakibzadə hesab edir ki, İran İslam Respublikasının süqutu klassik müharibə nəticəsində deyil, daxili siyasi və iqtisadi tənəzzüllə baş verə bilər - məhz SSRİ-nin süqutuna bənzər şəkildə.

Bəs bu ssenari nə dərəcədə realdır? İran daxilində siyasi parçalanma, iqtisadi böhran və xalqın narazılığı doğrudan da hakimiyyətin dayaqlarını sarsıda bilərmi? Hakim elita arasında güc savaşı və dərinləşən xalq-iqtidar uçurumu ölkəni idarəolunmaz vəziyyətə gətirə bilərmi? Daha da önəmlisi, əgər İran bu yolla zəifləyərsə, regiondakı güc balansı necə dəyişəcək?

Qeyd edək ki, SSRİ-nin dağılması təkcə daxili problemlər deyil, həm də beynəlxalq təzyiqlər, iqtisadi sanksiyalar və ideoloji böhran fonunda baş vermişdi. İranın bu gün üzləşdiyi çətinliklər, sanksiyalar və geosiyasi təcrid, doğrudanmı, eyni nəticəyə gətirib çıxara bilər?
Bütün bu suallar İranın yaxın gələcəkdə qarşılaşacağı potensial ssenariləri daha dərindən araşdırmağı tələb edir.

İsraili politoloq Avraaham Şmuleviç  "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, SSRİ-nin dağılması hakim elitanın bir hissəsinin   rejimə qarşı çıxmasından qaynqlandı: 

“Onlar  hesab edirdilər ki, qərb yolunu seçsələr həyat səviyyəsi daha yüksək olardı. Daha çox dövlətçi düşüncəyə sahib olan elita isə başa düşürdü ki, Rusiya texnologiya və silahlanma yarışında tamamilə geri qalıb, Qərblə qarşıdurmada məğlub olub. Əgər Qərblə birbaşa hərbi münaqişə baş versə, bu həm ölkə, həm də onlar üçün pis olacaq.

Məhz məlum Çernobıl faciəsindən sonra daha da ağırlaşan sosial-iqtisadi problemlər, əslində, ondan əvvəl yaranmağa başlamışdı və ölkə iqtisadi böhranın astanasına gəlmişdi. Elita anlayırdı ki, iqtisadi modeli dəyişmədən davam etsələr, iqtisadiyyat tamamilə çökəcək və ölkə iqtisadi baxımdan dağılacaq.

Eyni vəziyyət bu gün İran üçün də keçərlidir. İran hazırda iqtisadi böhranın içərisindədir, inkişaf etmiş ölkələrdən texnoloji baxımdan ciddi şəkildə geri qalır. Bundan başqa, əhalinin böyük bir hissəsi, yəni 50 %-dən də çoxu, hazırkı rejimin dəyərlərini bölüşmür, ona qarşı çıxır.

Üstəlik, İranda milli problemlər də mövcuddur və onlar SSRİ-də olduğundan da daha qabarıqdır. Məsələn, rəsmi statistikaya görə, İran əhalisinin 50 %-dən çoxunu farslar təşkil edir, lakin reallıqda bu rəqəm daha az ola bilər".

Ekspert bildirib ki, SSRİ-də olduğu kimi, İranda da əhalinin böyük bir hissəsi hakim ideologiyanı qəbul etmir:

“Bu, xüsusilə hakimiyyət daxilində olan şəxslərə də aiddir. Rejim isə qorxu və repressiv aparatın gücü hesabına ayaqda qalır.

Mən Əhməd Nakibzadənin dediklərini hələ 2018-ci ildə yazmışdım. Əslində, bu mövzu barədə mən təxminən 2005-ci ildən etibarən  danışmağa başlamışam və bu qənaət tamamilə doğrudur. Sual isə ondan ibarətdir ki, İranın dağılması hansı ssenari ilə baş verəcək?
Qərb, eyni zamanda İsrail də eyni mövqedən çıxış edir və hesab edir ki, İran rejiminin sürətli və nəzarətsiz çökməsi təhlükəlidir. Çünki bu, qeyri-müəyyən nəticələrə səbəb ola bilər – qaçqın axını, vətəndaş müharibələri və s.

Buna görə də Qərbin strategiyası İranda dəyişikliklərin olmasıdır. Əsas diqqət İranın bütövlüyünü qorumaq istəyən müxalif qüvvələrə yönəldilir və məhz onlar dəstəklənir.

İranın kral ailəsi də kifayət qədər populyardır. Bildiyiniz kimi, İranın varis şahzadəsi və kral ailəsinin üzvləri hazırda ABŞ-də yaşayır. Onlar yaxın zamanda İsrailə səfər ediblər və bu, bəlkə də onların ilk səfəri deyil. İsrail onlara dəstək verir.

Bu məsələdə İsrailin mövqeyi müəyyən mənada SSRİ dövründə Qərbin apardığı informasiya siyasətinə bənzəyir. O zamanlar “Amerikanın Səsi”, “BBC”, “Azadlıq” kimi radiostansiyalar Sovet cəmiyyətində böyük təsir gücünə malik idi.
Bu, müasir İrana da aiddir, lakin burada ən böyük nüfuza malik informasiya resursu “İsrailin Səsi”dir. Bu radio, fars dilində yayımlanan ən populyar stansiyalardan biridir və İranda geniş dinləyici auditoriyası var.İran vətəndaşları İsrailin digər informasiya kanallarını da izləyir, məsələn, tanınmış israilli müğənni Rita  iran mənşəlidir və

İranda olduqca məşhurdur. Beləliklə, İsrailin və dolayısı ilə Qərbin İrana təsir etmək üçün kifayət qədər güclü informasiya resursları mövcuddur".

Politoloq  hesab edir ki, Qərb və İsrail strategiyaya uyğun hərəkət edir:

Yəni söhbət hakimiyyət daxilində olan və hazırkı rejimi devirməyə hazır qüvvələri tapıb dəstəkləməkdən gedir. Nəticədə, İranın bütövlüyü qorunacaq, ölkə qonşularla sülh şəraitində yaşayacaq və daxili repressiyalar zəifləyəcək. Bu mövcud variantdan biridir.

Lakin hazırkı hakimiyyət bunu təhlükə kimi görür və anlayır ki, belə bir ssenari onların tam məhvi ilə nəticələnə bilər. Bu səbəbdən, bəzi rejim nümayəndələri üçün müharibə sülhdən daha sərfəlidir. Onlar vəziyyəti daha da gərginləşdirməyə, hətta birbaşa hərbi münaqişəyə getməyə hazırdırlar.

Əvvəllər onların belə bir illuziyası vardı ki, xarici düşmənlə müharibə rejimi daxildən gücləndirəcək. Lakin bu gün göründüyü kimi, belə bir konsolidasiya baş verməyəcək. İran daxilində sosial şəbəkələrdə və etiraz aksiyalarında rejimə qarşı səslənən çağırışlar bunu açıq şəkildə göstərir. 

Əgər İran Qərblə hərbi münaqişəyə girsə, ölkə daxilində çoxsaylı qüvvələr məhz İsrailin və Amerikanın tərəfini tutacaq. Artıq daxildə rejimə qarşı silahlı müqavimət qrupları mövcuddur və bunlar getdikcə güclənir.

Lakin rejim daxilində İranın hərbi yolla qorunmasını dəstəkləyən qüvvələr də var. Onlar hesab edirlər ki, ABŞ İranı tamamilə işğal etməyəcək və müəyyən bir formada sağ qalmaq mümkün olacaq. Onların əsas məqsədi öz şəxsi rifahlarını saxlamaqdır.

Bu, çox riskli bir strategiyadır, çünki İran əhalisinin böyük bir hissəsi xarici müdaxilə baş verərsə, silaha sarılıb rejimə qarşı çıxmağa hazırdır. İranı işğal etməyə belə ehtiyac qalmayacaq. Qərb müxalif qüvvələrə silah versə, onlar özləri rejimi devirməyə kifayət edəcək".

O qeyd edib ki, İran hakimiyyəti  kritik bir seçim qarşısındadır:

“Tramp administrasiyası göstərdi ki, ABŞ İran problemini birdəfəlik həll etməyə hazırdır. Məsələ təkcə İranın dünya üçün təhlükə yaratması deyil, məsələ İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.

ABŞ İrandan nüvə proqramının tamamilə dayandırılmasını və ölkə xaricindəki terror qruplaşmalarına hər cür dəstəyin kəsilməsini tələb edir. Tramp administrasiyasının qoyduğu  şərtlər faktiki olaraq bir ultimatumdur.

Bu yaxınlarda mətbuata sızan bəzi sənədlər də bunu sübut edir. Üstəlik, mətbuata çıxmayan digər detalların bundan da sərt olması mümkündür.Əgər İran bu tələbləri yerinə yetirməsə, ABŞ hərbi güc tətbiq etməyə tam hazırdır. 

Hazırda İran sahillərində iki aviadaşıyıcı zərbə qrup yerləşir. Onlardan biri “Truman” daimi olaraq bölgədədir. Digəri isə “Vincent” bölgəyə yaxınlaşır və ehtimal ki, bu gün-sabah bölgəyə çatacaq.

Amerikanın hərbi gücünü izah edən klassik bir ifadə var: əgər bölgədə bir aviadaşıyıcı varsa, bu, təhlükədir, iki aviadaşıyıcı güc nümayişidir, üç aviadaşıyıcı isə müharibə deməkdir. Hazırda iki aviadaşıyıcı artıq bölgədədir və üçüncüsü də yaxınlaşır".

Səbinə Uğur
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Mart 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri