Icma.az
close
up
RU
Türkiyə mənə uyğun ölkə deyil

Türkiyə mənə uyğun ölkə deyil

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Ötən mövsümün qış fasiləsində böyük ümidlərlə ''Milan''dan ''Fənərbaxça''ya transfer olunan, amma ondan gözlənilənləri verə bilməyən Rade Kruniç vətəni Serbiya mətbuatına açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, 31 yaşlı futbolçu bu mövsümə ''Fənər''də başlasa da, 4 rəsmi oyuna çıxdıqdan sonra ''Srvena Zvezda''ya transfer olundu. Kruniç Türkiyədəki karyerasının uğursuz alınmasına da toxunub:

''Klubun buna ehtiyacı olsa, hətta karyeramı ''Srvena Zvezda''da tamamlamaq istərdim. Amma onların məndən məmnun olub-olmayacağını bilmirəm. Bir çox şərtlər var. ''Srvena Zvezda'' ilə üçillik müqavilə imzaladım. Məncə, bu məqam klubla bağlı ciddi hədəflərimin olduğunu göstərir. Qış transfer dönəmi ilə yay transfer dönəmi tamam fərqli olur. ''Fənərbaxça''ya qışda gəlmişdim və özümü yetərli qədər göstərə bilmədim. Yeni mövsümə ümidlə baxırdım, amma yenə bacara bilmədim. Türkiyə mənə uyğun ölkə deyil. Yayda klubun başına Mourinyo gətirildi və onun mükəmməl məşqçi olduğunu düşünürəm. Amma ayrılmağımın səbəbkarlarından biri də o oldu. Mənim yerimə fərqli özəlliklərə malik olan, daha müdafiəyəmeyilli bir yarımmüdafiəçi istədi. Həm də Türkiyədə legioner limiti tətbiq olunur. Ona görə də düşündüm ki, orda ehtiyatda qalmaqdansa, daimi oynaya biləcəyim bir kluba yollanım. Ona görə də ''Srvena Zvezda''dan zəng gələndə çox sevindim. ''Milan''da oynadığım dönəmdə də bura gəlmək ehtimalım var idi. Amma həmin vaxt müxtəlif səbəblər üzündən bu transfer baş tutmamışdı. Bu dəfə isə uşaqlıq arzumu həyata keçirdim. Açığı, maddi baxımdan bundan da yaxşı təkliflərim var idi. Amma ''Srvena Zvezda'' kimi bir klubdan təklif aldıqda ''yox'' deyə bilmədim''.


ƏLİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Yanvar 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri