Türkiyə Mərkəzi Bankı ilə beynəlxalq təcrübələrin tətbiqi müzakirə olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Türkiyə Mərkəzi Bankında işgüzar səfərdə olub.
AMB-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində keçirilmiş görüşlərdə Azərbaycan Mərkəzi Bankının büdcə planlaması və onun idarə edilməsi prosesi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə innovasiyaların tətbiqi və daxili nəzarətin təkmilləşdirilməsi kimi sahələr üzrə interaktiv təqdimatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin beynəlxalq təcrübələrin tətbiqi, mövcud və yenilənmiş sistemlərdən istifadənin effektivliyi və digər ikitərəfli maraq doğuran mövzular ətrafında faydalı və konstruktiv müzakirələr keçirilib.
Baxış sayı:28
Bu xəbər 18 Sentyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















