Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstanın iddialarına cavab verib
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstan mətbuatında iki türk dəniz patrul təyyarəsinin Egey dənizinin cənub-şərqində, Rodos və Kastellorizo adaları yaxınlığında Yunanıstanın hava məkanını pozmasına dair dərc edilmiş iddialara cavab verib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin Hərbi Dəniz Qüvvələri Komandanlığına aid təyyarələrin patrul uçuşlarını həyata keçirdiyini bəyan edib.
"Bu uçuşlar Türkiyə ordusunun və NATO çərçivəsində təsdiq edilmiş nizamnaməyə uyğun həyata keçirilir. Türkiyənin "P-72" Dəniz Patrul Təyyarəsi həm NATO, həm də Yunanıstan tərəfini xəbərdar etməklə fəaliyyət göstərib.
Buna baxmayaraq, Yunanıstan tərəfi iki silahlı dəniz patrul təyyarəsini havaya qaldıraraq Türkiyə ordusuna məxsus təyyarələrin monitorinqinə maneə yaradıb. Eyni zamanda, Yunanıstan uçuş qaydalarını pozaraq təyyarəmizi təhlükə altında qoyub. Bu vəziyyətə cavab olaraq, Türkiyənin Hərbi Hava Qüvvələri Komandanlığının çevik hərəkət təyyarəsi təhlükəsizliyi təmin etmək və xoşagəlməz hadisələrin qarşısını almaq üçün havaya qalxmalı olub", - TMMN-dən bildirilib.
Nazirliyin yaydığı bəyanatda, həmçinin qeyd olunur ki, Yunanıstan ordusu tərəfindən Türkiyənin patrul təyyarələrinə yaradılan maneə iki ölkə arasında "Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi"nin ruhuna ziddir.
Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstanın iddialarına cavab verib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 05 Sentyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















