Türkiyə MSK və ASELSAN yeni nəsil Minaatan Təyinetmə Sistemi üzrə razılığa gəlib
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
IDEF 2025 sərgisi çərçivəsində Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) ilə ASELSAN arasında yeni nəsil Minaatan Təyinetmə Sistemi üzrə müqavilə imzalanıb.
Missiya.Az xəbər verir ki, müqavilənin imzalanma mərasimində Türkiyə MSK sədri Haluk Görgün və ASELSAN-ın baş direktoru Ahmet Akyol iştirak ediblər.
Həmin müqavilə ilə mövcud minaatan sistemlərinin modernləşdirilməsi hədəflənir.
2026-2028-ci illər arasında təhvil veriləcək müqaviləyə əsasən, 2026-2028-ci illər ərzində Türkiyə Silahlı Qüvvələrinə ALKAR 110/81 və ALKAR 110/120 sistemləri ilə yanaşı, Atəşi İdarəetmə Mərkəzi də təhvil veriləcək. Yeni sistemlər insan faktorundan qaynaqlanan səhvləri azaltmaqla, atış dəqiqliyini əhəmiyyətli dərəcədə artıracaq.
Zərintac Mayisqızı
Missiya.Az
Baxış sayı:46
Bu xəbər 24 İyul 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















