Türkiyə Müdafiə Nazirliyi: Suriyada sabitlik və təhlükəsizlik bütün region üçün vacibdir
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə sabitliyin təmin edilməsinə və Suriya xalqının rifahının artırılmasına birbaşa töhfə verməyə çalışır, addımlarını Dəməşqlə əlaqələndirir. Ankara Suriya hakimiyyətinin fikirlərini, o cümlədən terrorizm və xüsusilə də İŞİD təhlükəsi ilə mübarizə üzrə tələblərini nəzərə alır.
Bu barədə AZƏRTAC-a Dəməşqin ölkəni bərpa etmək, Suriyada sabitlik və təhlükəsizliyi təmin etmək səylərini qeyd edən Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr bildiriblər.
Nazirlik 13 avqust 2025-ci il tarixli Birgə Təlim və Məsləhətləşmələr üzrə Niyyət Memorandumunun işığında Suriya Silahlı Qüvvələrinin islahatı və gücünün artırılması istiqamətində birgə addımların intensivləşdirilməsinə işarə edib.
“Müdafiə sektorunda əməkdaşlıq Suriya Müdafiə Nazirliyi ilə koordinasiya əsasında planlaşdırılır. Ankara “Vahid dövlət, vahid Suriya ordusu" prinsipini dəstəkləyir”, -deyə qeyd edən Türkiyə Müdafiə Nazirliyi Suriyada sabitlik və təhlükəsizliyin bütün region üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 11 Sentyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















