Türkiyə NATO da mühüm öhdəlik daşıyır PAYLAŞIM
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Türkiyə NATO-da çəkindirmə və regional təhlükəsizliklə bağlı kritik öhdəlik daşıyır."
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin NATO-ya üzvlüyün 74-cü ili münasibətilə rəsmi "X" sosial media hesabında yazılıb. Qeyd olunub ki, Türkiyə 1952-ci ildən bəri NATO-nun güclü və etibarlı müttəfiqlərindən biri kimi artıq sülhə, sabitliyə və kollektiv müdafiəyə qətiyyətlə töhfə verir. "Ölkəmiz strateji mövqeyi, güclü ordusu və böhranların idarə olunmasındakı təcrübəsi ilə NATO-da çəkindirmə, terrorla mübarizə və regional təhlükəsizliyin qorunmasında kritik öhdəlik daşıyır.
Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyə inkişaf edən müdafiə texnologiyaları, kibertəhlükəsizlik potensialı və yeni nəsil təhdidlərə qarşı səriştələri ilə NATO-nun 2030 vizyonuna töhfə verməyə və ortaq təhlükəsizliyi gücləndirməyə davam edəcək", - paylaşımda vurğulanıb.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 19 Fevral 2026 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















