Türkiyə nüvə enerjisinin gücünü artırmağı planlaşdırır
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə bir sıra beynəlxalq enerji layihələrinə sərmayə yatırıb.
APA-nın Antalyaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirədə deyib.
O bildirib ki, Cənub Qaz Dəhlizi bu baxımdan mühüm və təsirli layihələrdən biridir.
Nazir qeyd edib ki, Türkiyə hər il təxminən 10 giqavat həcmində günəş və külək enerjisi, eləcə də digər enerji sahələrinə investisiya yatırır.
Onun sözlərinə görə, enerji keçidi qaçılmazdır və artıq baş verir, lakin bu proses “ağıllı enerji keçidi” prinsipi ilə həyata keçirilməlidir.
Alparslan Bayraktar vurğulayıb ki, Türkiyə bərpaolunan enerji resurslarından maksimum istifadəni təşviq edir, eyni zamanda, enerji istehsalında nüvə enerjisinin gücünü artırmağı planlaşdırır.
O deyib ki, məqsəd 2050-ci ilə qədər 20 giqavat gücündə nüvə enerjisi istehsalına nail olmaqdır.
Alparslan Bayraktar əlavə edib ki, neft-qaz yaxın dövrdə enerji balansında qalmağa davam edəcək və Türkiyə bu sahə üzrə həm quruda, həm də dənizdə hasilat layihələrinə sərmayə yatırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 17 Aprel 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















